Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək


17.05.2022  11:40 

Dikdaban, kip və cins şalvar, şəffaf və parıltılı dodaq boyası olmaz - Nazirlikdə qadağa





A+  A-

`Qadınlar dikdaban, kip və cins materiallı şalvarlar geyinməməli, şəffaf və parıltılı dodaq boyasından istifadə etməməlidirlər`.

Bununla bağlı Mədəniyyət Nazirliyində əmr imzalanıb. Əmrə əsasən nazirliyin tabeliyində olan qurumların qadın və kişi əməkdaşları üçün dress-kod müəyyən edilib. Sənədə əsasən qaydalarda nəzərdə tutulan geyim üslubuna mütləq şəkildə əməl edilməlidir.

Mədəniyyət Nazirliyinin strukturuna daxil olan qurumlarda etik davranış və daxili intizam qaydaları ilə bağlı cari il aprelin 19-da əmr imzalanıb.

Əmrdə əməkdaşların geyim üslübu ilə bağlı bir sıra qadağalar müəyyən edilib. İşlədikləri müəssisələrdə qadınlara dar və cins materiallı şalvar geyinmək, dikdabandan, eləcə də şəffaf və parıltılı dodaq və dırnaq boyasından istifadə etmək qadağan edilir. Nazirliyin tabeliyində olan teatr və konsert müəssisələri, muzeylər, kitabxanalar, təhsil ocaqları və digər belə qurumlarda çalışan qadınlar bu qaydalara mütləq şəkildə əməl etməlidirlər.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən "XəzərXəbər"ə bildirilib ki, qurumlarda qulluq keçən işçilərin əmək münasibətləri dövlət qulluğu sahəsində münasibətləri tənzimləyən qanunvericilik aktlarına uyğun olaraq həyata . ``Qaydalarda heç bir qadağadan söhbət getmir. İşçilər üçün geyim və üsluba dair tələblər bir çox dövlət orqanlarında, habelə özəl müəssisələrdə də mövcuddur. Hətta bir çox tanınmış yerli və beynəlxalq şirkətlər var ki, öz işçiləri üçün "dress-kod" müəyyən edirlər. Eyni zamanda, Nazirliyin tabeliyində olan teatr və mədəniyyət mərkəzlərində, yaradıcı sahədə çalışan çoxsaylı işçilər üçün geyim və aksessuarların səhnə mədəniyyətinin tərkib hissəsi olduğunu nəzərə alaraq bildiririk ki, həmin işçilərin geyimləri ilə bağlı heç bir tələb və ya tövsiyə nəzərdə tutulmayıb`` - deyə məlumatda vurğulanıb.



Xəbər 3920 dəfə oxunub.




29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib


BÜTÜN XƏBƏRLƏR +