“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


08.06.2022  09:38 

“Nərmin işi”: Proses İlkinin günahsızlığını sübut edir...





A+  A-

Tovuz rayonunun Dondar Quşçu kəndində 2019-cu il noyabrın 21-də itkin düşmüş azyaşlı Nərmin Quliyevanın əmisi yanmış meyit tapılmamışdan iki-üç gün əvvəl kənd sakinlərindən birinə deyib ki, onun qapısına Nərminin paltarı, ayaqqabısı atıla bilər. Bu barədə iyunun 7-də məhkəmədə həmin kənd sakini Ürfət Əliyev danışıb.

Şahid qismində dindirilən Ürfət Əliyev bildirib ki, Nərminin əmisi Arif Quliyevlə aralarında bu söhbət 2020-ci il yanvarın 3-ü və ya 4-də olub. Həmin vaxt uşaq təxminən 45 gün idi ki, itmişdi. Üstündən iki gün keçəndən sonra yaxınlıqdan yanmış meyit tapılıb.

Ürfət Əliyev azyaşlını oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanovgilin qonşuluğunda yaşayır:

“Yoldaşım gəlib dedi ki, Arif səni çağırır. Çıxdım. Dedi ki, göz-qulaqda ol, birdən Nərminin ayaqqabısından, paltarından gətirib atarlar qapına, dərhal xəbər ver bizə, qonşuyuq, düşmən edərlər bizi…”

Şahid deyir ki, Nərminin əmisinin hansı məqsədlə onlara gəlib belə bir söz dediyini, başqa kənd sakinlərinə də belə bir müraciətinin olub-olmadığını bilmir.

Nərminin qohumları iddia edir ki, uşaq itkin olduğu müddətdə kənddəki bütün evlərdə axtarış aparılıb, yalnız İlkin Süleymanov və həmin vaxt polis orqanlarında çalışan əmisioğlugildə axtarış aparılmayıb. Lakin məhkəmədə dindirilən xeyli şahid bildirib ki, uşaq itkin olduğu vaxtlarda onların da evində axtarış aparılmayıb. Axtarış yanmış meyit tapılandan sonra aparılıb.

Ürfət Əliyev də deyir ki, Nərmin itkin olduğu dövrdə onların evində axtarış aparan olmayıb. Yalnız yanmış meyit tapılandan iki gün sonra onun evində axtarış olub.

Bu şahid onu da bildirib ki, 2020-ci il yanvarın 6-da – yanmış meyit tapılan gün İlkin Süleymanovu idarə etdiyi avtomobillə Gəncəyə hüzr mərasiminə aparıb.

Məhkəmədə dindirilən daha bir şahid – Nicat Eminov isə Nərminin 47 gün ərzində saxlandığı iddia olunan otaqla bağlı ifadə verib. Həmin otaq İlkin Süleymanovgilin həyətindəki ikinci evin ikinci mərtəbəsində yerləşən iki otaqdan biridir. Nicat Eminov isə İlkin Süleymanovun bacısı oğludur:

“Mən Bakıda yaşayıram, anam isə kənddə. O hadisədən bir müddət əvvəl babam insult keçirmişdi, anam gedib babamgildə qalırdı, ona baxırdı. Mən dekabrın 15-də sinif yoldaşımın toyuna görə kəndə gəldim. Həmin vaxt Bakıda yaşayan iki sinif yoldaşım və bir tanışım da mənimlə gəlmişdi. Anam babamgildə qaldığına görə biz də elə birbaşa ora gəldik. Çünki gecə gəlirdik, anam nigaran qalırdı, tez-tez zəng edirdi. Dekabrın 18-nə qədər elə orada qaldıq, 18-də qayıtdım…”

Nicat Eminovun sözlərinə görə, dekabrın 15-dən 18-nə qədər 2 toya gedib. Toya gedəndə çıxıb Nərminin saxlandığı iddia olunan otaqda geyimini dəyişib:

“Orada dayım Adilin bir neçə dəst kostyumu asılmışdı. Mən qalxıb o otaqda dayımın bir pencəyini öz şalvarımla uyğunlaşdırıb geyindim, aşağı düşdüm”.

“O otaqda heç kim yox idi. Hətta siqaret də çəkdim. Bu zaman anam və dostum Orxan da həyətdə söhbət edirdilər. Siqaretin kötüyünü anam həyətdə idi deyə qapıdan atmadım, pəncərədən ağcaqanada görə taxılan “setkanı” deşib, oradan bağa atdım. Düşəndə anamla Orxan baxıb dedilər ki, pencək qısadır, yaxşı görünmür. Anamla yanaşı, Orxan da bunu təsdiq edə bilər. Qalxıb bir də dəyişib, elə özümünkünü geyindim. Sonra bir toya da gedəndə o pencəyi geyindim”, – şahid deyib.

Nicat Eminov əlavə edib ki, hər iki toyda iştirakı və geyimlərilə bağlı video və fotoşəkilləri əldə edib, məhkəməyə təqdim edə bilər.

Nicat Eminov onu da bildirib ki, dayısının saxlandığını yanvarın 6-dan bilirdi. Lakin onları əmin edirdilər ki, İlkin Süleymanovun izahatı alınıb buraxılacaq. 2020-ci il yanvarın 10-da internetdən oxuyub ki, dayısı Nərminin qatili kimi təqdim edilərək, həbs olunub. Bundan dərhal sonra axşam saatlarında kəndə gedib:

“Yanvarın 11-də iki polis babama qarşı kobudluq elədi. Babama deyirdi ki, utanın, oğlun azyaşlı uşağa təcavüz edib. Babam deyirdi ki, yalan deyirsiz, mənim oğlum günahsızdır, sadəcə, canavarların ağzına düşüb, onu parçalayırlar”.

Nicat Eminov deyib ki, babasına qarşı bu cür kobudluğa etiraz edib:

“Bir az sonra polis rəisi Şirzad Əsgərov və səhv eləmirəmsə, icra başçısı gəldi. Şirzad məni hədələdi ki, səni də basaram dayının yanına, heç kim də çıxara bilməz. Mən yenə sözümü dedim ki, daha elədiyinizi eləmisiz. Mənə dedi ki, sənə vaxt verirəm kənddən çıxmaq üçün, yoxsa dayının yanına göndərəcəm səni. Dedim, nə istəyirsən, elə. O biri dayım Bəhruz məni sakitləşdirdib yola gətirməyə çalışırdı ki, dediklərini eləyim”.

“Şirzad yanıma iki polis qoşdu, gətirdilər məni üç yoldan avtobusa mindirib kənddən çıxartdılar. Avtobus sürücüsünün nömrəsini götürmüşdülər, tez-tez zəng edib soruşurdular ki, düşməmişəm? Sürücü özü mənə dedi ki, sən neyləmisən, bunlar sənə belə nəzarət edir?”, – şahid deyib.

Məhkəmədə Tovuzdakı mərkəzi bazarda alt paltarlarının satışıyla məşğul olan Müslüm Əliyev də dindirilib. O, İlkin Süleymanov üçün alınan isti alt tuman-köynəklə bağlı ifadə verilib. Çünki həmin paltarın üzərindən Nərmin Quliyevanın paltarının lifinin tapılması haqda ekspertiza rəyi alınıb.

İlkin Süleymanovun qardaşı Bəhruz Süleymanov bildirib ki, həmin alt paltarını qardaşı polis şöbəsində olduğu vaxt – 8 yanvar 2020-ci ildə bazardan alıb, yeməklə birlikdə aparıb Tovuz rayon Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verib. Onun sözlərinə görə, həmin paltar alınanda İlkin Süleymanov artıq tutulmuşdu, onun üzərindən Nərminin paltarının lifinin tapılması məntiqsizdir.

Müslüm Əliyev də məhkəmədə bu faktı təsdiqləyib:

“Mən yanvarın 6-da Bakıya mal almağa gəlmişdim, 7-də rayona qayıtdım. 8-də bazara çıxdım. Həmin vaxt Bəhruz gəldi, isti alt paltarı istədi. Dedi ki, İlkin üçün istəyir. Biz sellofandan açdıq, baxdıq ki, İlkinin ölçüsünə uyğun olsun. Mən özüm də Dondar Quşçu kəndindənəm, İlkini tanıyıram. Baxdıq ki, qolları, eni ona uyğun olsun. İlkin onda tutulmuşdu, polis şöbəsində idi”.

İlkin Süleymanov özü də, məhkəmədə dindirilən şahidlər də onun yanvarın 6-da saxlandığını bildirir. Lakin cinayət işinin materiallarında onun tutulma vaxtı yanvarın 10-u göstərilib. İlkin Süleymanov bildirir ki, 4 gün ərzində Tovuz Rayon Polis Şöbəsində işgəncələrə məruz qalıb və dözməyərək, yanvarın 10-da etiraf ifadəsi verib.

Məhkəmə prosesi yanvarın 8-də davam edəcək.

Xəbər 1240 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +