“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


25.05.2022  14:43 

Cavid Qurbanov müəmması: vuruldu, yoxsa..? - RƏYLƏR





A+  A-

Dünən Cavid Qurbanov 7 il rəhbərlik etdiyi "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edildi. Prezident onu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsinə təyin etdi. C.Qurbanov tanınmış nəslin nümayəndəsidir, eyni zamanda hakim ailənin qohumudur. Buna görə də onun vəzifədən uzaqlaşdırılması və nazir müavini vəzifəsinə təyin edilməsi ciddi müzakirə mövzusudur.

O vuruldu, yoxsa daha yüksək vəzifəyə təyin edildi?

Nazir müavini vəzifə baxımdan "Azərbaycan Dəmir Yolları" rəhbərindən daha yüksək post sayılır. Amma bir reallıq var ki, “vurulan” və ya zərərsizləşdirilən şəxslərin demək olar ki, əksəriyyəti hansısa nazirlikdə müavin postuna göndərilir.

Buna görə də dünən sosial şəbəkələrdə xeyli adam təxminən bu məzmunda post paylaşırdı: “Vurulanlar”ı əvvəl səfir göndərirdilər, indi isə nazir müavini”.

Amma işin başqa bir tərəfi də var ki, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi inkişaf etməkdə olan, çevik iş tələb edən, kifayət qədər böyük səlahiyyətlərə sahib quruma çevrilir. Bu qurumun rəhbəri kifayət qədər iddialı, peşəkar və tələbkar kadrdır. Yəni bu nazirlikdə “ölü müavin” postunun olacağı inandırıcı görünmür.
Ola bilsin ki, nazirlikdə nəqliyyat sahəsi C. Qurbanova tapşırılacaq. Bu da kifayət qədər iri vəzifə hesab edilə bilər.

Hər halda ehtimal olunur ki, C. Qurbanovun səlahiyyətləri böyüyəcək, amma birinci şəxs olmayacaq və idarə rəisi kimi etdiyi “manevrlər” burada mümkün olmayacaq.

Ona bu imkanların tanınması isə, yəni prosesdən tam kənarlaşdırılmaması onun reputasiyasının tam bulanıq olmaması ilə əlaqədardır. Kifayət qədər geniş imkanlara, sərvətə malik C. Qurbanov yırtıcı məmurlar siyahısına heç vaxt düşməyib. Onun adı böyük qruplaşmalarda, siyasi oyunlarda hallanmayıb.

Bəs siyasilər nə düşünür?

Millət vəkili Razi Nurullayev hesab edir ki, kiminsə bir vəzifədən alıb, digər vəzifəyə keçirilməsi həmin şəxsin “vurulması” anlamına gəlmir.



“C. Qurbanovun nazir müavini təyin edilməsi cənab Prezidentin özünün hesablamalarıdır. Bu cür məsləhət görüb və təyin edib. Vəzifə əbədi deyil. C. Qurbanov da uzun müddət müxtəlif postlarda işləyib. Eyni zamanda, yeni vəzifəsi də kiçik deyil. Nəqliyyat məsələləri, daşınmaların hamısı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə adi olduğuna görə C. Qurbanovun ora təyin olunması məntiqlə suallar doğurmur”.

Millət vəkilinin sözlərinə görə, C. Qurbanov bundan əvvəlki vəzifəsinin öhtəsindən layiqincə gəlib:

“C. Qurbanov Azərbaycan Dəmir Yoluna təyin olunandan sonra xeyli işlər görülüb. Sadəcə pandemiya dövründə və pandemiyadan sonra dəmiryolunun işində müəyyən problemlər olub. Bunlar da təbii ki, narazılıq doğurub. Düşünürəm, bəlkə də maliyyə düzgün ayrılmır. Cənab Prezident tərəfindən C. Qurbanovun qarşısına vəzifələr qoyulmuşdu ki, onların əksəriyyəti ilə bağlı böyük işlər görülüb. Amma ölkədaxili və xaricə sərnişin daşımalarda xeyli problemlər yaşanırdı. Bunun səbəbi mənə də məlum deyil. İnanıram ki, C. Qurbanovdan sonra gələn kadr Azərbaycan Dəmir Yolunu daha da inkişaf etdirəcək”.

BU, MƏDƏNİ YOLA SALINMAQDIR

Real partiyasının icraçı katibi Natiq Cəfərli isə hesab edir ki, C. Qurbanovun nazir müavini təyin olunması onun mədəni şəkildə vəzifədən uzaqlaşdırılmasıdır:



“Əslində, rəhbərlikdən hansısa quruma müavinliyə təyin olunma vəzifənin aşağı salınması və mədəni şəkildə uzaqlaşdırma kimi dəyərləndirilə bilər. Bir var, böyük qurumun rəhbəri, bir də var vacib nazirlikdə müavin. Məndə belə bir fikri formalaşır ki, C. Qurbanov hörmətlə yola salınır”.

KÖHNƏ YOLLARA TEZƏ MENECERLƏR LAZIM

Siyasi ekspert C. Qurbanovun yerinə təyin ediləcək şəxsə böyük ümidlər bəslədiyini deyib:

“Ümid edirəm ki, bu dəyişiklik Azərbaycan Dəmir Yollarının idarəetməsində müsbət dəyişikliklərə səbəb olacaq. Yeni idarəçilər müasir menecerlər olacaq. Onlar hissə-hissə də olsa Azərbaycan Dəmir Yollarının səhmdar cəmiyyətə çevrilməsi, xarici investorlara açılması və qismən özəlləşdirilməsi yolunda addımlar atacaqlar. Bunun başqa yolu yoxdur. Azərbaycan Dəmir Yolunda olan problemləri, büdcəyə yük olmaqdan çıxarılması yolu özəlləşmədən və idarəetmənin şəffaflaşmasından keçir”.

QURBANOVA SİMVOLİK İŞ

Ağ Partiyanın sədri Tural Abbaslı da hesab edir ki, C. Qurbanovun vəzifəsi simvolikdir:

“C. Qurbanovun nazir müavini təyin olunmasını onun “vurulması” kimi dəyərləndirmirəm”.



O, Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsindən azad edilməsinin hakimiyyətdaxili kadr dəyişikliklərinin tərkib hissəsi olduğunu bildirib:

“Azərbaycanın siyasi praktikasında kifayət qədər belə nümunələr görmüşük ki, iri postlardan götürülüb nazir müavini, Baş nazirin müavini təyin olunanlar var. Təbii ki, o postlar simvolik xarakter daşıyır. Məsələn, Rövnəq Abdullayev son nümunələrdəndir. Bu, hakimiyyətdaxili kadr dəyişikliklərinin tərkib hissəsidir. Hakimiyyət öz daxilində köhnə kadrları yeni kadrlarla əvəzləyir. Böyük ehtimalla C. Qurbanovun yerinə 35-40 yaşlarında yeni bir sima təyin olunacaq. C. Qurbanov da yavaş-yavaş siyasi səhnədən gedəcək. Sadəcə birdən-birə bu insanları vəzifədən uzaqlaşdıraraq evə göndərmirlər, çünki onların hakimiyyət qarşısında xidmətləri olub. Ona görə də hörmət əlaməti olaraq simvolik, yəni adı olub, özü olmayan vəzifələrə keçirirlər. C. Qurbanovun da taleyi bu qisimdən oldu. Güman edirik ki, onun yerinə gələcək adam “Azərbaycan Dəmir Yolları”nı daha yaxşı inkişaf etdirəcək”.Bakupost.az

Xəbər 4443 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +