Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb
“Çin Azərbaycanın mühüm ticarət tərəfdaşıdır“


29.06.2022  10:40 

Nəğməli mesajlar...





A+  A-

Orta məktəblərin birində Xameneiyə həsr olunmuş mahnı ifa edilməsi haqda xəbərlər verilir. Bu hadisə niyə belə ictimai müzakirəyə səbəb olur? Cavab üçün bir az əvvələ eksurs etmək gərəkdir.

Nə baş verib?

Mayın sonlarında İİR prezidenti İbrahim Rəisinin Cənubi Azərbaycan vilayətlərinə səfərləri zamanı maraqlı çıxışlar olmuş, mesajlar verilmişdi. Daha çox öz seçicilərinə hesabat və vəd məzmununda çıxışlar idi, bizim üçün maraqlı məqamlar transasərhəd çayları ilə bağlı deyilənlər, Şərqi Azərbaycan və Ərdəbil vilayətlərində sərhədçilərlə görüşləri, o görüşlərdə dedikləri idi. Rəisi həlak olmuş sərhədçilərin məzarlarını ziyarət edərək Araz boyu sərhədlərin qorunmasının zərurəti haqda açıqlamalar vermişdi və s.

Ərdəbil vilayətinə səfəri zamanı isə Aslandüzdə(Biləsuvar yaxınlığı) məktəbyaşlı uşaqların sərhəd boyunca yarımhərbi təlimlərini izləmişdi. Üzü Azərbaycan Respublikasına sarı düzlənən dəstə “Səlam, fərmandeh(Salam, komandir)” mahnısı da ifa etmişdi. Dini pop stilində yazılmış nəşidə qeyd edilənlərə görə, SEPAH tərəfindən istifadə olunur, sionizmə qarşı mübarizəni simvolizə edir və s.

Bu açıqlama və mesajların Azərbaycan-İsrail təmaslarının sıxlaşması, İsrailin mümkün enerji və ərzaq böhranından Azərbaycan vasitəsilə çıxma təşəbbüslərinin müzakirə edildiyi, Zəngilanda israilli mütəxəssislərin də çalışacağı deyilən “ağıllı kənd” layihəsinin istifadəyə verildiyi vaxta düşməsi diqqət çəkirdi.

Bu ayın 22-də isə İranın bir neçə aparıcı nəşri, APPARAT sosial şəbəkəsi, teleqram kanalları “Səlam fərmandeh, Bakıda türk dilində” başlığı ilə məlumat yayır. Videodan görünürdü ki, həmin klip olduğu kimi saxlanılıb,lakin ifa Azərbaycan dilindədir.Yeni sual yaranır- Niyə mahnının azərbaycanca təliği üçün belə cəhdlər edilir?

İSNA agentliyinin xəbərinə görə, mahnının azərbaycanca versiyası Təbriz bələdiyyəsi və Bəsic (Sepah könüllü qüvvələri) tərəfindən hazırlanıb. Mahnının bir hissəsində uşaqlar bu sözləri oxuyur: “Salam komandir, Seyyid Əli Ağamın ordusu hazırdır... Baxma kiçikdir qəddim, mən də Bakiri kimi durub cihad edərəm.”

Niyə qarşısı alınmalıdır?

Hüquq müdafiəçiləri bildirirlər ki, dini və hərbi məzmunu olan “Salam, komandir” adətən, çox sayda məktəbli uşaqların müşayiəti ilə ifa edilir. “10 yaşındakı qızları və oğlanları seçib və onlara hərbi və dini mahnıları öyrədirlər. Uşaqlar bunu bir konsert kimi görür. Amma bu konsert deyil. Mahnıda Xameneyidən bəhs edirlər, uşaqları cihada və şəhid olmağa hazırlayırlar. Bu bir konsert kimi uşaqların xoşuna gələ bilər, amma əslində onların beynini yumaq üçündür. Mahnının ifasında uşaqlardan istifadə edilməsini uşaq istismarıdır”. Yeniyetməliyi və ya uşaqlığı sovet dövrünə təsadüf edən şəxslər üçün tanış mənzərədir - ya öz təcrübələrindən, ya müəllimlərinin, valideynlərinin xatirlərindən bilirlər ki, xüsusən 1930-60-cı illərdə pioner və komsomolçulara “bolşevik inqilabı”nı, “dünya proletariatının dahi rəhbərini”, onun ideyalaırnın ixracının gərəkliliyini öyən şərqilər öyrədərlərmiş.

Üstəlik, bu qalmaqal yuxarıda qeyd etdiyimiz kimi, “iranlı pionerlərin” bircə il əvvəl “Xeybər fatehləri” təlimi keçirilmiş yerlərdə üzü şimala düzlənərək Azərbaycana xüsusi mesaj kimi ifa olunması ilə başlanıb.

Azərbaycan təhsil müəssisələrində nə Amerika, nə rus, nə də hər hansı digər yadelli orduları mədh edən, hərbcu - militarist çağırışlar ehtiva edən mahnılar ifa olunmur və olunmamalıdır. Azərbaycan məktəblisi qonşu dövlət(lər)in hərbcu ekspansionist siyasətinin təbliğ hədəfi olmamalıdır. Bir müddət əvvəl İŞİD-in nəşidələri( hərbi dini mahnıları) qadağan olunduğu kimi bu da qadağan edilməldir. Həm də ona görə ki, belə təbliğat orta təhsilin konsepsisyasına tam ziddir.

Nəhayət, ötən il “Traxtur” futbol komandasının oyunçularının ifasında “Yaşa Azərbaycan” mahnısı ifa olunması haqda video və xəbərlər Azərbaycan mediasında və sosial şəbəkələrində geniş yayılmışdı. Yüksək sənət nümunəsi olmasa da, o ifa Azərbaycan Respbublikasının Qarabağda qələbəsinə ithaf olunmuşdu. “Döyüşən hər əsgərin cəsarətinin heyranıyıq, Ali Baş Komandan siyasətinin heyranıyıq.. Dilimzidə bir şüar var, yaşa Azərbaycan! “kimi sözləri olan mahnıda Azərbaycanın ali baş komandanı təqdir olunurdu. Görünür, İran indi “Səlam, fərmandeh” mahnısının azərbaycanca təbliğini təşkil etməklə həm də bu ifaya cavab verməyə çalışır. Təxminən belə-siz bizim gənclərin beyninə xitab edirsiniz, biz sizin yeniyetmələrin və məktəblilərin..

İranlı ekspertlər “mədəni(yumşaq) güc” siyasəti sahəsində, başqa sözlə desək, ideoloji işdə Azərbaycan Respublikasına uduzulduğunu, bunun qarşısını almaq üçün incəsənət, ədəbiyyat, kino, həttta folklorun imkanlarından istifadə etməyi , "əks həmlələr" təşkil etməyi təklif edirlər. Hesab edin ki, bu nəşidə həmin həmlələrdən biridir- “Niyə azərbaycanca təbliğ edilir, niyə Bakı məktəblərində ifa olundu deyə sevinclə paylaşılır? “ sualının cavabı anlaşıldı, yəqin.

"Traxtur"un ifasında "Yaşa Azərbaycan" mahnısı:



Cəmaləddin Quliyev



Xəbər 1138 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq

28.03.2024  09:03 

Peruda zəlzələ olub

28.03.2024  01:25 

Oleq Babuyev vəfat edib

28.03.2024  00:05 

Namiq Abbasov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +