Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


07.07.2022  14:25 

Dərsliklər elə urvatsız səviyyədə yazıldı ki...





A+  A-

2000-ci ildən bəri Təhsil sahəsində yol verilən yanlışlıqlardan yazanda çoxları bunu qəbul etmirdi. Deyirdik ki, Dünya Bankının ayırdığı külli miqdarda kredit vəsaiti istiqaməti üzrə xərclənmir, dərsliklərin yazılmasında monopoliya var, təsadüfi adamlar məktəblərə direktor təyin olunur, Ali məktəblər naşı idarəçiliyin qurbanına çevrilib.

Bu neqtiv hallara məhəl qoyan yox idi, lakin acı nəticələri sonradan gördük. Dünya Bankının krediti və Proqramlara ayrılan vəsaitlərin mənimsənilməsi hesabına milyonçu olanları hamı tanıyır. Dünya Bankının kredit vəsaitinin hesabına yazılan kurikulum sənədi proqram, məzmun və dərsliklərdə dolaşıqlıq yaratdı. Bu sənədi ölkənin elm və təhsil adamları yox, Hollandiyanın hansısa CİTO qrupu bizə sırıdı. Acı fəsadlar göz önündədir. Dərsliklər elə urvatsız səviyyədə yazıldı ki, müəllim, şagird və valideyn labirintə düşdü. İndi də bu proses davam edir. Böyük Kant deyirdi ki, uşaqları yaxşı öyrətmək üçün əvvəlcə onlarda xarakter formalaşdırmaq lazımdır. Məktəb də analoji olaraq belə olmalıdır. Məktəbdə tədris və tərbiyə üçün normal mühit yaradılmasa, illüziyadan və imitasiyadan xilas ola bilməyəcəyik.

Normal təhsil və tərbiyə mühiti yarada bildikmi? Yox, bacarmadıq. Bunu etmək üçün məktəb rəhbərliyi şəffaf seçilməli, valideyn-müəllim münasibətləri ali səviyyədə olmalıdır.

Məktəb öz sagirdləri arasında ayrı-seçkilik mühiti yaratmamalıdır. XXI Əsrin məktəbində tərbiyə amili gücləndirilməlidir. Əgər uşaqlar kütləvi şəkildə məktəbdən yayınırlarsa və buna şərait yaradılırsa məktəb və müəllim öz üzərinə düşən mühüm dəyərdən-tərbiyədən imtina etmiş olur. Dünyada məktəb tədqiqatları geniş vüsət alıb. Burada gələcək proqnozlaşdırılır.

Dumanlı nə görünürsə onun aradan qaldırılması üçün mütəxəssislər toplaşırlar, hökumət səviyyəsində məsələlər qaldırırlar. Biz təhsilimizin gələcəyini proqnozlaşdıra bilmirik. Günləri yola veririk, tənqid edənlərdən düşmən obrazı yaradılır.

Deyirlər ki, təhsildə fundamental problemlər barədə tədqiqatlar və diskussiyalar aparılmır. Bu harda aparılmalıdır? Bunun təşəbbüskarı kim olmalıdır? Dialoq mühiti varmı? İndiki təkəbbürlə biz heç nəyə nail ola bilməyəcəyik. Sahəni bilən adamlar bir yerə toplaşıb mövcud durumu təhlil etməlidirlər.

Təəssüflər olsun ki, təfəkkür tərzi buna imkan vermir. Bəzən görürsən ki, cavan məmurun təfəkkürü yaşlı məmurun təfəkküründən daha məhdud və avtoritardır. Bu hal indi özünü daha qabarıq şəkildə göstərir.

Dinləmə mədəniyyəti olmayanda monoloq burulğanı yaranır. Vəzifə tutanların çoxunun qazandığı bilik(?) və mərifət(?) təhsil sahəsinə uyğun gəlmir. Bunun da fəsadları artıq görsənir və genişlənir.

Təhsilimizi qoruya bilməsək nə indimiz, nə də gələcəyimiz bizi bağışlamayacaq!

Etibar Əliyev
Millət vəkili


Xəbər 3830 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +