İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


06.07.2022  12:26 

Ölümə aparan liftlər... - Prezidentin ayırdığı 40 milyonu kim “yeyib”?





A+  A-

Bakı sakinlərini ən çox narahat edən problemlərdən biri istismar müddəti bitmiş və yenisi ilə əvəzlənməyən liftlərdir.

Hər gün kəlmeyi-şəhadətlərini oxuya-oxuya liftə minənlər təkcə köhnə binaların sakinləri deyil. Bu problemə yeni istifadəyə verilən binalarda rast gəlinir. Şəhərimizdə binaların liftlərinə diqqət yetirsək, görərik ki, heç bir dəyişiklik yoxdur, əksinə, vəziyyət get-gedə daha da ağırlaşır.

Ötən gün Baş Prokurorluq Bakıda yaşayış binasının liftinin qırılması ilə bağlı məlumat yayıb.

Hadisənin binanın liftində texniki nasazlıq səbəbindən əyləcin tutmamasına görə qəflətən bir mərtəbədən sürətlə digər mərtəbəyə düşməsi nəticəsində baş verdiyi bildirilib.

Bəs Bakıdakı binalarda lift təsərrüfatına qulluq necə olmalıdır? Kim məsuliyyət daşıyır?

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı əmlak eksperti Elnur Fərzəliyev Bakupost.az -a açıqlama verib.

Ekspert bu kimi hadəsələrin təkcə köhnə binalarda deyil, həmçinin təzə binalarda da baş verdiyini qeyd edib:

“Dünya ölkələrinə nəzər yetirsək, əksər ölkələrdə tikilən mənzillər təmir olunaraq vətəndaşlara təhvil verilir. Bizdə isə mənzillər yalnız suvaq vurularaq vətəndaşlara satılır. Hər binada 100-200 mənzil var. Həmin mənzilləri təmir edərkən çox hallarda yük daşıyan fəhlələr liftdən istifadə edirlər. Mənzillərin təmiri yekunlaşanda, o liftlər artıq öz keyfiyyətini çox sürətlə itirmiş olur. Çünki yükdən iki-üç dəfə artıq yük qaldıranda liftin istismar müddəti daha tez başa çatır. Yeni tikili binalarda da dəfələrlə liftin qırılması ilə həyatını itirən, yaralanan insanlar çox olub. İstər yeni tikili, istərsə də köhnə tikili binalarda belə hallara rast gəlinir”.

Ekspert daha çox liftlərin trosuna xüsusi diqqət yetirilməli olduğunu bildirib:

“Bir neçə aydan bir liftlər yoxlamalıdır. Xüsusilə liftlərin trosuna daha çox diqqət artırılmalıdır. Əksər binalarda sovet dövründə qoyulmuş liftlərdir və bir çox hallarda onlar da işləmir, yaxud hansısa bir mərtəbəyə qədər qalxır. Köhnə binalarda kommunal xərci az olduğuna görə, illik təxminən 18-20 manat vətəndaş ödəniş edir. Buna görə də az-az hallarda yoxlamalar olur. Lakin yeni binalarda kommunal 50-100 manata arası dəyişə bilir. Bunun müqabilində komendant o liftlərə nəzarət edir. Əksər binalarda liftlər nəzarətsiz və baxımsız qaldığına görə belə hallar baş verir”.

E.Fərzəliyev onu da əlavə edib ki, vətəndaşlar çox vaxt pul toplayaraq liftləri özləri dəyişirlər:

“Bir liftin trosunun qırılması üçün aylarla vaxt lazımdır. Çünki tros üç-dörd qat olur. Nizamnamənin tələbinə uyğun olaraq iki aydan bir nəzarət olsaydı, fəsad qeydə alınsaydı, belə hal baş verməzdi. Çox vaxt vətəndaşlar özləri pul toplayıb binada lifti dəyişdirirlər. Amma lifti dəyişmək vətəndaşın vəzifə borcu deyil. Bununla bağlı dövlət qurumu var. Onlar baxmalı və dəyişdirməlidirlər. Nəzərə alınmalıdır ki, köhnə binalarda yaşlı, xəstə, əlil olan insanlar, uşaqlar var. Lift işləməyəndə piyada düşüb-qalxırlar. Bunların hamısı diqqətə alınmalıdır. Binanın ən azı 30-40 yaşı varsa, hələ istismar müddətini bitirməyibsə belə oradakı liftlər mütləq dəyişilməlidir. Təbii ki, məsuliyyət lift idarəsinin üzərindədir”.

Qeyd edək ki, 2019-cu ildə Prezident İlham Əliyev şəhər və rayon mərkəzlərində olan binalarda liftlərin maddi texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalamışdı.
Bu sərəncama əsasən şəhər, rayon mərkəzlərində dövlət mənzil fonduna aid olan binalarda quraşdırılması məqsədi ilə yeni liftlərin mərkəzləşdirilmiş qaydada alınması və istismarda olanların bərpası üçün Prezident Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 40 milyon manat ayrılmışdı.

Növbəti illərdə ölkə başçısı ölkə ərazisində lift təsərrüfatının yenilənməsi üçün vəsaitlər ayırıb.

Xəbər 1308 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +