Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək


04.05.2022  14:21 

“Tərtər işi” - Baş Prokurora inamsızlıq yaranır” - Ekspert





A+  A-

““Tərtər işi” uzandıqca insanlarda həm Baş Prokurorluğa, həm də Baş Prokurorun özünə bir inamsızlıq yaranır. Bu inamsızlığın olmaması üçün tez bir zamanda işlər ədalətli şəkildə həll olmalıdır”.

XəzərNews.az xəbər verir ki, bunu Bakupost.az -a hərbi-ekspert Üzeyir Cəfərov “Tərtər işi” ilə bağlı danışarkən deyib.

O bildirib ki, “Tərtər işi” ilə bağlı istintaq keyfiyyətli aparılmır:

““Tərtər işi”nin ədalətli aparılması cəmiyyət tərəfindən o vaxt qəbul olunardı ki, adları hallanan şəxslər tutduqları vəzifədən bir müddət də olsa kənarlaşdırılardı. Bu şəxslər kimlərdir? Bunlar, adı xeyli hallanan hərbi prokuror Xanlar Vəliyev, onun birinci müavini general Şəfahət İmranovdur. Digəri isə Tərtərin Hərbi Prokurorluğundan gətirilərək, Respublika Prokurorluğuna şöbə rəisi vəzifəsində təyin olunmuş şəxsdir.
İnsanlar boş-boşuna sosial mediada narazılıqlarını bildirmirlər. Təkcə ölümündən sonra Elçin Əliyevə bəraət verməklə məsələ bitmir. Orada Samir Qafarov və digərlərinin də adları var. Birinci gündən mövqeyim ondan ibarət olub ki, kimliyindən asılı olmayaraq qanunsuzluğa, özbaşınalığa yol verilibsə, qanunla cəzalandırılmalıdır. Burada söhbət Azərbaycan Ordusunun şərəfindən, ləyaqətindən gedir. Ona görə də gələcəkdə ordumuzda bu kimi xoşagəlməz hadisələrin təkrarlanmaması üçün hərtərəfli araşdırma aparılmalı və ədalətli qiymət verilməlidir”.


Ü. Cəfərov qeyd edib ki, bu işdə kimlərin adları çəkilirsə, vəzifəsindən asılı olmayaraq onlar dindirilməlidir:

“Orada çox yüksək rütbəli adlar çəkilir. Əgər insanın doğması, övladı hansısa qanunazidd hərəkət nəticəsində dünyasını dəyişibsə, ona necə susmaq olar? “Tərtər işi”nin ədalətli aparılması üçün cəmiyyətdə hər hansı bir müzakirə mövzusu qalmamalıdır. Konkret adlar və soyadlar var. Düzdür, həmin şəxslərin müəyyən xidmətləri olub. Amma bu o demək deyil ki, qanunsuzluq etdiyinə görə qanun onlara şamil olunmamalıdır. Bu yaxınlarda bir neçə tanınmış generallarımız məhkəmə qarşısına çıxarıldı və onların hərəkətlərinə hüquqi qiymət verildi. Ümumiyyətlə, Baş Prokurorluq bu məsələlərlə çox ciddi məşğul olmalıdır”.

Hərbi-ekspert əlavə edib ki, “Tərtər işi” ilə bağlı yaradılmış istintaq qrupu ictimaiyyətə mütəmadi məlumat verməlidir:

“Konkret bu məsələ ilə bağlı ictimaiyyətə mütəmadi məlumat verilməlidir. Bu günə qədər “Tərtər işi” ilə bağlı yaradılmış istintaq qrupunun rəhbərinin ictimaiyyətə, mətbuata hər-hansı bir məlumat verdiyini görməmişik. Onların borcudur ki, mətbuat qarşısına çıxsın və görülən işlərlə bağlı ayda bir dəfə ictimaiyyətə məlumat versin. Nə qədər susacaqlar, o qədər şayiələrə yer olacaq. Bu məsələ tam aydınlaşana qədər çoxlu versiyalar səslənəcək. Bunlardan biri də “Tərtər işi” nin sifariş əsasında baş tutmasıdır. Təbii ki, durduq yerdə bu ola bilməz. Azərbaycan dövləti olaraq özümüz onun marağında olmalıyıq ki, kimin əli çatır Azərbaycan Ordusunda bu işləri gördürməyə? Bunun axırına çıxılmaldır. Ola bilər ki, gözləmədiyimiz bir yerdən müdaxilə olunub. Hərtərəfli araşdırma aparılmayana qədər, konkret nəsə deyə bilmərik. Bu gün “Tərtər işi”nin araşdırılması bir nömrəli iş olmalıdır”.

Xəbər 1237 dəfə oxunub.




29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib


BÜTÜN XƏBƏRLƏR +