İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


27.05.2022  11:56 

Məmurdan kürəkənini həbsdən buraxmaq üçün 100 min alıblar





A+  A-

Bakıda çoxsaylı dələduzluq əməlləri törətmiş şəxslər məhkəmə qarşısına çıxarılıb.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Kərim Əliyev və 1981-ci il təvəllüdlü Şamil Piriyev (soyadlar şərtidir) Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4,312.2-ci (rüşvət vermədə iştirak) maddələri ilə təqsirləndiriliblər. Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində onların bir neçə şəxsə qarşı dələduzluq etmələri, müxtəlif vədlərlə aldadaraq külli miqdarda pul almaları müəyyən edilib.

Məlum olub ki, Kərim özünü Müdafiə Nazirliyinin zabiti kimi təqdim edib, müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrdə çalışan şəxslərlə yaxın münasibətlərinin olduğunu bildirərək insanların etibarını qazanıb.

“Rent a car”dan bahalı avtomobillər icarəyə götürərək görüşlərə gedən Kərim ona müraciət edilən problemləri yüksək nüfuza malik “Seyid” ləqəbli şəxsin köməkliyi ilə həll etdiyini qeyd edib. Bu yolla o,

- xidməti vəzifələrinin icrası ilə əlaqədar yol verdiyi nöqsanlara görə Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasından xidmətdən xaric edilmiş giziri həmin işə bərpa edəcəyini bildirərək 11 min manat

- Övladının həqiqi hərbi xidmətini Milli Qvardiyanın hərbi hissələrinin birində keçməsini istəyən şəxsdən 10 min manat

- Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş idarəsinə zabit kimi işə qəbul olunmaq istəyən şəxsdən 15700 manat

- Dövlət qurumlarından birində yüksək vəzifə tutan Arif Novruzovun bir müddət əvvəl həbs edilmiş kürəkəni Azər Əsgərovun azadlığa buraxılması adı ilə isə ondan 100 min manat alıb.

Məhkəmədə bildirilib ki, Kərim Əliyev aldığı pulların bir hissəsini geri qaytarıb.

Həmçinin qeyd edilib ki, 6 sentyabr 2021-ci il tarixində Kərim Arif Novruzovdan külli miqdarda pul alarkən dostu Şamilin köməkliyindən istifadə edib. Belə ki, onlar Arif Novruzovu inandırmaq üçün pulları ondan polis idarəsinin qarşısında alaraq binaya daxil olublar. Daha sonra aldadıldığını anlayan Arif Novruzov hüquq-mühafizə orqanlarına müraciət edib.

O da məlum olub ki, A.Novruzovun kürəkəni tekstil ticarəti ilə məşğul olub və türkiyəli iş adamları ilə 2 milyonluq pul məsələsinə görə tutulub. Bundan sonra A.Novruzov kürəkənini azadlığa çıxarmaq üçün müxtəlif vasitələrə əl atıb və dələduzluqla üzləşib.

Qeyd edək ki, Arif Novruzov hadisədən sonra vəzifəsindən azad edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kərim və Şamil qeyd edilən maddələrlə təqsirli bilinərək müvafiq olaraq 8 il 6 ay və 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xəbər 4650 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +