İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


03.06.2022  09:54 

Meyxana lazımdırmı?





A+  A-

Son günlər televiziya kanallarında, saytlarda və sosial şəbəkələrdə meyxana çox aktiv şəkildə müzakirə edilir. Meyxananı müdafiə edənlərlə yanaşı, onu sənət saymayan, mənasız və sadəcə insanların zövqünü korlayan bayağı bir məşğuliyyət hesab edənlər də var.

Həqiqətənmi meyxana lazımsız və vaxt aparan məşğuliyyət növüdür? Bu suala cavab tapmaq üçün əvvəlcə meyxananın nə olduğunu bilmək və başa düşmək lazımdır. Meyxana heç də bir çoxlarının iddia etdiyi kimi folklor nümunəsi deyil. İlk növbədə meyxana heç bir folklor yaradıcılığına və şifahi xalq ədəbiyyatı standartlarına cavab vermir. Ona görə yox ki, meyxana bir bölgədə (Bakı-Abşeron) yaranıb və tarixilik baxımından da cavandır (XVIII-XIX əsrlər). Müəyyən bir bölgədə yaranan və Azərbaycanın digər bölgələrində olmayan kifayət qədər folklor nümunələri mövcuddur.

Yaranma tarixinin qədim olmaması da onun folklor olmamasının səbəbi deyil. Əgər xalq varsa, folklor bu gün də yaranır və onun yaranma tarixi yazılı və ya şifahi ədəbiyyat nümunəsi olmasına dəlalət etmir. Meyxana ilk növbədə ona görə folklor hesab olunmamalıdır ki, bu janr konkret şəxslər tərəfindən deyilir və müəllifləri də məlumdur.

Sadəcə meyxanalar dar çərçivədə yarandığı üçün çox zaman müəllifin kimliyi unudulur və yaxud təhrif olunur. Bu gün el şənliklərində deyilən meyxanalar video çəkilişlərlə müşahidə olunduğu üçün artıq müəllifinin itib-batması problemi də aradan qalxıb. Bu səbəbdən də meyxana çox zaman şifahi şəkildə deyilsə də, şifahi xalq ədəbiyyatına aid edilməməlidir.

Folklor şeir nümunələri milli vəzn hesab olunan hecada yarandığı halda, meyxana əruz vəznində deyilir. Əruzun meyxanada ən geniş istifadə olunan bəhri Səridir. Bəzən meyxana deyənlərin özləri belə bu bəhri "11-lik" adlandırır və əruz olduğunu bilmirlər. Əruzun qəliz bəhrlərində deyilən meyxanalar da kifayət qədərdir. Göründüyü kimi meyxana folklor nümunələrindən fərqli olaraq ərəblərdən ədəbiyyatımıza keçmiş əruz vəznində yaranır. Bunun başlıca səbəbini Bakı-Abşeron mühitində axtarmaq lazımdır.

Heç kimə sirr deyil ki, Bakı kəndlərində daim sözə, qəzələ yüksək qiymət verilib, ədəbiyyatı seviblər. Hətta heç bir təhsili olmayanlar belə qəzəliyyatı dərindən duyub, muğamı ən azı muğamşünas qədər biliblər. Vaxtı ilə Abşeron bağlarında yay axşamları şeir-qəzəl məclisləri düzəldilib, Füzulidən, Nəsimidən, Seyid Əzimdən qəzəllər oxunub. Klassik ədəbiyyatın bu qədər sevildiyi bir mühitdə meyxananın yaranması qeyri-adi görünməməlidir.

Bəs, meyxana ədəbiyyat sayıla bilərmi? Fikrimizcə, bəli. Çünki meyxana bu gün çoxlarının bildiyi kimi yalnız "deyişmə"dən ibarət deyil. "Deyişmə" meyxananın yalnız bir növüdür ki, ona bəzən "atışma" da deyirlər. "Deyişmə"dən başqa meyxananın "tərif", "təsviretmə", "bəhri-təbil", "sərbəst" kimi növləri də mövcuddur. Bundan əlavə meyxananın yazılmamış, lakin hər bir meyxanaçı tərəfindən mütləq şəkildə riayət edilməli qanunları var. Bunlardan ən başlıcası təkrara yol verməməkdir. Səndən qabaq deyilmiş həmqafiyə sözü yenidən işlədirsənsə, bu sənin zəifliyini göstərir.

İkinci, həmqafiyə söz bütöv söz olmalıdır. Poeziyada rastlaşdığımız "qulaq qafiyəsi" meyxana üçün məqbul sayılmır.

Üçüncü, mütləq şəkildə meyxana qafiyənin tutulduğu bəhrdə deyilməli və musiqi ritmi pozulmamalıdır.

Dördüncü, şəkilçili söz kök-sözlə həmqafiyə ola bilməz. Səslənməsi eyni olsa da.

Məsələn, "güllər", və yaxud "dillər" sözü "əsgər" sözünə həmqafiyə deyil. Çünki "əsgər" kök-söz olduğu halda, "güllər" və "dillər" sözü cəm şəkilçisinin köməyi ilə yazılıb. Bu qayda misraların sonunda həmqafiyələnən sözlər üçün də keçərlidir.

Yazdığımız bu şərtlər meyxanada qəbul edilmiş qaydaların az bir hissəsidir. Əgər meyxana SƏNƏTİ nəzəri cəhətdən ciddi və elmi şəkildə tədqiq olunarsa, digər nüanslar da aşkara çıxarılar.

Meyxananın bayağı sənət olması fikri də qəbuledilməzdir.

Birincisi, ona görə ki, tarixdə kifayət qədər nüfuzlu şəxslər (aralarında ədəbiyyat adamları üstünlük təşkil edib) meyxana ilə maraqlanıb və bəzilərinin meyxana demək bacarığı da olub.

İkincisi isə sənət nümayəndələrinin zəif sənət nümunələri yaratması, hələ o sənətin zəif və ya bayağı olması anlamına gəlmir. Meyxananı bayağı sənət hesab edənlər yalnız toylarda deyilən meyxananı əsas götürərək fikir yürüdürlər. Hansı ki, meyxanaçılar arasında "xiridar məclisi" deyilən anlayış var. O məclisdə sözü, ədəbiyyatı, əruzu bilən insanlar olur ki, heç bir meyxana deyən belə mühitdə bayağı söz və yaxud "ucuz fikir" deməyə cürət etmir.

Çünki bu, dərhal xiridarların diqqətini cəlb edir və o cür meyxanaçı şair hesab olunmur. "Xiridar məclisləri"ndə bayağı meyxanadan, zəif sənətdən söhbət gedə bilməz. Bir də, bu gün təkcə meyxanadamı bayağılıq var?

Niyə Azərbaycanda "Qılınc və qələm" kimi roman, "Yenə o bağ olaydı" kimi şeir, Mirzə İbrahimov kimi yazıçı, Qara Qarayev kimi bəstəkar, "Axırıncı aşırım" kimi film yaranmır?

Axı bu gün də roman, şeir yazanlar, mahnı bəstələyənlər, film çəkənlər var. Amma hansı biri bayağılıqdan bir addım önə keçə bilir?

Meyxana ilə problemlərimiz həll olunacaq, cəmiyyətin söz-sənət zövqü düzələcəksə, o zaman qadağa qoyun meyxanaya. Kommunistlərin qoyduğu kimi...

Orxan İsayev

Xəbər 1684 dəfə oxunub.



24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +