Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


18.06.2022  10:41 

Xanlar Vəliyev onda hardaydı ki?.





A+  A-

Hərbi Prokuror Xanlar Vəliyev “Tərtər cinayəti” qurbanları yaxınlarının Hərbi Prokurorluq qarşısındakı aksiyasına və onun istefa tələbinə münasibət bildirib.

Onun Gununsesi.info-ya açıqlamasında səsləndirdiyi fikirləri əslində mənfi mənada sensassiya sayıla bilər. Hərbi Prokuror deyib: “Mənə istefa çağırışı etmək absurddur. Mən o işgəncələrin qarşısını alan adamam. Mən olmasam, Allah bilir nələr olacaqdı”.
Strateji posta rəhbərlik edən şəxsin “mən olmasaydım, Allah bilir nələr olacaqdı” ifadəsi elə onun rəhbərlik etdiyi orqana böyük ləkədir.

Açıqlamanın növbəti hissəsində də məntiqsizlik var. Hərbi Prokuror belə deyib: “Biz o adamları qəbul etdik. Məlum oldu ki, onların arasında Dövlətə xəyanət ittihamı ilə cəza çəkən şəxslərin yaxınları, həmçinin, qazi adı ala bilməyənlər, hansısa nazirlikdən şikayətçi olanlar var”.

Lap tutaq ki, belədir. İndi o adamların şikayətçi olmasında nə qəbahət var ki? Belə yanaşmanın nə qədər bəsit olduğu aydın görünür.

Səbəbləri:

1. Axı niyə həbs olunanlara Hərbi Prokurorluqda işgəncə verilməldir? Ümumiyyətlə, istintaq altında yatan şəxsə işgəncələr verilməsi, həm də məlum olduğu qədər dəhşətli səviyyədə işgəncələr verilməsi, hansı qanunda və qaydada əksini tapıb ki, hörmətli Xanlar müəllim hadisə ilə bağlı bu qədər sərbəst və sadə danışa bilir

2. Hətta hansısa məhkuma hansısa qoluzorlu prokurorluq işçisi bir sillə vurubsa belə, bu halın yaranmasına məhz Hərbi Prokuror cavabdehdir. Normal insani və məmur münasibətində bir silləyə görə də orqanın rəhbəri istefa verər.

3. Xanlar Vəliyev bildirir ki, “Tərtər cinayəti” ilə bağlı Baş Prokurorluqda yaradılan İnstintaq Qrupu araşdırma aparır. Elə bu faktın özü onu deməyə əsas verir ki, Hərbi Prokurorluq böyük yanlışlığa yol verib. Sən də Prokurorluqsan, o da. Özünə necə sığışıdırırsan sənin rəhbərlik etdiyin orqanda baş verən dəhşətləri Baş Prokurorluq araşdırır. Rəhbər şəxs bu gerçəyi necə həzm edə bilər axı?..

4. “Mən olmasam, Allah bilir nələr olacaqdı”. Xanlar Vəliyev bu ifadəsi ilə, el dilində desək, lap gül vurub. Cənab hərbi prokuror, elə siz ola-ola nəinki hətta Allahın, hər kəsin bildiyi dəhşətlər baş verib. Daha bundan ötəsidəmi olur? O dəhşətlərin bir elementi belə, sizin rəhbər kimi səriştəsizliyinizi göstərən amildir. Başqa tərəfdən “Allah bilir nələr olardı” fikrinə varsaq, belə çıxır ki, siz işçilərinizdən daha betər işgəncələr də gözləyirmişsiz. Həm də bu açıqlamanızla işgəncə verənlərinizin olduğunu da etiraf etmiş olduz. Yəni onlar var, çirkin əməllərini davam etdirirlər, sadəcə siz olmasaz, daha dəhşətli işlər törədərlər.

5. Məgər qazi adı ala bilməyənlər, dövlətə xəyanət ittihamı ilə cəza çəkənlərin yaxınları Hərbi Prokurorluq qarşısında aksiya keçirə, hərbi prokurorun istefasını tələb edə bilməzlər? Söhbət işgəncə faktından gedir. Dövlətə xəyanət ittihamı ilə tutulanlara da işgəncə verilib, elə yaxınları da bu fakta etiraz edirlər, həm də ittihamı qəbul etmək istəmirlər. Qazi adı ala bilməyənlərin də onlara dəstək verməsində nə qəbahət ola bilər ki? Əsas məsələ etiraz edənlərin şəxsiyyəti yox, etiraz motivləridir.

Danışma, danışma, danışanda da belə absurd fikirlər səsləndir, üstəlik də istefanı tələb edənləri absurd istəkdə günahlandır, həqiqətən də möcüzədir.

Görək, ölkədə aparılan sürətli kadr islahatları, vətəndaş-məmur münasibətlərinin sivil qaydaya salınması, vətəndaş məmnunluğunun artırılması fonunda Xanlar Vəliyev daha nə qədər hərbi prokuror ola biləcək.

Bir haşiyə də çıxım: Neçə müddətdir, gözlər və düşüncələr “Tərtər cinayət”inə yönəlib. Heç bilirsinizmi, hərbi sistemdə yaşanan hadisələrin araşdırılmasında hərbi prokurorlar, müstəntiqlər hansı oyunlardan çıxıblar?.. Minlərlə fakt var ki, günhasızı cəzalandırıblar, günahkarı azadlığa buraxıblar.

Xanlar Vəliyev onda hardaydı ki, nələr baş verdiyini ancaq Allah bilirdi.

Ceyhun Musaoğlu

Xəbər 995 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +