Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


13.07.2022  21:27 

İntiharlar və onlarla bağlı manipulyasiyalar... - Bir gün qəfil partlayış səbəb ola bilər





A+  A-

Qazilərin problemi yalnız maddi deyil, tibbi xidmətdən istifadə də, işlə təminatda da, ailəyə, cəmiyyətə adaptə olunmaqda da problemlər var. Sosial adaptə birtərəfli olmur, ilk növbədə normal psixoloji xidmət təşkil olunmalıydı, getdikləri yerlərdə sonacan dinlənilməliydilər, mümkün olduğu qədər qayğıları həll olunmalıydı. Mümkün olmadıqda niyəsi anladılmalıydı, onları yersiz yerə təhrik edənlər, qızışdırıcılar qınanmalı, lazım gəldikdə cəzalanmalıydılar. Hamı anlayır ki, problemlər birnəfəsə həll oluna bilməz. Bir ömür yaşandıqca yeni problemlər yaranacaq, amma o problemlərin çevik həll mexanizmləri də olmalıdır.

İndi feilin vacib şəklinin hekayəsindən- keçmiş zamanı ifadə edən “idi” hissəcəyindən istifadə etməyə məcburuq. Çünki sadalananlar edilməyib. Əvəzində, başqa bir halın şahidiyik: dövlətin ayrı-ayrı strukturları və özü institutsional olaraq qazilərin nəzərində etibarsızlaş(dırıl)ır(b).

Hələ ötən ay nazirlik binasının qapılarının sındırılması ilə bitən aksiyada bir məqam nəzərə çarpırdı - ən sərt çıxış edən qazilər I Qarabağ müharibəsi və 2016-cı il aprel döyüşlərinin iştirakçıları idilər. Yəni təxminən 30 il ərzində formalaşmış böyük bir kütlə(I və II Qarabağ müharibəsi, 2016 aprel döyüşləri, atəşkəs dövründə yaralanmış qazilər və həyatlarını itirmişlərin ailələri) vahid sosial narazı qüvvəyə çevrilməkdədirlər.

İki il ərzində etiraz aksiyaların statistikasını əks etdirən rəqəmlərsə narazlıqların ötəri olmadığını göstərir: Ötən ilin 9 ayı (aprel-dekabr ayları) ərzində qazi və şəhid ailələrinin iştirakı ilə ümumən 50-yə yaxın, bu ilin 5 ayı ərzində(yanvar-may) də təxminən o qədər aksiya qeydə alınıb.

Demək narazılıqların mütəşəkkil ifadəsi yüksələn templə davam edir. Şəhid analarının övladlarını layiqli yerdə dəfn tələbləri, atəşkəs dövründə həlak olmuş hərbçi valideynlərinin övladlarına şəhid statusu verilməməsinə etirazları, əlilllik dərəcələri, şəhid qazi statusu ilə bağlı yaranmış anlaşılmazlıqlar, Keşlədə, Sumqayıtda, Şəmkirdə şəhid məzarlıqlarına hömətsizlik sayılan davranışlardan doğan qəzəb... Aksiyaların tematikası çoxçeşidlidir, əksər hallarda etirazçılar haqsız deyillər.

Səbəblər çoxdur- bəzən doğrudan da yerli icra strukurlarının, hətta bələdiyyələrin adekvat münasibəti gərginliyi aradan qaldırmağa yetər, amma nədənsə o münasibətə xəsislik edilir. Qarşıya qoyulan hədəflərin düzgün icra edilmir, bəzən də qurumların özlərinə yanlış hədəflər müəyyən edir. Məsələn, əvvəlki rəhbərliyi haqsız çıxarmaq, büdcə vəsaitinə qənaət etmək naminə keçmiş hərbçilər üçün əllilik dərəcəsini və statusu verilməsində sərt tələblər çərçivəsində qərarlar qəbul edilib, bəzən qanunverilciklə bağlı problemlər də o aksiyaların səbəb olub. Amma aksiyaların həm sayı, həm iştirakçı tərkibi, həm radikallığı artan templə davam edirsə, demək, problemə fərqli baxış tələb olunur. Hansısa aksiya iştirakçısının bioqrafiyasını “ifşa əməliyyatı”na ehityac yoxdur. Bu odun üstünə yağla getməyə bənzəyir.

Bura görülən az-çox pozitiv işlərin yetərincə və inandırıcı şəkildə hədəf auditoriyasına çatıdırılmamasını, müəyyən qədər qruplar arası siyasi intriqalardan qaynaqlanan “qara PR” məzmunlu gözdən salma, ləkələmə kampaniyalarının fasiləsiz davam etdirilməsini (müvafiq sahədə dövlət siyasətini həyata keçirəcək qurumların rəhbərlərinin qeyri-azərbaycanlı mənşəlilərdən və bütövlükdə “5 ci kolon” nümayəndələrindən ibarət olması haqda şayiə-ittihamlar) əlavə etmək olar.

“Vyetnam sindromu”nun aradan qaldırılması üçün psixolji xidmətin zəif təşkili və ya ümumən təşkil edilməməsi də indi daha çox hiss olunur.

Bəzi rəqəmlərə görə 40-dək qazi intihar edib. Bu, adi, cəmiyyətin baxıb köks ötürüb keçəcəyi statistika deyil. III Qarabağ müharibəsi haqda ehtimalların artdığı indiki şəraitdə ölkə düşmənlərinin əlində ciddi təbliğati silahdır. Yalnız onların da deyil.

Yada salaq ki, 2013-cü il seçkiləri vaxtı I Qarabağ qazisi Zaur Həsənovun özünü yandırması ölkədə böyük rezonans doğurmuş, siyasi opponentləri bundan indiki iqtidara qarşı təbliğatlarında uzun müddət və effektiv istifadə etmiş, hadisəyə Prezident şəxsən özü reaksiya verdikdən sonra etirazların məcradan çıxmasının qarşısı alınmışdı.

Qısa haşiyə. Zaur Həsənovun özünü yandırma aktının xüsusi tiurajlanması müxalifətin deyil, müəyyən qrupların “əl işi” idi. Bu iş bir tanınmış hüquqşünas vasitəsilə təşkil olunmuşdu. Məqsəd 2005-ci ildə mühüm bir sahəni müəyyən qədər qanunu özünə uyğunlaşdırlma yolu ilə ələ keçirərək “mülkiyyət bölgüsündə” qalib olmuş şəxsləri vurmaq idi. 2005-ci ildə məsələni Konstitusiya Məhkəməsi gücünə, ölkədə faktiki II “səhiyyə nazirliyi” yaratmaqla həll etmək nə qədər əcaib idisə, bölgüyə gecikənlərin Günəş altında özünə yer əldə etmək, “bölüşdürülmüş dünyanın yenidən bölüşdürülməsi” naminə oturduqları budağı mişarlayıb siyasi xaos yaratma şantajına getməsi bir o qədər təhlükəli idi.

İndi yenəmi oxşar şantaj var?

İntihar edənin fikrindən daşındırmaq əvəzinə təhrik edilərək videoya çəkilib sonrada rahatlıqla tirajlanmasına başqa nə ad verək?

Eyni hüquqşünasın təhrikilə qazilər və jurnalistlər arasında qarşıdruma yaradılması təşəbbüsünün bu qədər vüsət almasına nə ad verək?

Yetimlərə mənzil verilməsinin bu qədər çeynənməsinə nə ad verək?

Qazilər həssas sosial qrupdur, həmişə cəmiyyətin baş tacı olmaldır. Amma onları digər həssas sosial qruplara qarşı qoymaq, hər dəfə dövlətin sosial siyasətinin təzahürü olan hər hansı addım atılanda “bəs qazilər?” sualını qoyub digərlərini aşağılmağa nə ad verək?

Hələlik cəmiyyətdə siyasi hərarətin artmasın səbəb olacaq proseslər (parlament və prezident seçkiləri, referendum) olmadığından bu hallardan təbliğati məqsədlə isitfadə imkanları məhduddur. Amma intiharların və onlarla bağlı manipulyasiyaların artması bir gün qəfil partlayış effektinə səbəb ola bilər. Elvin Cəfərov hadisəsində bunun ilkin əlamətləri göründü də.

2010-cu illərin əvvələrində Tunisdə bir təmizlikçi qadının özünü yandırması ilə “ərəb baharı”nı alovlandırması kimlərisə belə aktlardan siyasi məqsədlər üçün istifadə etməyə həvəsləndirməmiş deyil. Az qala hər hadisədən sonra analogiyalar aparılır, təbliğat effekt vermədikdə cəmiyyət laqeydlikdə qınanır.

Ötən ay qapı sındırma aktını işıqlandıran You Tube kanallardan 11–i (həm ölkədən, həm xaricdən yayımlanan) təqdimat zamanı tələ başlıq (clickbait) metodundan yararlanmış, dövlət qurumlarına qarşı mümkün qədər nifrət təbliğ edilmişdi. Aksiyanın onlayn və oflayn rejimdə 3 milyona yaxın şəxs izləmişdi, belə bir göstərici xarici blogerlərin çağırışı ilə yanvarın 19-da sözügedən nazirlik önündə keçirilmiş aksiyada da qeydə alınmışdı.

Hələlik əsas hədəf ƏƏSMN və polisdir. Elvin Cəfərov hadisəsində isə daha çox I şəxs hədəfə gətirildi. İzlənmə göstəriciləri Tik-tokda rekord qırır..

Çıxış? Qazilərə cəmiyyətin sahiblənməsi də, qazi problemlərinə həssaslığı da, bu həssaslığı nəzrə almayanlara qəzəb də yaxşı haldır. Amma o qəzəbi gah jurnalistlərə, gah Roza Zərgərliyə, gah hansısa qurum rəhbərinə yönləndirməklə problem çözülməz. Düyünlənmiş kələfə, hirs küpünə, nifrət bombasına çevrilər. Problemlərə baxış, problelmləri həll mexanzimləri dəyişməlidir. Yeni qurumların sayını artırmaqla deyil, mövcudları hərəkətə gətirməklə, bəlkə paralelləri aradan qaldırmaqla. Hərçənd təkliflər qurumların sayının artırılması istiqamətindədir.

P.S. Yeri gəlmişkən 2013-də II faktiki “səhiyyə nazirliyi” ləğv olunmadı, 2022-də də ləğv olunmayıb. Çətiri dəyişibən eyni qüdrətlə yoluna davam edir. Əvəzində daha 4 yeni “səhiyyə nazirliyi” də yaranıb. İnkubasiya...

Cəmaləddin Quliyev

Xəbər 1476 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +