“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


08.06.2022  18:47 

Lənkəran polisindən sahibkarlara kamera tələbi - Şikayət





A+  A-

Lənkərandakı kiçik sahibkarlardan obyektlərini mühafizə sistemləri ilə təchiz etmək tələb olunur. Elə sahibkarlar da mağazalarının qorunması üçün bunun yaxşı üsul olduğu qənaətindədilər.

Daxili İşlər Nazirliyinin Mərkəzi Mühafizə Məntəqəsi vasitəsilə obyektlərin qorunması baş verən oğurluq, cinayət hallarının da qarşısını almaq üçün gərəklidir. Amma iş orasındadır ki, kiçik sahibkarların tələb olunan məbləği ödəməyə gücləri çatmır.

XəzərNews.az xəbər verir ki, adları çəkilərsə şərlənib həbs olunacaqlarından ehtiyatlanan şəxslərin Meydan TV-yə verdiyi məlumata görə, bir müddətdir sahibkarlar Lənkəran Şəhər Polis Şöbəsinə çağırılır, onlardan məcburi şəkildə mühafizə sisteminin quraşdırılması tələb olunur.

“Sahibkarlar çıxılmaz duruma düşüblər. Çünki qiymət yüksəkdir və mağazaların kvadratmetrinə görə dəyişir. Sistemin quraşdırılması hardasa 600-800 manata başa gəlir. Üstəlik də aylıq 60-150 manat arasında ödəniş tələb olunur”, – adını açıqlamaq istəməyən şəxs deyib.

Daxili İşlər Nazirliyi məlumatlarında mühafizə sisteminin məcburi olmadığını deyir. Amma Lənkəran polisinin bunu məcburi həyata keçirdiyi bildirilir.

“Sahibkarlar əvvəl şöbəyə çağırılır, onlara əksə halda hədə-qorxu gəlinir, sonra qeydiyyat üçün mühafizə polisinə göndərilir. Ödənişə etiraz edən sahibkara isə deyilir ki, razılaşmasa, onları işləməyə qoymayacaqlar”, – mənbə deyir.

Deyilənləri sahibkarlardan biri də Meydan TV-yə təsdiqləyib:

“Düzdür, hələ məni polisə dəvət etməyiblər, ancaq tanıdıqlarım arasında buna məcbur edilənlər var. Hamı istəyər ki, oğrudan qorunsun, amma qiymət çox bahadır. Biz kiçik bizneslə məşğuluq, alver zəifdir, qazanc yoxdur. Hər ay kommunal xərclər, vergi, sosial ödənir. Üstəlik də ayda 150 manatadək polisə ödəniş etmək o deməkdir ki, heç nə qazanma”.

Meydan TV sözügedən avadanlıqların quraşdırılması üçün rəsmi nə qədər məbləğin tələb olunduğunu dəqiqləşdirə bilməyib. Aylıq ödənişə gəlincə, qeyri-rəsmi şəkildə bunun 15 manat civarında olduğunu söyləyiblər. Bəs belə olan halda, niyə Lənkərandakı kiçik sahibkarlardan istənilən məbləğin 60-150 manat arasında olduğu deyilir?

“Lənkəran Rayon Polis Şöbəsində Vüqar Mirzəyev adlı şəxs var. Bu məsələnin həllini ona tapşırıblar. O da sahibkarlarla elə danışır, elə bil cinayətkarlarla söhbət edir. Deyir ki, kim razılaşıb ödəniş etməsə, haqqında başqa cür tədbir görüləcək”, – adının çəkilməsindən qorxan mənbə deyib.

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Meydan TV-yə deyib ki, mühafizə sistemlərinin quraşdırılması könüllü xarakter daşıyır:

“Hansısa ictimai iaşə, ticarət obyektinin təhlükəsizlik məsələləri ilə bağlı həyata keçirilən tədbirlər təqdir olunandır. Bu, yalnız könüllü xarakter daşıyır, hansısa obyektin sahibkarlıq subyektinin istəyindən asılıdır ki, həmin obyektə təhlükəszilik məsələləri ilə bağlı sistem quraşdırılsın. Tövsiyə olunan budur ki, müasir dövrün çağırış və təhdidləri, oğurluq və digər neqativ hallarla bağlı sahibkarlar təhlükəsizlik sistemindən istifadə etsinlər. Burda polis əməkdaşının qeyri-qanuni hərəkəti yoxdur”.

Vətəndaşlardan istənilən məbləğin çoxluğuna gəlincə, Elşad Hacıyev bu məsələni araşdıracaqlarını deyib.

Xəbər 1360 dəfə oxunub.




18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +