Sabir Rüstəmxanlı ilə görüş keçirilib
Səlim Müslümov ziyanın 20 milyon manatını ödədi
Məktəbli formaları bu qiymətə satılacaq
Sabah bəzi yerlərdə 41-42° isti olacaq
Pensiyalar bu tarixdə ödəniləcək
Vəzifəli şəxslərə cinayət işi açılıb, həbs edilən var
Hərbçi qəza törətdi, ölən var...
Sabahdan İXTİSAS seçimi başlayır
Qazini öldürən həbs edildi - Bakıda
Deputatlarımız niyə “xoruz“ buraxır?


24.06.2022  15:15 

“YAŞAT” Fonduda mətbuat konfransı təşkil olunub





A+  A-

24 iyun 2022-ci il tarixində 7 saylı Bakı “ASAN xidmət” mərkəzində “YAŞAT” Fondunun fəaliyyətinə dair kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı təşkil olunub.

XəzərNews.az xəbər verir ki, tədbirdə “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun fəaliyyətinə dair hesabat xarakterli təqdimatla çıxış edib.

Təqdimatda “YAŞAT” Fondu tərəfindən müvafiq istiqamətlərdə şəhidlərimizin ailə üzvləri və yaralılarımız üçün həyata keçirilən dəstək tədbirləri, reallaşdırılan layihələrə dair statistik məlumatlar əks olunub.

Sonda kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları cavablandırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının Hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.

Xəbər 431 dəfə oxunub.



12.08.2022  10:10 

Rayonlardan un qıtlığı var?


BÜTÜN XƏBƏRLƏR +