“Taxılla bağlı problemimiz yoxdur“ - Prezident
Daha iki MAXE ordudan kənarlaşdırıldı
Azərbaycan neftinin qiyməti 100 dollara yaxınlaşır
Rayonlardan un qıtlığı var?
Gənclər Şəhərciyində hər an partlayış ola bilər – Səbəb?
Elşən Xəzər “İran agenti”di? - İttihamlara CAVAB
Deputat TURANŞİKİRANŞİKlərdən yazdı...
Daha bir deputatın statusu gülüşə səbəb oldu - FOTOFAKT
Azərbaycanda internetin qiyməti niyə qalxdı?
Payızda quru sərhədlər açıla bilərmi?


13.06.2022  10:49 

Ağacı kəsən, parkinq salan qalıb kənarda... arada bələdiyyə cərimələndi





A+  A-

Ötən illərdə ardıcıl olaraq Ekologiya və Təbii sərvətlər Nazirliyi tərəfindən bələdiyyələrə haqlı-haqsız cərimə kəsilməsiylə bağlı müraciətimizə nazirlik rəsmilərinin operativ şəkildə reaksiya verməsi və nazirliyin regional strukturlarında bələdiyyə sədrlərinin iştirakıyla görüşlərin təşkili yaranmış narazılığın qarşısını müəyyən mənada azaltmış oldu. Ancaq təəssüf edirəm ki, M.Ə.Rəsulzadə və Masazır bələdiyyələrinə qarşı kəsilmiş cərimənin ləğvi məhkəmə instansiyalarınadək uzanmış oldu. Yalnız məhkəmə hakimlərinin bələdiyyələrin xeyrinə qəbul etdikləri qərarlarla bir növ ədaləti bərpa etmiş oldular. İndisə keçək mətləbə.

***

Bu gün Ekologiya və Təbii sərvətlər Nazirliyinin məlum “parkinq” məsələsində Nəsimi bələdiyyəsinin rəhbərlərinə qarşı 5000 manat cərimə kəsməsi tək Nəsimi bələdiyyəsinin kollektivində deyil, digər bələdiyyələrdə də narahatlıqla yanaşı çoxsaylı suallar yaratmış oldu. Deməliyəm ki, Nəsimi bələdiyyəsinin bu günədək müəyyən mənada qənaətbəxş olmayan fəaliyyətiylə Xocasən, Biləcəri və Əhmədli bələdiyyəsinin sırasında olaraq daim tənqid hədəfimizdə olub. İki il ərzində məhkəmə çəkişmələrində “uduzmaları”, son seckidən ötən müddət ərzində 4 vergi vergi xidmətinin rəhbərinin dəyişdirilməsi, ilk vaxtlarda kollektivdə sağlam mühitin tam formalaşdırılmaması ilə gündəmdə olması barədə bir sıra yazı və təhlillərimizdə dəfələrlə qeyd etmişik. Bu gün o fikirdəyik ki, istənilən halda bələdiyyə sədri səbrli, savadlı və ötkəm olmasıyla yanaşı, həm də kollektivi öz ətrafında birləşdirməyi bacarmalıdır. Əgər bir hüquqşünasın laqeydliyi ucbatından sədrə cərimə kəsilirsə, vergi müfəttişinin və ya vergi xidməti rəhbərinin məsuliyyətsizliyi ucbatından vergi yığımı azalırsa demək kollektivdə sağlam mühit hələ tam formalaşdırılmayıb. Bu hala isə deməliyəm ki paytaxtın bir çox bələdiyyələrində rast gəlmək olar. Nəsimi bələdiyyəsində isə son aylarda müsbət mənada hiss olunan irəliləyişlər fonunda “parkinq” məsələsiylə bağlı bələdiyyəyə qarşı cərimə kəsilməsi ən azı haqsızlıqdır və yerli öznüidarəetmə orqanının fəaliyyətinə kölgə salmaqdır.

Qayıdaq Ekologiya və Təbii sərvətlər Nazirliyinin məlum “parkinq” məsələsinə.

***

Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi ilə bağlı Nəsimi bələdiyyəsinin rəhbərliyinin Ekologiya və Təbii sərvətlər Nazirliyinin 11 saylı regional ekologiya və təbii sərvətlər idarəsi tərəfindən cərimələnməsi ilə bağlı məlumatı Nəsimi bələdiyyəsinin kollektivi kimi bizim də mətbuatdan öyrənməyimiz əslində hər kəsdə, o cümlədən bizdə də təəssüf hissi doğurmaya bilməzdi. Sual olunur, hansı səbəbdən ölkə başçısının prosesə müdaxilə etdiyi gün bu cərimə kəsilməliydi. Və yaxud Prezidentin müdaxiləsindən əvvəl məgər bu qərarı qəbul etmk olmazdımı? Və ya Nəsimi bələdiyyəsinə vaxtında müraciət edib vəziyyətə aydınlıq gətirmək olmazdımı? Olardı. Niyə də olmasın. Amma təəssüf ki, olmadı və nazirliyini müvafiq qurumu dərhal cərimə kəsməklə öz işini bir növ sığortalamış oldu.

Təəccüblü məqam ondadır ki, ölkə başçısının müdaxiləsindən sonra bütün tərəflər baş vermiş hadisədən yaxalarını kənara çəkməklə və bələdiyyəni “qurbanlıq qoyun” kimi qabağa verməklə sanki özlərin təmizə çıxarmış kimi göründülər. Əslində isə, bu orqanlar daim tənqid hədəfimdə olan bələdiyyənin reytinqi artırmış oldular. Çünki 7-dən 77-ə kimi hər kəs bilir ki, şəhərin “göbəyində” olan bir ərazidə bələdiyyə de-fakto və de-yure elə bir addımı ata bilməz. Ekologiya və Təbii sərvətlər Nazirliyinin məsələni tam araşdırmamış verdiyi qərarı isə tələm-tələsik və “zərbədən yayınmaq” kimi qəbul edilə biər.

İlkin araşdırmamıza əsaslanaraq belə qərara gəlmək olar ki, Nəsimi bələdiyyəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanındakı ağacların götürülməsi zamanı hər hansı hüquq pozuntusu törədilməmiş, ümumiyyətlə həmin ağacları kəsməmiş və digər qanunsuz hərəkətlərə yol verməmişdir.

Nəsimi bələdiyyəsinin bununla bağlı atdığı bütün addımlar, fikrimizcə, yalnız qanunvericiliyin tələblərinə söykənmiş və xüsusəndə Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”na əsaslanaraq icra edilmşdir.

Beləliklə, Kinematoqrafçılar İttifaqının sədri, SSRİ və Azərbaycan Dövlət Mükafatları laureatı, xalq artisti, professor Şəfiqə Məmmədova 23.02.2022-ci il tarixli məktubla Nəsimi bələdiyyəsinə müraciət edərək ittfaqın fəaliyyət göstərdiyi binanın qarşısında qurumuş və qəzalı vəziyyətə düşmüş ağacın binanın ümumi görünüşünü və prospektin mənzərəsini korladığını və həmin qurumuş ağacın kəsilib götürülməsinə köməklik göstərilməsini bələdiyyədən xahiş etmişdir.

Nəsimi bələdiyyəsi də öz növbəsində 01-209/02-288 saylı 24.02.2022-ci il tarixli məktubla Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin idarə heyətinin sədri Mirsalam Qənbərova müraciət edərək həmin ağaclar barəsində ekspertiza rəyinin verilməsini xahiş etmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən məktuba baxıldıqdan sonra Kinematoqrafçılar İttifaqının inzibati binasının qarşısında, avtomobil yolunun kənarındakı 1 ədəd Safora (d232sm) ağacının yarıquru və gövdəsi çürüyərək qəzalı vəziyyətdə olduğu üçün yerində yeni tingin dərhal əkilməsi şərti ilə kökləri torpaqdan çıxarılaraq götürülməsinə dair 03.03.2022-ci il tarixdə ER-22/220 saylı rəy verilmişdir.

Bundan sonra Nəsimi bələdiyyəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə və 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə “Yaşıllıqların götürülməsi barədə” müraciət ünvanlanmışdır.

Nəhayət, Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin və 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsininin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında bir ədəd ağac götürülmüş və yerində yeni ağac tingi əkilmişdir. Həmin ərazidə Kinematoqrafçılar İttifaqının sədrinin ərizəsi ilə yalnız bir ağac götürülmüş və yerində də yeni ağac əkilmiş və bununla bağlı fotolarda çəkilmişdir. Bu prosesdə Nəsimi bələdiyyəsi əsas iştirakçı və icraçı kimi deyil, yalnız müşahidəçi olmuşdur.

***

Əldə etdiyimiz məlumata görə, sonradan həmin ərazidə digər ağacların kəsilməsi və yerində dayanacaq salınması ilə əlaqədar görülmüş işlərdə bələdiyyənin hər hansı iştirakı və məlumatı olmamışdır.

Görünən odur ki, bir qurum ağacı kəsib və yerində yeni ting əkib, digər qurum yeni əkilən ağacı çıxarmaqla səkini parkinq üçün hazırlayıb, başqa bir qurum düzəlmiş əraziyə aslfalt salıb, bir qurum isə zolaqları çəkib, ancaq cəriməni bələdiyyəyə yazıblar. Maraqldır deyilmi.

Son aylarda bələdiyyə rəhbərliyinin fəaliyyətindəki irəliləyişlərə əsaslanaraq deyə bilərik ki, bu dəfə Nəsimi bələdiyyəsi özü məsələyə ədalətli hüquqi qiymət verilməsi üçün məhkəməyə müraciət edərək tapdanmış hüquqlarını müdafiə edəcək.

Rza
Demokrat.az

Xəbər 537 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.08.2022  10:10 

Rayonlardan un qıtlığı var?

09.08.2022  18:01 

Hava ilə bağlı xəbərdarlıq...


BÜTÜN XƏBƏRLƏR +