Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


05.07.2022  11:59 

ÖLÜM və BİZ





A+  A-

Elə bilirik ölüm sonda gəlir. Halbuki həyatımız boyu ən çox rastlaşdığımız ölümdür. Böyük ölümə hazırlaşdıran xırda ölümlər. İşin düz getmir, ölümdür. Evdə, çöldə xətrinə dəydilər, ölümdür. Sevdiyin getdi, bir ölüm, qayıtdı, başqa ölüm. Doğman xəstələndi, öldün, öldü, yenə öldün. Yalan deyirlər, ölənlə ölmək olmur. Hər ölənlə ölürük, xəbəri olan yoxdur. Həm də o öləndən qat-qat betər ölürük. Bəzən hətta bütün ömrümüz boyu ölürük hansısa ölümə.

İşə götürdülər bir ölüm, işdən çıxartdılar, başqa ölümdür. Guya sən işə kef eləmək üçün girirsən ki? Yox əlbəttə. Dolanmaq, ayaqda qalmaq üçün. Sevdiyin işlə mşğul olursan, buna görə hətta pul da verirlər sənə? Bu əladır, eləmi? Əlbəttə, ilk baxışda əladır. Amma dərininə get, gör o sevdiyin işin içində nə qədər öldürürlər səni kimlərsə hər naqisliklərində. Heç kim öldürməyəndə də özün nəyisə tapıb, özünə dərd edib, ölürsən, işdə də, yolda da, lap elə evə çatandan sonra da.

Nədir bunun səbəbi? Heç nə. Sən sadəcə ölmək üçün doğulmusan. Doğulduğun gün ölümün də doğulur səninlə. Sən onu görmürsən, o səni görür. Arada nəfəsini boynunda, qulağının dibində hiss etdiyin az olmur amma: getdiyin maşın yolda sürüşəndə, ucduğun təyyarə göydə hava boşluğuna düşəndə, lap elə düşməyəndə də. Yaxınlıqdakı binanın damından yanına daş düşəndə, çimərlikdə su qurşağından azca yuxarı çıxdı deyə geri çəkiləndə, uşaq evə gec gələndə, sevdiyin serial başlar-başlamaz işıqlar sönəndə, qadınsan ərin futbola baxanda, kişişisən arvadın deyinəndə.

Heç gör dirilməyə bu qədər səbəb taparsan? Yox əlbəttə. Amma ölməyə... Sadalayıb vaxt almıram sadəcə.

Çoxdur səbəb. Amma hamısının bir mühüm xidməti var. İnsanı misqal - misqal, qram -qıram tükəndirib əzrailin ağuşına hazır atmaq...

Biz də elə bilirik, ölüm sonda gəlir. Halbuki lap vaxtında gəlir. Görür adam hazırdır, gəlir sonuncu damlanı o ölümlərin üstünə salıb bədəni daşırdır, ruh uçub gedir...

Qınayası da deyil. Bəlkə elə yazığı gəldiyi üçün gəlir. Bəlkə də o tərəfdə ən mərhəmətli mələk elə Əzraildir? Yəni o mələk ki, diyarbədiyar gəzir, axtarır, görür kim ta qalacaq halda deyil, bilet verir ki, uçub qurtulsun...

Hə, əlbəttə, çoxumuz istəmirik gəlsin, çünki elə sanırıq, qala bilərik, qalmaq istəyirik. Amma axı o bilir, ta kim qalası deyil. Gəlir, kömək edir və biz bəlkə də gedib görürük ki, nə yaxşı ki, gəldik...

Belə baxanda, ölüm də bizim bir parçamızdır. Həm də ən qədim parçamız. Balamız olmayanda da olan parçamız. Dedim axı, bizimlə birgə doğulur. Bəlkə elə ona görədir ki, ölümü balamızdan da betər, bərk sıxırıq bağrımıza sonuncu gəlişində. Elə bərk ki, canımızı alıb qurtarır canını bizdən...

İlqar Rəsul
Fevral, 2022


Xəbər 6418 dəfə oxunub.



18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +