Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


07.07.2022  10:35 

YPX avtomobili yük maşını ilə toqquşub





A+  A-

Bakıda Yol Patrul Xidmətinin (YPX) avtomobili yük maşını ilə toqquşub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, hadisə Ziya Bünyadov prospektində yerləşən tuneldə baş verib. Onun sözlərinə görə, 99-YP-355 dövlət qeydiyyat nişanlı YPX avtomobilinin yük maşını ilə toqquşması nəticəsində polis əməkdaşı xəsarət alıb:

"Qəzadan öncə təmizlik məqsədilə tuneldə yuyulma işləri aparılıb. Buna görə də yer sürüşkən olub. Yol Patrul Xidmətinin avtomobili tunelin yuyulması zamanı su təchizatını aparan yük maşını ilə toqquşub. Nəticədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Niftulla Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, dərhal xəstəxanaya yerləşdirilib. Həyati təhlükəsi olmasa da, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir".

Faktla bağlı cinayət işi başlanıb./"Qafqazinfo"

Xəbər 3656 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +