Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


13.06.2022  20:25 

Azərbaycan dövlətçiliyini dəyişən TARİX





A+  A-

Azərbaycanın tarixinə nəzər salsaq xalqımızın taleyində elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də Milli Qurtuluş günüdür.

Bu gün Azərbaycan xalqı üçün sadəcə sıradan təqvimdə bir bayram günü deyil, böyük ictimai-siyasi, eyni zamanda tarixi əhəmiyyətə malik bir gündür.

Məhz iyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, inkişafında müstəsna rol oynayan mərhum prezidentimiz Heydər Əliyev olub.

1991-1993-cü illərdə ölkəmizdə baş verən anarxiya hər birimizə məlumdur. Sadəcə bir məsələni qeyd etmək kifayət edər ki, o vaxtdakı mənzərə gözümüz onundə yenidən canlansın.

1993-cü il iyunun 4-də Gəncədə Sürət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi ölkəni tamamilə anarxiyaya sürükləyirdi. Sürət Hüseynovun qiyamı Gəncə dairəsindən çıxaraq artıq Bakıya doğru irəliləyirdi.

1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. Məhz belə çətin bir vaxtda xalq o zaman Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyevi Bakıya dəvət etdi.

Heydər Əliyev iyunun 9-da Bakıya qayıdandan sonra Sürət Hüseynovla danışıqlar aparmaq üçün Gəncəyə getdi. Ordan qayıdandan sonra Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı çıxış etdi və millət vəkillərinin qarşısında arayış təqdim etdi. O zaman Heydər Əliyev istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri seçildi.



Bundan sonra millət vəkilləri 15 iyun tarixinin Azərbaycanın Qurtuluş günü kimi qeyd olunması təklifi ilə çıxış etdilər. O gündən etibarən hər il bu gün Milli Qurtuluş günü kimi qeyd edilir.

Rəsmi olaraq ilk dəfə 1997-ci ildən bayram günü kimi elan edilib. 1998-ci ildən isə dövlət bayramı statusu alıb. Xalqın çağrışına səs verərək 1993-cü il iyunun 9-da Heydər Əliyevin Bakıya qayıtması Azərbaycanı parçalanmaqdan, dövlətçiliyi məhv olmaqdan, xalqı vətəndaş müharibəsi təhlükəsindən qurtardı.

Ulu öndər H.Əliyevdən sonra prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib.

Məhz II Qarabağ zəfərindən sonra Azərbaycanın nüfuzunun təkcə regionda deyil, bütün dünyada artmasını müşahidə edirik. Azərbaycan artıq təkcə regional layihələrə deyil nəhəng siyasi və iqtisadi güc mərkəzləri üçün geniş miqyaslı layihələrə rəhbərlik edir.

Bu gün Azərbaycan Zəngəzur dəhlizi kimi böyük bir layihəni reallaşdırmaq ərəfəsindədir. Azərbaycanın bu məsələdə hədəflərindən biri Naxçıvanla birbaşa əlaqə, həmçinin enerji və digər məhsulları Türkiyə üzərindən Avropaya çatdırmaqdır. Bu layihə Azərbaycanın əsas rayonları ilə Naxçıvanı və ümumilikdə Türk coğrafiyasını birləşdirəcək. Bütün bunlar İlham Əliyevin qüsursuz xarici siyasətinin nəticəsidir.

Azərbaycanın bu cür uğurları bizə qürur, düşmənə isə sözün həqiqi mənasında göz dağı verir. Bu gün Azərbaycan Ümummilli lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.

Vusalə Əliyeva
Tarix üzrə fəlsəfə doktoru, dosent


Xəbər 6995 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +