AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


05.06.2022  10:21 

Korrupsiya maqnatlarını, rüşvətxor boynuyoğunların müdafiəsinin dövlətçiliyə nə dəxli var?





A+  A-

Yadınızdadırmı, 2019-cü ilin noyabrından SOCAR-ın mühafizə xidməti ilə qazilər arasında qırğın yaşandı. Əldən-ayaqdan əngəlli qaziləri bığıburma mühafizəçilər təpiyinin altına saldı. Bu vəhşiliyi ortaya qoyan kadrlar İnternetdə indi də dolaşmaqdadır...

O vaxt da SOCAR-ın hesabına kef çəkən jurnalistlər “dövlətçiliyin müdafiəsi” adı altında qazilərə divan tutan mühafizəçilərin müdafiəsinə qalxmışdı.

Qaziləri nədə ittiham edirdilər?

Onlar qeyri-qanuni şəkildə SOCAR-a məxsus torpaqları ələ keçirib orada özlərinə ev tikirmişlər...

Hamı bilir ki, SOCAR Azərbaycanın korrupsiya baxımından ən pis gündə olan təşkilatıdır. SOCAR dürüst işləsə, qazilər niyə özlərinə ev tiksin ki? Dövlət onların hər birini ev-eşiklə, maşınla, yüksək təqaüdlə təmin edərdi. Amma edə bilmir. Niyə? Çünki SOCAR Azərbaycanın neft və qazından gələn fantastik gəlirlərin başına hakim ailənin razılığı ilə daş salır. SOCAR-da korrupsiya o həddədir ki, bu şirkət ziyana işləyir. Və bu şirkətin ziyanlarını da xalqın hesabına ödəyirlər. Azərbaycansayağı analoqsuz inkişaf bax belə olur...

Bugünlərdə isə bir qrup Qarabağ qazisi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında insident yaşandı. Yenə də “dövlətçilikdən” dəm vuran jurnalistlər qələmlərini süngü edib qazilərə qarşı səlib yürüşünə qalxdılar...

Mən bütün məsuliyyətimlə deyirəm ki, “dövlətçilik”dən dəm vuran bu mirzələr hamısı yalan danışır. Korrupsiya maqnatlarını, rüşvətxor boynuyoğunların müdafiəsinin dövlətçiliyə nə dəxli var?

Millətin və dövlətin var-dövlətini çılğın bir ehtirasla oğurlayan, ofşor zonalarına daşıyan bu yaramaz məmur ordusu dövlət üçün ən böyük təhlükədir. Bunların imkanı olsa, Azərbaycanı topdan satışa çıxararlar.

Dövlətin marağından çıxış edən jurnalist korrupsionerlərə və rüşvəyxorlara qarşı mübarizə aparmalıdır, daha gedib onların gündəyməz yerinə girməli deyil. Xüsusən şəhid ailələri və qazilərlə bağlı məqamlarda korrupsionerlərin yanında durmaq, onlara dəstək vermək şərəfsizin təki olmaq anlamına gəlir.

Mən əminəm ki, bu oğru sürüsü Azərbaycan xalqının var-dövlətini az qala son qəpiyinə qədər oğurlamasa, bu məmləkətdə hər kəs, bir daha vurğulayıram, hər kəs normal şərtlər altında insan kimi yaşaya bilər...

Bu yaramazlar hamının yaxşı yaşamaq haqqını oğurlayıb. Üstəlik, həyasız şəkildə xalqı borclu çıxarmağa çalışırlar...

Elbəyi Həsənli

Xəbər 1663 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +