“Meymun çiçəyi“ - “yayılması sürətlənə bilər“
Müdafiə Nazirliyindən o silahlarla bağlı AÇIQLAMA
Estoniya parlamentinin sədri Azərbaycanda - Foto
SEPAH komandiri sui-qəsd nəticəsində öldürüldü
Şəhidlər Xiyabanı yanında gecə klubuna ETİRAZ/Video
İlham Əliyevin Şarl Mişellə təkbətək görüşü - Foto
“Polis də, sığorta şirkəti də mənimlə maraqlanmır”
“Qarabağ” – “Neftçi” - 4:1
İmtahanların NƏTİCƏsi nə zaman elan olunacaq?
COVID-19-a 1 yoluxma, ölən yoxdur


13.05.2022  16:52 

XALIQ və ARVADI





A+  A-

Günlərin bir səhəri Xalıq adlı orta yaşlı bir kişi cavan arvadını da yanına salır, qonşu kəndə bazara yollanır. Siz bir qıraqdan baxasız: Kişi ağlı başında, pencəyi əynində, ala eşşəyin belində, təsbehi də əlində şəstlə gedir. Toppuş arvadı geridə, qırmızı qofta, güllü tuman əynində, qara qaloş ayağında, dalını bura-bura gəlir.

Qərəz, uzun yolu ələ alırlar, günorta üstü bazara çatırlar. Baxırlar, burda bir vur çatlasın var ki, gəl görəsən. Alan kim, satan kim, alana, satana atan kim. Bazarın kənarında da boş sahədə uşaqlar top-aldı-qaç oynayırlar, bir tozanaq salıblar ki,.. Yəqin hörmətli oxucu haqlı olaraq soruşacaq ki, bu top-aldı-qaç nə olan şeydir? Düzü, mən də bilmirəm, güman edirəm ki, müasir futbol kimi bir şeydir, amma bunu əllə oynayırlar…

Bizim cütlük bazara girən kimi, onlara göz dəyir. Uşaqların biri topu fırladır, elə atır ki, gəlir dəyir Xalıqın arvadının yumşaq yerinə. Deyən, top da ağzının dadını bilir… Nə isə, topun ağır və bərk olmağı cəhənnəmə, dəydiyi yerə, güllü tuman üstə yekə bir ləkə də salır. Xalıq kişiyə xas təmkinini saxlayır, amma arvadı saxlaya bilmir, topa qara qaloşla bir təpik endirir. Top göyə qalxır, yaxındakı dükanın pəncərəsinə çaxılır, sındırıb içəri daxil olur…

Nəhayət Xalıq təmkinini saxlaya bilmir, eşşəkdən enir. Deyir axmağın qızı axmaq, sən bazar adamına ziyan vurdun, bizi də xərcə saldın. Kişi eşşək də yedəyində, arvad da geridə gəlirlər dükana. Qapını qanacaqla döyürlər, eşşəyi cəftəyə bağlayıb sakitcə içəri keçirlər. Görürlər hər yanda taxçalar, taxçalarda kaşı qablar. Ortaya da allı-güllü bir xalça salınıb. Bir domba güzlü, lopa bığlı, yekəpər kişi də durub xalçanın üstündə, top da əlində. Demə top pəncərəni sındırıb içəri girib, küncdə duran böyük kaşı küpə dəyib. Küp də eləməyib tənbəllik, dəyib divara, olub cilik-cilik. Xalıq əvvəl deyir salam-məleykim, sonra soruşur, yaxşı biz indi neyləyək, sənin ziyanını necə ödəyək?

Lopabığ gülümsəyir, deyir nə ziyan, nə filan, siz məni xilas etmisiz. Mən 300 il idi ki, bu küpün içində əziyyət çəkirdim, bayıra çıxa bilmirdim. Siz top atdız, küpü sındırdız, məni azadlığa buraxdız. Mən də borclu qalmaq istəmirəm, sizin 3 arzunuzu yerinə yetirmək niyyətindəyəm. Məndən nə qədər mal, pul, qızıl istəyirsiz, istəyin. Bu söhbət Xalqın xoşuna gəlmir, sakitcə aradan çıxmaq istəyir. Arvadı deyir, a kişi, bəlkə bəxtimizi sınayaq, kasıblığın daşını ataq?!

Xalıq ağzını açmaq istəyir, lopabığ imkan vermir. Deyir, mən sizin 3 arzunuzu yerinə yetirəcəm, amma bir şərtim var. Mən 300 ildir ki, bu küpün içindəyəm, əziyyət çəkirəm, dərdimi deməyə adam gəzirəm. Kişi, mən sənin arvadına bir söz demək istəyirəm, amma gərək sən bayıra çıxasan, eşitməyəsən. Həm də 3 arzunu yaxşı-yaxşı fikirləşərsən. Kişi deyinə-deyinə qapıya tərəf gedir, arvadı da dalınca çəkir. Arvad deyir a kişi, dəli olmusan, sən nağayrırsan, bazarlığın pulunu da qonşudan borc almısan. Bir sözə görə başımıza yağan puldan-qızıldan əl çəkək?! Kişi cınqırını çıxarmır, sakitcə bayıra çıxır.

Bayırda eşşəyinin yanında dayanır, sol əli ilə saqqalını, sağ əli ilə eşşəyin yalını qaşıyır. İki eşşək bayırda qalır, dəqiqələri sayır. İçəridə isə vaxt dayanır - 300 ilin söhbətini 5-10 dəqiqəyə eləmək olmaz, axı,.. Qərəz, Xalıq yarım saatdan artıq davam gətirə bilmir, qapını zərblə açıb içəri girir. Görür lopabığ xalçanın üstdə əyləşmişdir, arvadı ayaq üstdədir, üst-başını düzəldir. Amma qırmızı tuman qırış-qırışdır (Xalqın gözlərində bahar da qışdır!), üstündəki güllərin rəngi də bir-birinə qarışmışdır. Arvad kişini görən kimi işindən ayrılır, sakitcə gəlib ərinin yanında dayanır.

Xalıq boğazını arıtlayır, lopabığ təəccüblə ona baxır. Kişi deyir bizim birinci arzumuz budur ki,.. Lopabığ soruşur nə arzu, nə filan, nə palan, sən nə dsanışırsan? Kişi deyir, axı, sən 300 il küpün içində qalmışdın, biz də bizim arvadla səni xilas etmişik. Sən də dedin ki, bizim 3 arzumuzu yerinə yetirəcəksən... Lopabığ qışqırır ki, axmağın oğlu axmaq, sən ya məni dolamısan, ya da “1001 gecə” nağılları oxumusan?! Tez ol, pəncərənin, küpün pulunu ver, mənim dükanımdan rədd ol. Nahardan sonra müştərilərin gələn vaxtıdır…

Qalib ARİF

Xəbər 990 dəfə oxunub.



21.05.2022  19:36 

COVID-19-a 1 yoluxma, ölən yoxdur

21.05.2022  19:28 

Mövqelərimiz atəşə tutuldu

21.05.2022  19:17 

Qadir ağrısı...


BÜTÜN XƏBƏRLƏR +