“Taxılla bağlı problemimiz yoxdur“ - Prezident
Daha iki MAXE ordudan kənarlaşdırıldı
Azərbaycan neftinin qiyməti 100 dollara yaxınlaşır
Rayonlardan un qıtlığı var?
Gənclər Şəhərciyində hər an partlayış ola bilər – Səbəb?
Elşən Xəzər “İran agenti”di? - İttihamlara CAVAB
Deputat TURANŞİKİRANŞİKlərdən yazdı...
Daha bir deputatın statusu gülüşə səbəb oldu - FOTOFAKT
Azərbaycanda internetin qiyməti niyə qalxdı?
Payızda quru sərhədlər açıla bilərmi?


15.06.2022  10:32 

Bulvar, bədbəxt Hacınski və satqınlıq...





A+  A-

Bu gün “Filarmoniya bağı”ndan bulvara keçəndə bir daha xatırladım ki, satqınlıq tarixin diri saxladığı yeganə aktdır.

Niyə bu gün?

Dahi Xudu Məmmədov deyirdi: “Məhdudiyyət kəşfin anasıdır”.

Bu gün Bakının gümüşü konstruksiyalarla bağlanmış yollarından savayı nəsə görmədikdə, bu “dəmir beşiklərdə şivən çəkən” idman maşınlarının səsindən başqa nəsə eşitmədikdə insan bu məhdudiyyət içində bir daha Bakının əslinə diqqət kəsilir, küçələrin adlarına zillənir, əlində olanlara daha çox dəyər verməyi düşünür.

Bu məhdudiyyət mənə divarlara yazılan adlara diqqətlə baxmağı öyrətdi və Bakı, bulvar haqqında bir daha bədənnüma düşünərkən həmin şəxsi, adına Bakının əsas küçələrində rastlaşmadığım o adamı xatırladım.

Bəli, dünyanın ən uzunömürlü aktı satqınlıqdır. Təkcə bu addım heç zaman simasını dəyişmir, çünki tarix onu bağışlamır. Bağışlasa, başqa bir don geyinə, ömrünü bitirə bilər. Ancaq satqınlığı tarix mumyalanmış meyit kimi əsrlər uzunu çürütmədən saxlayır.

XX əsrin lap əvvəllərində Bakı duması qarşısısında qaynar məruzələr deyən, Bakı şəhərinə eşq elan edən, bulvarın, Sahil küçələrinin salınmasına qollarını çırmalayıb, pak ehtirasla girişən cavan bir oğlan var idi. Layihə ilə bağlı “Kaspi” qəzetində dərc olunmuş məruzələrdəki bəlağət, elan etdiyi müsabiqələrdəki ədalət və seçdiyi cümlələrdəki nəcabət həmin adamın işinə olan sevgisindən irəli gəlirdi.

Onun rəhbərliyi ilə “Bakı küçələrinin nəcibləşdirilməsi barədə” kitab nəşr olunur. Cümləyə diqqət edin: “Bakı küçələrinin nəcibləşdirilməsi...”

Bakı bulvarında çimərlik salınması il bağlı elan olunan tender barədə deyirdi:

“Bu adi, siravi layihə deyil. Burada incə zövqə malik, belə işi sevən mütəxəssis lazımdır. Ancaq bu xüsusiyyətlər hər bir memara xas deyil. Gözəl texnik olmaq olar, lakin belə xüsusiyyətlərə sahib olmaq olmaz. Azca xərc tələb olunur, buna xəsislik etmək olmaz. Burada fantaziya, gözəllik lazımdır".

O, Məmmədhəsən Hacınski idi.

Cümhuriyyət qurulandan sonra Məmmədhəsən Hacınski təcrübəli kadr kimi hər gün bir vəzifə - Xarici işlər naziri, maliyyə naziri, dövlət naziri, daxili işlər naziri, ticarət, sənaye, ərzaq naziri və s. - dəyişərək daha yüksək tribunalar qarşısına gəldi. Gün gəldi, o Azərbaycanın müstəqilliyini car çəkmək, dünyaya tanıtmaq üçün Fransaya, Versal Sülh Konfransına qatılmağa gedən nümayəndə heyətinin əsas üzvlərindən oldu. Uzunmüddətli ezamiyyət günlərinin birində 1919-cu ilin payızında Hacınski nümayəndə heyətinin rəhbəri Əlimərdan Topçubaşov və heyətin məsləhətilə seçilərək Bakıya göndərildi. Göndərldi ki, teleqram vasitəsilə anladılması mümkün olmayan məruzələri əyani şəkildə rəsmi Bakıya çatdırsın, lazım olanları versin, vacib olanları alsın, geri qayıtsın.

Hacınski isə Bakıya gəldi, ancaq geri qayıtmadı.

O, qarşıdan gələn “Qızıl ordu”nun sarı işığında cəsarətini əritdi və gün gəldi, həmin ordu Bakıya daxil olanda bolşevikləri gül-çiçəklə qarşılayanlardan biri də Məmmədhəsən Hacınski oldu. Hansı ki, onunla ezamiyyətə gedən Ə. Topçubaşov, Ə. Şeyxülislamov, M. Məhərrəmov, C. Hacıbəyov və başqa silahdaşları hələ də Parisdə onun onun yolunu gözləyirdi.

Hacınski və Nərimanov eyni cəbhədə təmsil olunsa da, bu iki obrazın fərqi var idi və tarixin unutmaması gərəkli olan bu fərq ondan ibarət idi ki, Nərimanov ta əvvəldən “Qızıl ordu”nun sarı işığını günəş seçmişdi, ona inanırdı və bu inamla da öldürüldü.

Hacınski isə bir neçə ay əvvələ qədər Azərbaycan Xalq Cümhuriyyətinin ən yüksək vəzifələrində təmsil olunurdu, “Qızıl ordu”nun sarı işığı onun sadəcə gözlərini qamaşdırdı.

Satqınlıqda diqqətdən kənar qalan xırda bir detal var; bütün satqınlar elə bilir ki, satıldığı ünvana yaxşılıq edirlər və qarşı tərəf bu yaxşılığı heç vaxt unutmayacaq. Alan tərəf isə yaxşı bilir ki, bu gün mənə kimisə satan adam, sabah məni də kiməsə satacaq. Ona görə də həmin şəxsi istifadə müddəti bitən kimi heç bir xatirəsini əzizləmədən zülmətə vasil edir.

Özü özünə məhkəmə qurub özünə bəraət verənləri tarix bəlkə də bağışlaya bilər. Məsələ də budur ki, insanın dünyada aldada bilmdiyi yeganə canlı özüdür. Öz məhkəməsindən qalib çıxa bilməyən adamlar tarix qarşısında da daim tərksilah olur, Məmmədhəsən Hacınski kimi.

Tarixən tcrübədən çıxan bu aksiom Hacınskininin taleyində də eyni rolu oynadı – o, satıldığı cəbhə tərəfindən repressiya edildi, 1930-cu ildə: 4737 kod adı ilə...

Mövzu insandırsa, dəyədirsə, alanlar satanları heç baxt bağışlamır.

Bəlkə də yaşasaydı, SSRİ ona 1953-cü ildə daxili idarəetmə əl dəyişəndən sonra bir çox repressiya olunanlar kimi bəraət verərdi, ancaq Hacınski öz məhkəməsindən üzüağ çıxa bilmədi.

Satdığı, bəlkə də ona görə qürbətdə qalan Topçubaşov, Hacıbəyovu, silahdaşlarını yuxularından arındıra bilmədi. Bir dumanlı fevral günündə mələfəsini boynuna bağlayıb nəfəsini kəsdi. Bədənini intiharla bu dünyadan ayıra bilsə də, adı hələ də çirkin həbsxana mələfəsindən asılı qalıb.

Onu nə cümhuriyyət sevdi, nə SSRİ, nə də bugünkü Müstəqil Azərbaycan. Memarlıq quruculuq işində Bakı tarixində iz qoyan, küçələr, xiyabanlar yaradan, bugünkü Bakının alnının qırışlarının müəllifi olan Hacınskinin Bakıda, demək olar ki, xatirəsi əbədiləşdirilməyib.

Yalnız “Razin”də bir küçə...

Qafqazinfo

Xəbər 528 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.08.2022  10:10 

Rayonlardan un qıtlığı var?

09.08.2022  18:01 

Hava ilə bağlı xəbərdarlıq...


BÜTÜN XƏBƏRLƏR +