İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


29.05.2022  16:34 

ZİYANLI VƏRDİŞLƏR - ALKOQOL





A+  A-

Alkoqollu içkilərin də tarixi qədimdir, az qala insanın tarixi qədərdir. Ümumi adı şərabdır. Şərab da bir növ narkotikdir, ağırı və yüngülü, istifadəçiləri və aludəçiləri olur. Şərti olaraq, pivə yüngül, çaxır orta, araq ağır alkoqol sayılır. İstifadəçilər yüngüldən başlayır, sonra orta və ağır alkoqola keçir, yavaş-yavaş aludəçiyə çevrilir. Aludəçilərə isə (“alkoqolik” deyilir), fərqi yoxdur, nə olur-olsun, necə olur-olsun, təki alkoqol olsun...

Alkoqolu tərgitmək narkotiki tərgitmək qədər çətindir, amma mümkündür - keçmiş alkoqoliklər olur. Alkoqolun da narkotik kimi, “lomkası” olur. Aludəçilər bir qayda olaraq, içməyəndə, yemək yeyə bilmirlər, depressiyaya düşürlər. Ağır hallarda (“belaya qoryaçka” deyilir) əlləri, ayaqları əsir və növbəti dozanı qəbul edəndə, müvəqqəti keçir. “Növbəti doza”nı isə, hər dəfə artırmaq lazım gəlir. Qeyd etmək lazımdır ki, alkoqoldan mütəmadi istifadə gec-tez ürək çatışmazlığı, miokardın infarktı, qara ciyərin serrozu ilə nəticələnir. Bundan başqa, alkoqolun cinsi aktivliyi aşağı salmaq və sonsuzluq yaratmaq təhlükəsi də mövcuddur.

Bir qayda olaraq, insan (söhbət normal insanlardan gedir) həyatda öz yerini tapmayanda, ya da tale ona zərbə vuranda alkoqola üz tutur. İnsanlar şərabla tanışlığa ayıq başla, ondan istifadə edəcəklərinə, dərdlərinə əlac edəcəklərinə daxili bir inamla gedirlər. Onlarda şəraba qarşı andangəlmə həvəs olmur, əslən alkoqolik olmurlar. Bu, onlarda irsən keçən yox, necə deyərlər, sonradan qazanılan xəstəlikdir. Əvvəllər şərabdan dərman kimi iyrənirlər, hətta ona nifrət edirlər. Yeni başlayanda hamısı deyir ki, araqdan dərman dadı qəlir. İlk vaxtlar bu dərmanı içmək istəmirlər, az qala özlərini zorlayıb içirlər. Hər dəfə içəndə xəstələnirlər, elə bil ki, zəhərlənirlər. Əvvəllər xəstəlik günlərlə çəkir, özünü pis hiss edirsən, hər gün içə bilmirsən. Sonra yavaş-yavaş öyrəşirsən, getdikcə daha çox içirsən və içdikcə daha çox istəyirsən.

İlk dövrlərdə alkoqol insanın başına vursa da, bədəninə təsir etmir, şərab adi bir şeyə çevrilir. Yəni nə qədər içsən də özünü idarə edə bilirsən, harda içsən, özün durub evə gedirsən. Öz-özünə öyünürsən ki, içkiyə öyrəşmirsən, istəyəndə içirsən, istəməyəndə içmirsən. Amma bu, tələdir, şərabın səninüçün, yüzlərlə sənin kimi qurbanlar üçün qurduğu tələdir - o, səni uçuruma doğru itələyir. Amma sən hələ geri qayıda bilərsən, özündə iradə tapsan, bu bəladan qurtara bilərsən. Alkoqola öyrəşmək üçün illər, aludəçisi olmaq üçün isə on illər lazım gəlir. Həyat isə qısadır. İllər keçir, on illər keçir, şərabın təsirindən ürək-damar xəstəliklərinə tutulmasan, ya başqa bir sağalmaz xəstəlik tapmasan, alkoqoldan asılı vəziyyətə düşürsən. Bir də görürsən başın, bədənin, bütün orqanizmin şərab tələb edir. İçməyəndə yeyə bilmirsən, işləyə bilmirsən, qanın qaralır, başın fırlanır, bütün bədənin od tutub yanır, hətta əlin-ayağın əsməyə başlayır. Artıq geriyə yol yoxdur… Artıq şərabı tələbat kimi, dərman kimi içməyə başlayırsan (artıq uçurumun qarşısındasan!), yenə aldanırsan, güman edirsən ki, alkoqol sənə kömək edir. Amma o, səni uçurumdan aşağı itələyir…

Aşağıda isə hamıya məlum olan, el arasında «alkaş» (şərabdan üzvi surətdə asılı olan, bu bəladan qurtarmaq iqtidarında olmayan adama deyilir) adlanan həmin məxluqlardır ki, başlarındakı və bəxtlərindəki boşluğu şərabla doldurmaq istəyirlər. Onlar evdən yalnız iki fikirlə çıxırlar: harada içmək və kiminlə yatmaq. İkincini hər deyəndə tapmasalar da, birincini həmən tapırlar, çünki nə olsa, harda olsa içirlər. Yaşa dolduqca, «kiminlə yatmaq» problemi tamamilə aradan çıxır. Şərab sözün əsl mənasında, onları həyata səsləyən yeganə stimula çevrilir. Ayıq vaxtı da sərxoş kimi səndələyirlər, ayaqlarını gen qoyub, matros kimi yellənə-yellənə gəzirlər. İçəndən sonra isə onları evin dalında, pilləkannın altında, hətta gölməçənin içində axtarmaq lazımdır. Bunlar karikaturaçı rəssamlara geniş material verən həmin ikiayaqlı məxluqlardır.

Qalib ARİF
Ardı olacaq…

Xəbər 1599 dəfə oxunub.



22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +