Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


03.06.2022  15:40 

Niyə saxta yolla əlillik arayışı verən həkimləri ifşa etmirsiniz?





A+  A-

Dünən baş verənlərlə bağlı öz fikrimi yazmaq istəyirəm. Bir qrup qazi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin qəbul otağına hücum ediblər, zorla içəri giriblər.

Dostluğumda olanların əksəriyyəti isə naziri, nazirliyin mətbuat katibini söyür. Təhsili olan da, olmayan da, şair, yazıçı, jurnalist, bir sözlə, hamı naziri günahlandırır.

Doğrudanmı bu insanlar əlilliyin təyin olunma prosesindən xəbərsizdir? Həkim arayış verməsə heç kimə əlillik təyin etmək mümkün deyil.

Facebook-da hay-küy salan müxbirlərin hansı biri o qazilərə xəstə olmaları barədə arayış verməyən həkimlərlə söhbət edib?

Yəqin ki, heç biri. Əgər həkim kiməsə (fərqi yoxdur, qazidir, ya adi insan) xəstəlik haqda arayış verməyibsə ona əlillik təyin etmək olar?

Tutaq ki, kimsə uşağını məktəbə qoymaq istəyir. Amma heç bir sənəd aparmır. Hansı direktor həmin uşağı məktəbə qəbul edər? Valideyn min dəfə desə ki, uşağının 6 yaşı var, yenə də sənəd təqdim etməlidir.

Yaxud bəzi iş yerlərində sağlamlıq haqda arayış tələb edilir. Kim belə arayış tələb olunanda sağlamlığı haqda şifahi məlumat verib? Heç kim. Sənəd lazımdır.

Facebook-da nazirliyi söyən dostlar, heç xəbəriniz varmı respublikamızda nə qədər insan saxta yolla əlillik pensiyası alır? Minlərlə insanın saxta əlilliyi ləğv edilib, hələ neçə min insan yenə də saxta yolla əlillik almaqda davam edir.

Nazir pensiya alan hər şəxsi tanımalıdır? Bu, mümkün deyil. Saxta yolla pensiya alanları müəyyən etmək üçün müxtəlif yollar var. Pensiyası kəsilənlər Əlillərin Bərpa Mərkəzində əyani müayinədən keçir, sonra əlillik bərpa olunur.

Bizim kənd Zərdabın bəlkə də ən kiçik kəndidir. Amma bu balaca kənddə ən azı 30 nəfər saxta əlillik kağızı almışdı. Onların çoxu artıq ləğv olunub.

Təsəvvür edin hər rayonda ən azı 2 min bəlkə də daha çox insan saxta yola əlilik pensiyası alır. Niyə belə şeylərdən yazmırsınız? Niyə saxta yolla əlillik arayışı verən həkimləri ifşa etmirsiniz?

Mənim bacım qızı həkim səhlənkarlığı ucbatından xəstədir. Keçən il kommisiyadan keçməli idi. Pensiyası kəsildi. Rayon xəstəxanasında bacımgili səhv ünvana yönəltdilər. Fazil Talıbova zəng etdm. Dərhal zəngimə cavab verdi, yol göstərdi. Bacım qızını Əlillərin Bərpa Mərkəzinə gətirdik, əyani müayinədən keçdi. Müayinənin cavabı uzağı 20 günə məlum oldu. Ona 2-ci qrup ömürlük pensiya təyin olundu.

Keçən ilin may ayından bəri almadığı pensiya da hissə-hissə (hər dəfə əvvəlki iki ay) verilir. Bəzi facebook dostlarım isə Fazil Talıbovun qəbuluna düşmək mümkün olmadığını iddia edir. Bu boyda haqsızlıq olmaz. Mən ona facebook-da da mesaj yazmışam, həmişə mesajıma cavab verib.

Kimyadan bircə şey yadımda qalıb. Katalizator. Reaksiyanın gedişini sürətləndirir, amma reaksiyada iştirak etmir. Hazırda jurnalistlərin çoxu katalizator rolu oynayır. Hətta istəsələr birbaşa facebook-dan xəstələrə diaqnoz da qoyarlar.

Əziz jurnalistlər, sayt işçiləri, siz əvvvəlcə əlliliyin təyin olunması qaydalarıyla tanış olun, bundan sonra nazirliyi tənqid atəşinə tutun.

Nazirliyə hücüm edən qazilərə arayış verməyən həkimləri tapıb ortaya çıxarın. Şəxsən mən nazirliyin qəbul otağının qapısını sındıran qazilərin hərəkətini pisləyirəm. Dövlətinə hörmət edən şəxs belə hərəkət etməli deyil. Əgər haqsızlığa qarşı hücüm edirlərsə Səhiyyə Nazirliyinə hücüm etsinlər, onlara arayış verməyən həkimlərin kabinetinin qapısını sındırsınlar. Əlində həkimdən heç bir kağızı olmayan şəxsin əlillik pensiyası tələb etməsi normal deyil.

Sevil Gültən

Xəbər 1578 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +