Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


31.05.2022  09:26 

Biz ONLARI şəxsiyyət kimi formalaşdırırıq - Reportaj





A+  A-

Qədim Yunan filosofu Platon və Aristotel uşaqların inkişaf proseslərini tezis şəkilində hələ əsrlər öncə - yəni eramızdan əvvəl bəyan etmişlər. Məsələn, Platon mühüm pedaqoji anlayışları, xüsusilə dini tərbiyə, ictimai quruluşun təlim- tərbiyə ilə əlaqəsini müəyyən edərək erkən yaşlı uşaqların vətəndaş kimi mövcud quruluş ilə bağlı olduğunu əsaslandırıb. Aristotel isə şəxsiyyətin hərtərəfli inkişafı anlayışından bəhs edərək bura fiziki, əqli və əxlaq tərbiyəsini daxil edirdi. O, həmçinin təbiətə müvafiqlik tərbiyəsinə yüksək əhəmiyyət verməklə, məktəbəqədər tərbiyəni şəxsiyyətin inkişafında mühüm mərhələ hesab edirdi. Məktəbəqədər yaşlı uşaqlar üçün pedaqoji əsərlər yazan romalı pedaqoq Mark Fabi Kvintilianın isə “Orator tərbiyəsi haqqında” əsərində uşaqların məktəbəqədər dövrdən tərbiyəsində mühüm rol oynamışdır. Bu əsər bir çox problemi o cümlədən, məktəbəqədər tərbiyəni əhatə edir. O, uşaq tərbiyəsində ictimai mühitə yüksək əhəmiyyət vermiş və onun zərərləşdirilməsi ideyasını irəli sürmüşdür.

Əlbəttə, çağımızın müxtəlif zamanlarında uşaq və yeniyetmələrin təlim və tərbiyyəsi ilə bağlı bu kimi yanaşmalar mövcud olmuş və olmaqdadır. Deməli, insanın şəxsiyyət kimi formalaşmasında təməl – bünövrə möhkəm olmalıdır. Təəssüf ki, müasir zamanın problemləri, qayğılar, ehtiyac, qida təhlükəsizliyində və təlim-tərbiyədə mövcud olan qüsurlar uşaq və yeniyetmələrdə ciddi problemlər ortaya çıxarır. Nəticədə, sosiallaşmaya zəif meyilli, tənhalığı sevən, özünü ifadə edə bilməyən, davranışlarında və ədəb-əxlaq qaydalarında problemli, dərslərdə başarısız, internet və müxtəlif sosial platformalarda gün keçirən uşaq və yeniyetmələrin daha çox olduğu dünyada yaşayırıq.



Ey valideynlər, yatmayın, bu qədər rahat olmayın, bu bir “həyacan siqnalı”, faciənin başlanığıcıdır...

Nə etməli, haradan başlamalı sualına cavab axtara-axtara paytaxtımızda çox məhşur olan Ağıllı Uşaqların Beynəlxalq İnkişaf Akademiyasında “Fortuna” komandasında olduq. Bu komanda qısa müddət ərzində yaranmasına baxmayaraq uşaq və yeniyetmələrin təlim-tərbiyəsində sosial mühitə inteqrasiyalarında kifayət qədər faydaları işlər görür.

Akademiyanın psixoloqu Gülmirə Hüseynova bizimlə söhbətində məqsədlərindən danışdı və bildirdi ki, “Fortuna” komandası olaraq onlara müraciət edən 5-18 yaş arasında uşaq və yeniyetmələrin Ana dilində səlis danışmaq və digər dilləri də mükəmməl öyrətməyə çalışırlar:



“Bu və ya digər yollarla çalışırıq ki, uşaqların nitqi inkişaf etsin, natiqlik qabiliyyətləri formalaşsın. Biz həm də onların məntiqi təfəkkürünü inkişaf etdirir, məntiqi problemlərini həll edir və həyatın çətin anlarında dərhal çıxış yolu tapmaq, qərar vermək bacarıqlarını formalaşdırırıq. Biz eyni zamanda uşaqların fiziki və psixi sağlamlığının qorunması və möhkəmləndirilməsinə çalışırıq. Bundan başqa, uşaqlar üçün təbii və real həyatı təqdim edirik ki, bu da bir-biri ilə bağlı iki mühüm problemin həllinə dəstək olur. Yəni, bir tərəfdən, təlim-tərbiyə vəziyyətlərini uşaq həyatının reallıqlarına maksimum yaxınlaşdırırıq ki, bu da uşaqların şəxs olaraq qəbul edilməsinə kömək edir. Digər tərəfdən, uşağın insanın sosial varlığına maksimum yaxın olan vəziyyətində ona hərəkət etmək və ünsiyyət qurması bacarığını öyrədirik”.



Gülmirə Hüseynova təəssüflə qeyd edir ki, günümüzdə bəzi uşaqlarda elmləri rahat öyrənmək və ümumi dünyagörüş zəif formalaşır:

“Ağıllı Uşaqların Beynəlxalq İnkişaf Akademiyası uşaq və yeniyetmələrin zəkasını inkişaf etdirərək onlara etiket və ədəb- ərkan qaydalarını da öyrədir. Biz çalışırıq ki, onların yaradıcı qabiliyyətləri inkişaf etsin, sürətli oxuma və qavrama, səlis nitqləri formalaşsın. Bu indiki uşaq və yeniyetmələr üçün çox vacibdir. Bəzən bura yeni gələn elə uşaq və yeniyetmələrlə qarşılaşırıq ki, özlərini ifadə edə bilmirlər. Sıxılırlar, sosiallaşa, fikirlərini düzgün ifadə edə bilmirlər. Bu tip uşaqların üzərində zamanında işləməsək, yaş artdıqca bu vərdiş onlarda daha çox özünü biruzə verəcək. Ona görə valideynlər diqqətli olmalı, uşaqların gələcəyi naminə mövcud problemləri vaxtında aradan qaldırmalıdırlar. Təəssüf ki, bəzi valideynlər bu kimi məsələlərə yetərincə diqqət ayırmır, müxtəlif bəhanələrlə vəziyyətdən çıxış yolu tapmağa çalışırlar”.



Gülmirə Hüseynovanın sözlərinə görə, elə uşaqlar da var ki, dostluq etməyi və düzgün əlaqələr qurmağı bacarmırlar:

“Biz uşaq və yeniyetmələrə həyatda düzgün yaşamağı və ən əsası şəxsiyyət kimi formalaşmağı elə kiçik yaşlarında öyrətməliyik. Belə olan halda, məntiqi təfəkkürü inkişaf etmiş uşaqlar mövcud problemlərə müxtəlif rakurslardan yanaşacaq, ətraf aləmdə baş verən hadisələri düzgün analiz etmək qabiliyyətinə yiyələnəcəklər. Ağıllı Uşaqların Beynəlxalq İnkişaf Akademiyası bu nöqteyi – nəzərdən unikal məkandır. Biz onlara özgüvəni, savadlı, dissiplinli, yüksək intellekt sahibi və hər yerdə özünü təsdiq edə bilən uşaqlar yetişdiririk. “Fortuna” komandasını yaratmaqda məqsədimiz də elə budur. Dərslər Azərbaycan və Rus bölmələri üzrə, peşəkar psixoloq və pedaqoqlar tərəfindən tədris olunur”.



Gülmirə Hüseynova bildirir ki, “Fortuna” komandasının müxtəlif oyun və təlimləri uşaqların təfəkkür, sosial, emosional, fiziki və yaradıcı inkişafına böyük təsir göstərir:

“Fortuna”da fiziki və psixoloji baxımdan təhlükəsiz və həvəsləndirici mühit yaradılaraq uşaqların müstəqil və qrup fəaliyyətləri, oyunlar, müxtəlif vasitələr və böyüklərlə qarşılıqlı əlaqələri gücləndirilir. Həmçinin uşaqyönümlü mühit yaradılaraq onların ətraf mühitdə olan əşyalar və onları əhatə edən insanlarla qarşılıqlı əlaqə quraraq öyrənməsi və biliklər qazanma bacarıqları inkişaf etdirilir. Bu prosesdə uşaqların inkişafı və öyrənməsinin təmini üçün onların maraq, ehtiyac və güclü tərəfləri də nəzərə alınır”.



Gülmirə Hüseynova sonda əlavə edib ki, “Fortuna” yerləşdiyi ərazi və məkan nöqteyi-nəzərindən də əlçatımlıdır:

“Hazırda gördüyünüz kimi, burda – yəni Caspian Plazada, 1-ci korpus, 2 mərtəbədə (Rus bölməsi - (+ 994)51 743 00 22, Azərbaycan bölməsi - 055 223 97 17) fəaliyyət göstəririk. Uşaq və yeniyetmələrlə işlədiyimiz üçün oyun və təlim materiallarımız, texniki vasitələrimiz daimi yenilənir”.

Əlbəttə, müasir məktəbəqədər pedaqoji elm və təcrübənin ən mühüm vəzifələri uşaqların sağlamlığının qorunması, onların hərtərəfli inkişafı, təlim və tərbiyə prosesinin humanistləşdirilməsidir. Məktəbəqədər təhsil proqramı həyata keçirilən müəssisədə müsbət mühit təhsilin keyfiyyətinin qiymətləndirilməsi üçün ən vacib meyarlardan hesab olunur. Məsələn elə “Fortuna”da gördüklərimiz kimi... Bu müəssisələrdə təhsil mühitinin inkişaf etdirilməsi standartların həyata keçirilməsində əsas amil hesab olunur. Bu zaman fəalliyyət əsasdır və o, psixikanı qurur, fəaliyyətsizlik isə şəxsiyyətin formalaşmasına mənfi təsir göstərir və imkanları məhdudlaşdırır.

Çalışaq evimizdə, ətrafımızda və cəmiyyətimizdə böyüyən fidanlar – uşaq və yeniyetmələr fəaliyyətsizlik mühitində yaşamasınlar.

Hazırladı:
Lalə Zahidqızı


Xəbər 2656 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +