“Taxılla bağlı problemimiz yoxdur“ - Prezident
Daha iki MAXE ordudan kənarlaşdırıldı
Azərbaycan neftinin qiyməti 100 dollara yaxınlaşır
Rayonlardan un qıtlığı var?
Gənclər Şəhərciyində hər an partlayış ola bilər – Səbəb?
Elşən Xəzər “İran agenti”di? - İttihamlara CAVAB
Deputat TURANŞİKİRANŞİKlərdən yazdı...
Daha bir deputatın statusu gülüşə səbəb oldu - FOTOFAKT
Azərbaycanda internetin qiyməti niyə qalxdı?
Payızda quru sərhədlər açıla bilərmi?


18.06.2022  11:45 

Quru sərhədlər bağlı, aviabiletlər baha, istirahət nə zaman əlçatan olacaq?





A+  A-

Yay fəslinin başlaması ilə insanlar səyahət planları qurmağa başlayır. Pandemiya dövründə sərhədlərin bağlı olması ilə əlaqədar bütün dünyada olduğu kimi, Azərbaycanda da vətəndaşların xarici ölkələrə səyahət imkanları məhdud idi. Hava yollarının açılması ilə məhdudiyyətlər aradan qalxsa da, çətinliklər qalmaqdadır.

Onlardan biri də quru sərhədlərinin hələ də bağlı qalmasıdır. Cəmiyyətin narahatlığına, nüfuzlu şəxslərin müraciətlərinə baxmayaraq, problem həllini tapmayıb. Bu həm də ona görə ciddi problemdir ki, aviabiletlərin qiymətləri necə deyərlər əl yandırır. Hotel, qidalanma, səfər boyu müxtəlif xərcləri nəzərə alaraq, bir həftə, 10 günlük istirahətin orta büdcəli vətəndaş üçün əlçatmaz olduğu aydın görünür.

Səyahət Sağlamlıq və Turizm Şirkətinin baş direktoru Tərlan Quliyev “Yeni Müsavat”a bildirdi ki, quru sərhədləri bağlı olduğu üçün Azərbaycan vətəndaşlarının xarici ölkəyə səfər etməsi yalnız hava yolu ilə mümkündür: “Pandemiya səbəbindən səyahət planlamasını edərkən ötən il daha çox çətinlik yaşanırdı. Bu il isə hava yollarının açılması, bir çox uçuşların bərpası buna əngəl yaratmır. Xüsusilə, Rusiya vətəndaşlarının Türkiyəyə səyahətlə bağlı sıxıntılarının olmasına baxmayaraq, hotellər doludur. Quru sərhədləri bağlı olduğu üçün alternativ turizm marşrutlarından istifadə edə bilmirik. Məsələn, vətəndaşlarımız Trabzon-Uzungöl turlarına üstünlük verir. Aviabiletlərin qiyməti isə kifayət qədər bahadır. Bu səbəbdən daha az büdcəli ailələr sözügedən marşrutdan yararlana bilmirlər. Hazırkı vəziyyətdə turizm şirkətləri üçün alternativ yollar təklif etmək imkanı yoxdur. Xarici ölkəyə səfər etmək istəyən vətəndaş hava yolundan istifadə etməyə məcburdur”.

T.Quliyev Azərbaycanlıların ən çox səyahət etdiyi ölkələr siyahısında Türkiyənin ön sırada olduğunu bildirdi: “Bu günlərdə Türkiyənin ”Pegasus Airlines" aviaşirkəti Bakı-Alanya-Bakı reysini ləğv etdi, iyul ayından etibarən bilet satışı dayandırılır. Rəsmi yaxud qeyri-rəsmi heç bir açıqlama olmadı. Turizmin qaynar dövründə bu addım turizm şirkətlərinə sıxıntılar yaratdı. Müştərilər erkən rezervasiya imkanlarından istifadə edərək tur-paketlər əldə etmişdilər. Bu halda alternativ təklif verməyə çalışdıq: ya uçuşu Antalya istiqamətinə dəyişmək, ya da ödənişi geri almaq. Bu halda tur-paketdə 20-30% fərq yaranır. Hazırkı aktiv mövsümdə qiymətlərin aşağı olması real deyil, üstəlik, erkən rezervasiya ilə müqayisədə qiymətlər 30% bahadır. Dubay da üstünlük verilən istiqamətdir. Bəzi Avropa ölkələrinə maraq artmaqdadır. Birbaşa uçuşların açılması ilə müştərilərə alternativ istiqamət kimi Misiri, Monteneqronu və başqa ölkələri də tövsiyə edə bilirik. Lakin yeni ölkələrə səyahətə maraq olsa da, tələbat yüksək deyil. Cənubi-Asiya ölkələri, Maldiv adaları, Mavriki, Seyşel adaları pandemiya dövründə belə qapanmaya getmədilər. Bu da başadüşüləndir, çünki sözügedən ölkələrin gəlirinin demək olar ki, 80%-i turizmdən asılıdır".

T.Quliyev xatırlatdı ki, yanvar ayından erkən rezervasiya etmək mümkündür, bu da 20-50%, bəzi hotellərdə isə hətta 70% endirim imkanı yaradır. O ki qaldı qiymətlərə: “4 nəfərlik ailənin Türkiyədə 3 ulduzlu hoteldə dincəlməyi ən azı 1500-2000 manata başa gəlir. Dubaya səyahət təxminən, 600-700 dollar arasında dəyişir. Gürcüstanda hotellər baha olduğu üçün, iki nəfər üçün bir həftəlik qiymət təxminən 1000-1200 manatdır. Türkiyədə hotellər ”all-inclusive" kateqoriyasına aiddir (həm içkilərdən, həm də yeməklərdən istənilən vaxt pulsuz istifadə), Dubay və Gürcüstanda isə yalnız səhər yeməyi verilir".

“Baku Holiday Travel” şirkətinin əməkdaşı Nurlan Səfərli “Yeni Müsavat” a açıqlamasında qeyd etdi ki, hazırda ən münasib qiymətlər Türkiyə və Şarm əl Şeyxədir: “Türkiyədə 5 ulduzlu hoteldə 4 nəfərin bir həftəlik istirahəti 2700 dollara başa gəlir. Antalyada iyul ayında 3 ulduzlu hoteldə gecələmə (hər şey daxil 4 nəfər üçün)1870 dollardır. Bir çox hotellərdə artıq yer tapmaq mümkün deyil. Erkən rezervasiya ilə bu ərəfədə rezervasiya arasında minimum 25-30% fərq var. Avropaya səyahət etmək istəyənlərin əsas çətinliyi viza ilə bağlıdır, çünki bu ərəfədə səfirliklərdə viza üçün növbə götürmək çətindir. Məsələn, Yunanıstana səfər etmək istəyənlər üçün səfirlik viza növbəsini iyul sonuna, avqusta, hətta sentyabrda verir. Bunu nəzərə alaraq, müştərilərə öncədən bu müddəti nəzərə alıb hazırlıqlı olmağı tövsiyə edirik. Turizm şirkətləri səyahətlə bağlı bütün xidmətlərin göstərilməsində müştərilərə yardımçı olurlar”.

Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Əhməd Qurbanov mövzunu şərh edərkən qeyd etdi ki, turizmin ən qaynar mövsümü istər Azərbaycana səyahət etmək istəyən, istərsə də xaricə səfər etmək istəyənlər üçün çətinliklərlə müşahidə olunur: “Quru sərhədlərin bağlı olması turist sayına ciddi təsir edir. Söhbət təkcə, birbaşa Azərbaycana gəlmək istəyənlərdən getmir. Məsələn, Gürcüstana gəlib ordan Azərbaycana keçmək istəyən turistlər üçün əlverişsiz şərait yaranıb. Xaricə səfər etmək istəyən aşağı büdcəli vətəndaşlar ”loukoster" şirkətlərinin xidmətlərindən istifadə edə bilərlər".

Ə.Qurbanov turizmin aktiv olduğu periodda vətəndaşlara diqqətli olmağı tövsiyə edir: “Ofisi, işçilərinin sayı qənaətbəxş olan şirkətlərə etibar etmək olar. Eyni zamanda Azərbaycan Turizm Assosiasiyası da vətəndaşlara yardım etməyə hazırdır. Etibarlı turizm şirkətinin seçilməsi dələduzluğa məruz qalmaqdan sığortalaya bilər”.

Xəbər 558 dəfə oxunub.




12.08.2022  10:10 

Rayonlardan un qıtlığı var?

09.08.2022  18:01 

Hava ilə bağlı xəbərdarlıq...


BÜTÜN XƏBƏRLƏR +