Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


01.05.2022  23:01 

Şəhid jurnalistin xatirə lövhəsinin açılışı olub





A+  A-

Mayın 1-də Binəqədi rayonu M.Rəsulzadə qəsəbəsində şəhid jurnalist Məhərrəm Əli oğlu İbrahimovun yaşadığı evdə xatirə lövhəsinin açılışı olub.

Açılış mərasimində media nümayəndələri, AZƏRTAC-ın əməkdaşları, şəhidin ailə üzvləri, Binəqədi Rayon İcra Hakimiyyətinin və ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Şəhid jurnalistin qardaşı Əsgər İbrahimov mərasimdə çıxış edərək vurğulayıb ki, xatirə lövhəsinin açılışı Məhərrəmin doğum gününə təsadüf edir. Məhərrəm həmişə işğal altındakı torpaqlarımızın azad edilməsini, doğma kəndimizi görməyi arzulayırdı. Tale elə gətirdi ki, Məhərrəm doğulduğu Ardanış kəndindən cəmi 50 kilometr məsafədə yerləşən Kəlbəcər rayonunun Susuzluq kəndində şəhidlik zirvəsinə ucaldı. Biz Məhərrəmlə, eləcə də bütün şəhidlərimizlə qürur duyuruq. O, Məhərrəmin xatirəsinə göstərilən yüksək ehtirama görə minnətdarlığını bildirib.



AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini, şəhid atası Dağbəyi İsmayılov Məhərrəmin qələmi ilə tarix yazdığını, kollektivin böyük hörmətini qazandığını, xatirəsinin hər zaman uca tutulduğunu vurğulayıb. D.İsmayılov bildirib ki, Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Qələbənin qazanılmasına yumruq kimi birləşən xalqımızın sağlam düşüncəli hər bir nümayəndəsi öz töhfəsini verib. AZƏRTAC-ın kollektivi də Vətən müharibəsinin ilk günlərindən rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsini, döyüş meydanında əldə etdiyi misilsiz uğurları barədə xəbərləri xalqımıza və dünyaya çatdırmaq üçün gecə-gündüz yorulmadan çalışıb. Agentliyin cəbhə bölgəsinə ezam olunmuş əməkdaşları düşmən atəşi altında çoxsaylı çəkilişlər aparıblar. Müharibə başa çatdıqdan sonra azad edilmiş torpaqlarda aylarla çalışan çəkiliş qrupunun üzvləri erməni vandalizminin, viran edilmiş yurd yerlərinin görüntülərini lentə alaraq arxivləşdiriblər. Onlardan biri də xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuş Məhərrəm İbrahimovdur.



Bildirilib ki, Məhərrəm İbrahimov AZƏRTAC-da çalışdığı müddətdə ordunun və hüquq-mühafizə orqanlarının fəaliyyəti, eləcə də ən qaynar nöqtələr, ən isti, operativ xəbərlər onun təqdimatında işıqlandırılıb və hərbi jurnalist kimi ixtisaslaşıb. AZƏRTAC-da dəfələrlə ilin ən yaxşı əməkdaşı kimi fəxri fərman və diplomlarla təltif olunub. Uzun müddət cəbhəboyu zonada ezamiyyətlərdə olub, təmas xəttində mətbuat nümayəndələri üçün təşkil olunan təlimlərdə iştirak edib, Aprel, Tovuz döyüşlərində, Vətən müharibəsində ən qaynar nöqtələrdən xəbərlər, reportajlar hazırlayıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə şəhid jurnalist Məhərrəm İbrahimov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə Binəqədi rayonunun Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki Sahilboyu küçəsinə Məhərrəm İbrahimovun adı verilib. AZƏRTAC-ın binasında Məhərrəmin xatirə guşəsi yaradılıb, işğaldan azad olunan ərazilərdə erməni vandalizmini salnamələşdirən həmkarlarımızdan bəhs edən fotostend quraşdırılıb.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova və şöbə müdiri Şəmsəddin Manafov çıxışlarında bildiriblər ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində dəmir yumruq kimi birləşərək düşmənin başını əzdi və ərazi bütövlüyünü bərpa etdi. Ölkəmizin dünyada nüfuzu və layiqli yeri Vətən müharibəsindəki Zəfərdən sonra daha da möhkəmlənib. Bu səbəbdən də Vətən üçün canından keçən qəhrəmanların əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Çıxışlarda şəhid ailələrinin, qazilərin problemlərinin, sosial-məişət məsələlərinin həllinin dövlətimizin diqqət mərkəzində olduğu xüsusi qeyd edilib.

Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli çıxışında Azərbaycan jurnalistlərinin Vətən müharibəsindən üzüağ çıxdıqlarını bildirib. O, beynəlxalq media subyektlərinin azərbaycanlı jurnalistlərin Ermənistanın müharibə cinayətlərinin qurbanı olmasını lazımı səviyyədə işıqlandırmadıqlarını təəssüflə qeyd edib. N.Məmmədli ötən il sentyabrın 27-də başlayan və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb, şəhidlərin əziz xatirəsinin heç vaxt unudulmayacağını vurğulayıb.

Media nümayəndələri, şəhid Məhərrəm İbrahimovun müəllimləri, dostları xatirələrini bölüşüb, onun yüksək insani keyfiyyətlərindən, vətənpərvərliyindən və peşəkar jurnalist fəaliyyətindən söz açıblar. Çıxışlarda Məhərrəm İbrahimovun peşəkar və cəsarətli jurnalist kimi yaddaşlarda əbədi qalacağı vurğulanıb.

Sonra şəhid jurnalistin xatirə lövhəsinin açılışı olub. Xatirə lövhəsinin qarşısına şəhidin oğulları Uğur və Toğrulun adından əklil qoyulub. Tədbir iştirakçıları xatirə lövhəsinin qarşısına gül dəstələri düzüblər.

Xatırladaq ki, xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan “Kamaz” markalı sərnişin avtomobilinin ötən il iyunun 4-də saat 11 radələrində rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar.

Onların xidmətləri dövlətimizin başçısı İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər.

Xəbər 1720 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +