“Meymun çiçəyi“ - “yayılması sürətlənə bilər“
Müdafiə Nazirliyindən o silahlarla bağlı AÇIQLAMA
Estoniya parlamentinin sədri Azərbaycanda - Foto
SEPAH komandiri sui-qəsd nəticəsində öldürüldü
Şəhidlər Xiyabanı yanında gecə klubuna ETİRAZ/Video
İlham Əliyevin Şarl Mişellə təkbətək görüşü - Foto
“Polis də, sığorta şirkəti də mənimlə maraqlanmır”
“Qarabağ” – “Neftçi” - 4:1
İmtahanların NƏTİCƏsi nə zaman elan olunacaq?
COVID-19-a 1 yoluxma, ölən yoxdur


14.05.2022  10:37 

TƏMƏNNASIZ HƏCC ZİYARƏTİ





A+  A-

(Pritça)


Bu hadisə Əfqanıstanda, hardasa 2000-lərdə baş verib. Bu dövrdə ölkənin prezidentinin kim olduğunu xatırlamıram. Amma deyilənə görə, hökumətdə dini məsələlər üzrə portfelli nazir vəzifəsi də olub və bu vəzifəni Paşazadə soylu bir şeyx həyata keçirib.

Ölkənin Nəzir qutuları və Həcc ziyarətləri də bu nazirin nəzarətində idi. Həcc səfərinə getmək istəyənlər hardasa 10 min dollar pul ödəməli idi. Səudiyyə Krallığı da hər zaman olduğu kimi, bu məsələyə xüsusi diqqət və qayğı göstərirdi, müsəlman ölkələrinə, əhalisindən və iqtisadi vəziyyətindən asılı olaraq, yüzlərlə təmənnasız “Həcc ziyarəti” yeri ayırırdı. Əfqanıstana da 500 təmənnasız yer ayrılmışdı. Camaat da artıq ayılmışdı, İnternetə baxırdı və hər şeyi bilirdi.

Məlum olduğu kimi, Əfqanıstanın paytaxtı Kabil şəhəri sərt iqlimi olan yerdədir. Burda yayda çox isti, qışda isə çox soyuq olur. Sözügedən Həcc ziyarəti də isti yay günlərinə təsadüf edirdi. Ölkə prezidentinin göstərişi ilə iki “TU 154” təyyarəsi ayrılmışdı və “çarter” reysi ilə hər gün zəvvarları paytaxt Kabildan Məkkəyə daşıyırdı. “TU 154” təyyarəsinə də, məlum olduğu kimi, maksimum 200 sərnişin yerləşir və bir gündə Məkkəyə maksimum bir reys edə bilir. Əfqanıstanın hər tərəfindən gələn, təmənnasız Həcc ziyarətinə getmək istəyən mindən yuxarı zəvvar da günün qızmarında, gecənin boğanağında təyyarə vağzalının ətrafında çöllərdə gecələyir, öz növbəsini gözləyirdi. Bir sözlə, əsəblər tarıma, adamlar çarmıxa çəkilirdi...

Bir neçə gün keçir, Həcc səfərinə 10 min dollar ödəyənlər yavaş-yavaş gedir. Yeri gəlmişkən, bu özü də maraqlı məsələdir. Qonşu ölkələrdən Həcc ziyarətinə gedənlər hardasa, 2-3 min dollar ödəyirdi. Əfqanıstanda isə bu məbləğ 10 minə kimi qalxmışdı.

Təsdiq olunmamış məlumatlara görə, əvvəllər bu məbləğ hardasa 2-3 min dollar təşkil edib, sonra camaatın səsi çıxmır deyə, yavaş-yavaş artıb və 10 min dollara çatıb.

Camaat isə, sakitcə pullarını ödəyirdi və Həcc səfərinə gedirdi. Ziyarəti dövründə dini işlər üzrə nazir də hər gün təyyarə vağzalına gəlirdi və prosesə şəxsən nəzarət edirdi.

Yuxarıda deyildiyi kimi, Səudiyyə Krallığı Əfqanıstana 500 təmənnasız “Həcc ziyarəti” yeri ayirmışdı. Paşazadə soylu həmin nazir də təmənnasız yerləri öz dostlarına, qohumlarına və yaxınlarına paylamışdı. Təbii ki, 500 yeri paylamaqla qurtarmaq olmazdı. Yüzlərlə yer nazirin göstərişi ilə 10 min dollardan satılmışdı. Təmənnasız getmək istəyənlər isə bunu bilmirdilər və ümidlə gözləyirdilər. Onlar səhər tezdən təyyarə meydanına axışır, həsrətlə ömürlərində birinci dəfə təyyarəyə minəcəkləri və müqəddəs yerlərə gedəcəkləri saatı, anı gözləyirlər.

Amma “yerin, göyün də qulağı var” deyirlər. Təmənnasız zəvvarlar hansı yollasa məsələni öyrənirlər və Həcc arzularının xəyal olduğunu başa düşürlər. Dostlar, günlərlə günün altında, gecənin soyuğunda ac-yalavac qalan, ümiddən və əziyyətdən az qala dəli olanların psixi vəziyyətini hiss edirsinizmi?! Paşazadə soylu nazir də hiss edir və qorxusundan aero-vağzalın gözləmə zalını tərk etmir. Min nəfərə qədər dəli olmuş adam gözləmə zalına hücum edir. Qorxusundan kresloların birinin altına girmiş naziri tapırlar, dartıb çıxarırlar, ölüsünə çırpırlar. Yeri gəlmişkən, nazir bir-iki gün sonra xəstəxanada vəfat edir. Hadisədə onlarla polis və zəvvar yaralanır, yüzdən çox zəvvar həbs olunur. Məsələ böyüyür və işə ölkə prezidenti şəxsən qarışmalı olur. Həbs olunanların hamısını bir həftə, 10 günə buraxırlar. Onların cəzası həmin ilki Həcc ziyarətindən məhrum olmaları olur...

Qalib ARİF


Xəbər 1007 dəfə oxunub.



21.05.2022  19:36 

COVID-19-a 1 yoluxma, ölən yoxdur

21.05.2022  19:28 

Mövqelərimiz atəşə tutuldu

21.05.2022  19:17 

Qadir ağrısı...


BÜTÜN XƏBƏRLƏR +