İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


03.06.2022  09:17 

İki ildə İNTİHAR edən QAZİLƏR - SİYAHI





A+  A-

İkinci Qarabağ müharibəsinin başa çatmasından iki ilə yaxın zaman ötsə də, vaxtaşırı qazilərin intihar xəbərləri yayılır. Bu məsələ dəfələrlə müzakirə olunub, amma intiharların səngiməməsi problemin həll yolunun tapılmadığını göstərir.

XəzərNews.az xəbər verir ki, Bakupost.az müharibədən sonra intihar edən qazilərin bəzilərinin siyahısını təqdim edir:

Kəlbəcərin Zəylik kəndindən həqiqi hərbi xidmətə çağırılan əsgər Vüsal Musayev müalicə aldığı hərbi hospitalda intihar etdi. Tarix: 6 yanvar 2021-ci il.

Abşeron rayonu, Sulutəpə qəsəbəsində yaşayan, hərbi xidmətdən yenicə qayıtmış 24 yaşlı Yunis Mənsurov intihar etdi. Tarix: 9 yanvar 2021-ci il

Sumqayıtdan olan, Daxil Qoşunlarda xüsusi təyinatlı dəstələrdən birinin komandiri, 1989-cu il təvəllüdlü kapitan Məmmədov Alim Nazim oğlu Quba rayonunda ürəyinə tapança ilə atəş açaraq özünü öldürüb. Tarix: 30 yanvar 2021-ci il.

Daşkəsən rayonunun Pirverdilər kəndindən olan Vətən müharibəsi iştirakçısı 1990-cı il təvəllüdlü Həsənov Fərman Fərhad oğlu yaşadığı evdə özünü asaraq intihar edib. Tarix: 23 fevral 2021-ci il

Yardımlı rayonunun Urakəran kənd sakini 1994-cü il təvəllüdlü Fərid Rafiq oğlu Quliyev evinin bir neçə metr yaxınlığındakı meşədə özünü asaraq canına qəsd edib. Tarix: 24 fevral 2021-ci il

İmişli rayonunun Ağcüyür kəndində 1995-ci il təvəllüdlü Qəhrəmanov İmdad Niyazi oğlu gecə saatlarında yaşayış məntəqəsinin yaxınlığındakı çöl sahəsində özünü asıb. O, hərbi sanitar olub. Tarix: 10 aprel 2021-ci il.

1998-ci il təvəllüdlü Vətən müharibəsi iştirakçısı, leytenant Nəbizadə Rüfət Ağayar oğlu Bakının Novxanı kəndində intihar edib. 6 may 2021-ci il.

Şirvan şəhər sakini 1988-ci il təvəllüdlü Cəlilov Emin Eldəniz oğlu özünü yaşadığı evin həyətindəki çardaqdan asıb. O, Vətən müharibəsində könüllü iştirak edib. Tarix: 28 iyun 2021-ci il.

Cəlilabadda Vətən müharibəsi iştirakçısı Bəhman Abbaslı intihar edib. Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində döyüşlərdə iştirak edib. Tarix: 4 iyul 2021-ci il.

Cəbrayıl rayonunun Dağ Tumas kənd sakini olan I Qarabağ müharibəsinin qazisi Rövşən Məmmədov intihar edib. Tarix: 30 avqust 2021-ci il.

Vətən müharibəsinin iştirakçısı Məmmədov Əlisahib Malik oğlu intihar edib. Əslən Cəbrayıl rayonunun Sarıcalı kəndindən olan qazi özünü yaşadığı yerdə asıb. Tarix: 22 may 2022-ci il.

Sumqayıt şəhərində 34-cü məhəllədə 2002-ci il təvəllüdlü Vətən müharibəsi qazisi Adil Bayramov özünü asaraq intihar edib. Tarix: 1 iyun 2022-ci il.

Xəbər 1347 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +