İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


07.07.2022  10:12 

II ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir





A+  A-

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir. Bu gün III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə də imtahan keçirilir.

XəzərNews.az DİM-ə istinadən xəbər verir ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunur. İmtahan saat 10:00-da başlanır. Saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İmtahan keçirilən şəhər və rayonlarda 67 imtahan binası, 1177 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 67 ümumi imtahan rəhbəri, 195 imtahan rəhbəri, 1474 nəzarətçi–müəllim, 167 buraxılış rejimi əməkdaşı, 67 bina nümayəndəsi cəlb edilib. İmtahanda 15 min 736 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 14 min 287 nəfər Azərbaycan, 1449 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 8 min 935 nəfəri oğlan, 6 min 801 nəfəri isə qızdır. 13 min 691 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 1792 nəfər əvvəlki illərin məzunudur. 11 nəfər ali təhsil müəssisələrinin, 242 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 48 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1964-cü ildən, ən gənci isə 2007-ci ildəndir.

İmtahanda 14 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

Xəbər 1052 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +