Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb


18.05.2022  19:38 

“Onlar Milli Məclisdə gün keçirməklə məşğuldurlar”





A+  A-

Milli Məclisdə ehtiyatda və istefada olan, o cümlədən xüsusi rütbəli hərbi qulluqçuların pensiya məsələsinə baxılıb. Lakin millət vəkilləri bundan sonrakı mərhələlərdə hərbi qulluqçuların maaşları artırılanda ehtiyatda və istefada olan, o cümlədən xüsusi rütbəli hərbi qulluqçuların pensiyalarının artırılmamasına səs veriblər. Üçüncü oxunuşdan keçən qanun layihəsi cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb və müzakirəyə səbəb olub.

XəzərNews.az xəbər verir ki, bu barədə Bakupost.az -a açıqlama verən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov bu məsələyə qəti etirazını bildirib.

Ü.Cəfərov “Hərbi qulluqçuların pensiya təminatı haqqında” qanunun təkmilləşdirilməsinin tərəfdarıdır:

“Milli Məclisin bəzi millət vəkilləri, başda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev olmaqla hərbi xidmətin mahiyyətini anlamadan qanun layihəsini qəbul ediblər. Ümumiyyətlə, onlar Milli Məclisdə gün keçirməklə məşğuldurlar. Hesab edirəm ki, növbəti parlament seçkilərində onlar heç bir halda Silahlı Qüvvələrin nümayəndələrinin, o cümlədən ehtiyatda, istefada olan və xüsusi rütbəlilərin səslərinə ümid etməməlidirlər. Şəxsən çağırış edəcəyəm ki, bu insanların parlamentə düşməsinin qarşısı alınsın. Bu insanlar nə Silahlı Qüvvələrin, nə də Ordunun mahiyyətini anlayırlar. Əgər onlar Ordunun dayaqlarını sarsıdırlarsa, kimliyindən asılı olmayaraq, heç bir halda mənim üçün millət vəkili ola bilməzlər. Çünki onların sonuncu səs verdiyi qanun layihəsinin səs-küyü bir müddət sonra eşidiləcək”.

Hərbi ekspertin sözlərinə görə, millət vəkillərinin qəbul etdiyi qanun layihəsi ilə insanların orduya maraq göstərməsinin qarşısı alınıb:

“Onlar deyirlər ki, guya, hansısa pensiya islahatı həyata keçirirlər. Əgər pensiya islahatı həyata keçirirlərsə, əvvəla düşünməlidirlər ki, hansı qərara səs verirlər. Bütün dünyada qəbul olunmuş prinsip odur ki, dövlət üçün çalışmış, dövlətin müdafiəsində olmuş insanlar həyatını dəyişənə qədər dövlətin diqqətində, qayğısında olmalıdırlar. Çünki onlar rahatlıq, istirahət bilmədən 24 saat dövlətin xidmətindədirlər. Biz dövlət başçısına müraciət etmişik ki, həmin sənədi imzalamasın”.

Ü.Cəfərov bildirib ki, bu sənəd imzalanacağı təqdirdə hərbi xidmətə maraq azalacaq:

“Hərbi xidmət deyəndə biz burada təkcə özümüzü nəzərdə tutmuruq. Bura güc strukturları, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti və digərləri daxildir. Yəni bundan sonrakı artımlarda, o cümlədən maaş və yaxud əlavələrin artımlarında ehtiyatda və istefada olanlara bu, şamil olunmayacaq. Adını da qoyublar ki, guya, biz əmək pensiyası ilə təmin olunmuşuq. Halbuki hərbçi heç vaxt əmək fəaliyyəti ilə məşğul olmur. Dövlət qulluğu ilə adi qulluğun arasında fərq olduğu kimi, əmək fəaliyyəti ilə hərbi xidmət də tamamilə fərqlənir. Bu məsələyə qəti etirazımızı bildiririk və tələb edirik ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” qanun təkmilləşdirilmiş formada yenidən müzakirə olunsun”.

O əlavə edib ki, qanuni yollar effekt verməsə, tələblərini sərtləşdirəcəklər:

“İmkan vermərik ki, bu adamlar Silahlı Qüvvələrə, Orduya qarşı nadanlıq etsinlər. Bunu təklif edənlər əvvəlcə hərbi borclarını layiqincə yerinə yetirsinlər, daha sonra başa düşsünlər ki, bu gün hərbi xidmətdə olanların günü-güzəranı nədən ibarətdir. Bunu yalnız xidmətdə olanların özləri və yaxınları bilirlər. Bu gün millət vəkilləri həddindən çox harın həyat keçirirlər. 6-7 min maaş nəyə görə almalıdırlar? Nə zəhmət çəkirlər? Onların ortaya qoyduğu absurd, reallıqdan uzaq qanunlardırsa, o zaman özlərinə layiqli sahə tapsınlar. Bu məsələni kəskin qoymuşuq. Hələlik sivil qaydada hər şeyi həll etməyə çalışırıq. Bütün qanuni yollara baş vuracağıq. Biz ölümün içindən çıxmış insanlarıq, heç nədən qorxumuz yoxdur. Heç kim bizə şərt irəli sürə bilməz ki, hərbçilər çox maaş alırlar. Hərbçi bu gün dövlətin dayağıdır. 44 günlük Vətən müharibəsində, dünyada gedən proseslərdə də hamı bunu görüb”.

Xəbər 6942 dəfə oxunub.




28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +