Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək


07.06.2022  15:00 

Mələksiniz hamınız...





A+  A-

Dünən Bakıda yerləşən liseylərdən birinin müəllimləriylə bağlı gözümə sıçrayan xəbərlərin başlıqlarını oxuyanda və özündə yaranışdan yerli-dibli olmayan, yanından yel olub ötə bilmədiyi dəyərlərlə bağlı ehkam kəsməyə vərdiş eləmiş birinin ənənəvi cızmaqarasıyla tanış olanda ölçüyəgəlməz bir “rüsvayçılığın”, “biabırçılığın” baş verdiyini düşündüm. Cızmaqara da, bu cızmaqaradan üfürülüb ortaya çıxarılan başlıqlar da belə idi: “....Liseydə rüsvayçılıq”, “...Məktəbdə biabırçılıq” və s.

Doğrusu, ağlımdan min bir ssenari keçdi, təfərrüatına varmayacağam. Təbii ki, öncə “rüsvayçılığın” liseyin divarları arasında baş verdiyini düşündüm. Amma canımı dişimə tutub, əsasən “erməni büdaq cümləsini” xatırladan mətnlərlə tanış olanda, anlaşıldı ki, “rüsvayçılıq”, “biabırçılıq” restoranlardan, əyləncə mərkəzlərindən birində və yalnız xanımların iştirak etdiyi məclisdə baş verib. Liseyin xanım müəllimləri onlara Konstitusiya ilə verilən istirahət hüququndan istifadə etmək niyyətinə düşüblər, amma fərqinə varmayıblar ki, sən demə varlığıyla yoxluğu bilinməyən hansısa əyyaş “əxlaq keşikçisi”ndən icazə almaq lazımmış...

Bu “əxlaq keşikçisi” də deyəsən unudub yolüstü qəlyanaltılarda orasına-burasına basılan pulları, boğazından süzdüyünün hesabına yazdığı mədhiyyələri, həcvnamələri...

Doğrusu, “mətbəx”lərinin cüzi bir hissəsi ortaya çıxacağı təqdirdə qaçacaq yer bula bilməyəcək kəslərin başqalarının şəxsi həyatına necə bu qədər rahatlıqla müdaxilə etdiklərini anlaya bilmirəm. Nə edək, indi bütün “mətbəx”inizi gün işığına çıxaraq?

Üfunət qoxuyacaq axı... Hələ estetikadan milyonlarla kilometr uzaqda dayanan tərəfini demirəm...

...Mələksiniz hamınız. Qanadlarınız da içinizə girib, “vaxtı” gələndə çıxacaq.

Xanımların iştirak etdiyi məclisdən o görüntüləri kimin çəkdiyini və hansı məqsədlə ictimailəşdirdiyini ciddi şəkildə araşdırmaq lazımdır. Məsələyə hüquq çərçivəsində yanaşılarsa, ortalıqda açıq şantaj var.

Əslində, hüquqi dövlətdə yaşadığımız üçün hər şeyə hüquq çərçivəsində yanaşmalıyıq. Bu şantajın səbəbi ortaya çıxarılmalıdır və ictimaiyyətə açıqlanmalıdır ki, konkret təhsil müəssisəsinə heç bir aidiyyatı olmayan bir məkanda baş verən, ola bilsin ki, uğursuz bir zarafatın ətrafında yaradılan ajiotajın arxasında hansı alt niyyət dayanır.

...Müəllim də insandır, onun da əylənmək, istirahət etmək hüququ var. Bir zamanlar sovet rejiminin öz ideoloji təbliğatından dolayı müəllimlərin ətrafında yaratdığı və bəzilərinin, yalnız işlərinə yarayanda və başqalarına münasibətdə dilə gətirdikləri cəfəngiyyatı unutmaq lazımdır. Çox da uzağa getməyin, vaxtınız olanda axşamlar Bakının mərkəzi küçələrinə çıxın, açıq havada fəaliyyət göstərən restoran və kafelərdə hər kəsin gözü qarşısında baş verənlərə baxın...

İctimai nəqliyyatda, parklarda, ticarət mərkəzlərində, nişan və toy mərasimlərində, əyləncə məkanlarında, gecə klublarında bir-biri ilə “zarafatlaşanlara”, qarnı burnuna, buxağı sinəsinə dəyən gözü yayğınların davranışlarına, özündən bir pillə aşağıda olanları, imkansızları, zəifləri, ailəsinə halal ruzi aparmaq üçün çarpışanları hər addımda əzməyə çalışan harınlara, qudurmuşlara nəzər salın... Belələri nəinki ictimai əxlaqı, Allahı da unudublar! Və hünəriniz varsa adlarını dilə gətirin...

Dərinizi boğazınızdan, konkret şəxsə aiddir – sonuncu “tulladığınız” “yüzü” tuluğunuzdan çıxararlar.

Gerçək rüsvayçılığı, biabırçılığı, ictimai əxlaqı pozan hadisələri isə hər addımda görmək mümkündür. Hər addımda...

Əsl rüsvayçılıq və biabırçılıq bilirsiniz nədir? İnsanların diqqətinin real problemlərdən, milli hədəflərdən yayındırılması üçün hoqqabazlıq etmək, böhtan atmaq, şəxsi maraqlarını xalqın və dövlətin mənafeyindən üstün tutmaq, güclünün qarşısında quzuya, zəifin önündə canavara çevrilmək, min oyundan çıxıb mələk kimi görünməyə çalışmaq... Və daha nələr, nələr...

İndi müəllimi hədəfə almaqdan asan heç nə yoxdu... Xüsusilə də təhsil sahəsində “ənənəvi” maraqlarının təmin edilməsinə maneələr ortaya çıxanda, layiq olduğun yer nişan veriləndə...

Bu qədər...

Lisey müəllimləri isə heç bir biabırçılığa, rüsvayçılığa yol verməyiblər. QADIN MƏCLİSİNDƏ, məlhəm bildikləri insanların arasında əyləniblər. İndi aralarından kimsə, hələlik bəlli olmayan səbəblərdən bu məclisdən çəkilən görüntüləri “əxlaq keşikçiləri”nə ötürübsə, bu artıq şəxsi həyata müdaxilədir və cinayət məsuliyyəti yaradır. Əgər ortaqlıda məqsədyönlü şəkildə rüsvay etmək – hüquqi anlayışdır, şantaj yolu ilə nəyəsə nail olmaq niyyəti varsa, bu, ciddi şəkildə araşdırılmalı və günahkarlar kimliyindən asılı olmayaraq məsuliyyətə cəlb olunmalıdırlar.

Elçin Mirzəbəyli
Əməkdar jurnalist


Xəbər 1593 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.12.2024  21:14 

Əhməd Muxtar həbs edilib

07.12.2024  22:54 

Zelenski Donald Trampla görüşüb

06.12.2024  09:11 

Elgiz Alxanov həbs edildi

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +