Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


07.05.2022  10:06 

Mübariz Mənsimov, AST Telman, Lotu Quli, Rövnəq Abdullayev: Bir müsahibə və kriminal media...





A+  A-

İş adamı Mübariz Mənsimovun həmkarım Əvəz Zeynallıya müsahibəsinə baxdım. Özü də bir neçə dəfə. Sonra da reaksiyaları izlədim. Həm də diqqətlə və maraqla. Gördüm bəzi dairələr və bəzi jurnalistlər narahatdır, həyəcan, hədə dolu yazılar yazırlar.

Hələ Mübariz Mənsimov həbs ediləndə düşünürdüm ki, onu Azərbaycanla düşmən etməyə çalışan bir dəstə var. Bu məqsədin altında bəlkə milli səbəblər də var idi onda.

Bu Azərbaycan üçün gələcəyə hesablanmış, hazırlanan qara ləkə də ola bilərdi.

Sonra anladım ki, hər şeyin maddiləşdiyi bir dönəmdə, dava təkcə bu məsələ deyil, həm də para və bir iş adamının ictimai xadimə dönüşməsidir. Üstəgəl, onun olmayan paraya çökməyə adət edənlərin skandalıdır bu. Hətta özü fetöçü olanların (hər halda müsahibənin ümumi ruhunda bu duyulur-J.M)

Bir mərhələdən sonra, anlaşılır ki, məqsəd həbsə salınmasına nail olduqları adamın sağ qalıb, qalmamasınacan uzanıb. Türk polisi bu haqda istihbarat da alıb, müsahibədə bu məqam da var.

Niyə?

Çünki Azərbaycanı sevir, türkü, türklüyü sevir, yardımsevərdir. Gəlirlərinin oğurlanmasını, oğru ilə bölüşdürülməsini, onu adından Azərbaycanın ali rəhbərliyinə yalnış məlumatlar verilməsini istəmir.

Çünki əksini isbatlamağa yetərincə dəlili var.

Ən ağır, həm də maraqlı olanı bu ki, "mən siyasətə qarışmıram" deyən bir iş adamını, böyük və qara siyasi oyunun içinə düşürdülər. Məsələ sərvət, qazanc və tabe olmamaq idi. Zənnimcə alınmadı, daha doğrusu bu dəfə alınmadı. Və yenə Azərbaycanın tarixi, nəhəng adları ilə tankerlər dünya sularında üzməkdədir.

M.Mənsimov isə Azərbaycanla hər şeyə rəğmən bağını qoparmağı düşünmədi. Əksinə o oldu ki, Türkiyədə öldürülən, haqqında dünyaca müəmmalar və o qədər də xoş olmayan sözlər danışılan lotu Quli, Anar Əliyev adlı başqa bir iş adamının "dostları" aşkar hədəyə keçib. Özü də bəzi kriminala bulaşdığı iatisna olmayan "media oeqarxiyasının" əli ilə.

Nə əlaqə deyə düşünər bəziləriniz yəqin?!

Deyim biləsiniz, hələ də ciddi müqavimət mövvcuddur. Hələ də çirkli məqsədlər tükənməyib. Qarşı tərəfin yeganə yaxşı gedişi odur ki, müsahibəni düşünmədikləri yerə verdi.

İndi gərəkən o ki, Türkiyədə ağlanaraq azadlığa çıxan iş adamı Mübariz Mənsimov, mediada da, siyasətdə də, işgüzar əlaqələrdə də dəqiq "atışlar" etsin.

Onda Anar Əliyev, Rövnəq Abdullayev, Lotu Quli, AST Telman və sairlərlə bağlı yeniliklər üzə çıxacaq.

Hətta AST Telman adı ilə məhşur olan yəhudi əsilli azərbaycanlı iş adamının biznesinin niyə "vurulmasınacan" hər şey dəqiq anlaşılacaq.

O da aydın olacaq ki, niyə hamı ilə ünsiyyət eyni "media adamlarına" həvalə edilib? Kim tərəfindən təşkil olunub bu oyun?

Mübariz Mənsimov və çevrəsinə bu niyəli cavab-sualları diqqətdə saxlamağı şiddətlə və əminliklə tövsiyyə edirəm. Unutmaq olmaz, təkcə iş dünyasi və siyasət deyil, təəssüf ki, Azərbaycanda bəzi mediatik güclər də kriminala və qara sifarişli gəlirlər əldə etmək işinə bulaşıb. Yəqin nə zamansa Azərbaycan də bunu nəzərə alacaq.

Əslində çox acıdır, amma həqiqətdir!..

Jalə Mütəllimova

Xəbər 7682 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +