Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


20.06.2022  11:53 

“Onlar Avropada yeni bir təhlükəsizlik çətiri formalaşdıracaq“





A+  A-

“Ukraynanın Avropa Birliyinə üzv olması geosiyasi proseslər fonunda yaxın perspektivdə reallaşacaq. Birliyə üzvülüyü Ukrayna prezidenti V. Zelenski xalqa müraciətində bunu xüsusi vurğuladı. Fransa, Almaniya və İtaliya liderlərinin Kiyevə səfəri apardıqları danışıqlar fonunda Ukraynın birliyə üzv olması üçün yaşıl işıq yandırılıb. Bundan əlavə, hər üç ölkə Moskva ilə danışıqlarda və atəşkəsdə maraqlıdır. Bunun üçün Kiyevin güzəştə getməsini danışıqların əsas predmeti olur”.

Bu barədə açıqlamanı XəzərNews.az-a politoloq Məhəmməd Əsədullazadə verib.

M.Əsədullazadə bldirib ki, Gürcüstan, Moldovadan fərqli olaraq Ukrayna Avropanın qapısında saxlanılmayacaq.

“Kiyevin Birliyə üzvülüyü Moskvanı da narahat etmir. Çünki Almaniya və Fransa Kiyevi öz nəzarətində saxlaması mümkündür.

Qeyd edim ki, Rusiya Ukrayna müharibəsi fonunda Qərb cəbhəsində fikir ayrılıqları ortaya çıxıb. Böyük Britaniya Şərqi Avropada yeni bir güc mərkəzi yartamağı planlayır. Ukrayna, Polşa və Bribaltika ölkələri ilə birgə siyasi-hərbi blok Avropa Birliynə alternativ olaraq Londonun Birlik üzərində geosiyasi mövqeyini gücləndirilməsini nəzərdə tutmaqla yanaşı Almaniya və Fransanın aktiv siyasətini Şərqi Avropada qarşısını alacaq”.

Politoloqun fikrincə, Ukrayanda gedən müharibə fonunda Qərb koalisiyası daxilində həm də anglosakslarla germanlara arasında bir nüfuz savaşı da demək olar.

“Avropanın iki mərkəzə ayrılması Berlin və Parisin mövqelərinin zəiflədilməsi, Londonun önə tam çıxmasına gətirib çıxara bilər. Fransa prezidenti E. Mkaron, Almaniya kansleri Şoultsun tələsik Ukraynaya səfəri Ukraynanı Böyük Britaniyanın moderatorluğu altında qurulan birlikdən uzaq tutmaqla, Avropa Birliynə üzv olacağını əmin etməkdir. Qeyd edim ki, Almaniya və Fransa "Minsk- 3 formatında "danışıqların aparılmasında maraqlıdırlar. Bu format hazırkı statuskovo şəraitində Kiyevin Kremlə atəşkəs müqaviləsi bağlamasını özündə əks etdirir. Bu Berlin və Pasrisin Böyük Britaniyanın Avropada geosiyasi üstünlüyünün qarşısını almaqdır.

Təbii ki, Qərb koalisyası daxilində fikir ayrılıqları Putinin irəlləməsini şərtləndirir. Ukraynaya tam lojistik dəstək verən ABŞ mövqeyi burada həlledicidir. Məhz Vaşinqtonda Kiyevin Paris və Berlindən uzaq durmasinı yeni geosiyasi şəraitdə Londonda əməkdaşlığa getməsində maraqlıdır. Böyük Britaniya və ABŞ Avropada yeni bir təhlükəsizlik çətiri formalaşdıracaq və Rusiya Ukraynadan çıxarılacaq".


Xəbər 869 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +