Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb


30.04.2022  19:21 

“Aparıb o qədər döyüblər…” - Bir ananın fəryadı...





A+  A-

Gəncə sakini Qalina Qirina oğlu Şəhriyatın şərlənərək həbs olunduğunu deyir. Onun sözlərinə görə, məruz qaldığı ağlasığmaz işgəncələr nəticəsində törətmədiyi cinayəti boynuna götürməyə məcbur olub.

13 il əvvəlki qətl hadisəsi

2021-ci ilin avqustunda Baş Prokurorluğun mətbuat xidməti 13 il əvvəl – 2008-ci ildə Gəncədə baş vermiş qətlin üstünün açılması haqda məlumat yaydı. Söhbət 1940-cı il təvəllüdlü Nadejda Nəzərlinin yaşadığı evdə öldürülməsindən gedirdi.

Cinayət işinin materiallarında iddia olunur ki, Gəncə sakini, 35 yaşlı Seymur Salayev və Şəhriyar Qirin külli miqdarda pul, qızıl-zinət əşyaları oğurlamaqdan ötrü qadını qətlə yetirib. İttihama əsasən, Şəhriyat qadını tutub, Seymur isə bıçaqla öldürüb.

“Bağlı qalmış cinayətlərin açılması görüntüsü yaratmaq üçün…”

Qalina Qirina düşünür ki, bağlı qalmış cinayətlərin açılması görüntüsünü yaratmaq üçün günahsız adamlardan istifadə olunur. Onun sözlərinə görə, oğlu ilə birlikdə ittiham olunan Seymur Salayev narkotik istifadəçisidir, əvvəllər də buna görə məhkum olunub:

“Kiminsə rütbəsi qalxacaq deyə, mənim balamı şərləyib bədbəxt edirlər. Nadejda cüssəli qadın olub, Seymur fiziki göstəricilərinə görə təkbaşına onu öldürə bilməzdi. Ona görə elə ssenari qurmaq lazım idi ki, inandırıcı olsun. Ona görə oğlumu qoşublar ki, guya oğlum tutub. Halbuki, oğlum ilə qadının boyu heç uyğun deyil. İkincisi, o qadın Rayon İcraiyyə Komitəsində işləyib, yetərincə məlumatlı adam olub. Onu tanıyan adamlar deyir ki, tanımadığı adam üçün qapı açmazdı. Qapı-pəncərə də sındırılmayıb. Necə olub ki, o, narkotik istifadəçisini evinə buraxıb? Deyirlər ki, tamah məqsədilə onu öldürüblər. Oğlu da deyir ki, evdən heç nə oğurlanmayıb”.



“Aparıb o qədər döyüblər…”

Ana danışır ki, oğlunu Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. Öncə saxlamağa bəhanə kimi, külli miqdarda narkotik ittihamı irəli sürüblər. Bir müddət bu ittihamla saxlayandan sonra iddia olunub ki, 13 il əvvəlki qətlin üstü açılıb, onu da Şəhriyat Qirin törədibmiş:

“Oğlumu blokdan aparanda mən evdə olmamışam. Biz ana-bala yataqxanada, bir otaqda, nimdaş bir yerdə yaşayırıq, çox çətinliklə, amma halallıqla dolanırıq. Oğlumu aparanda qonşular görüb. Amma yalan yazıblar ki, guya küçədə şübhəli şəxs qismində saxlayıblar, üstündən narkotik tapılıb. Mənim oğlum heç narkotikin rəngini, dadını bilmir, bu qədər vicdansızlıq, insafsızlığı özlərinə necə yaraşdırırlar? Belə qazandıqları pulu ailələrinə necə yedirə bilirlər? Aparıb o qədər döyüblər, üstündən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, indi də bəzi işgəncə izləri qalıb. Hələ də qarın boşluğunda ağrılar var…”

“Həyatını alt-üst eləməklə kifayətlənmirlər, üstəlik, biabır edirlər”

Qalina Qirinanın sözlərinə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində etiraf ifadəsi alınandan sonra oğluna qarşı xüsusi amansızlıqla, tamah niyyətilə və s. qəsdən adam öldürmə ittihamı irəli sürülüb. Ana narazıdır ki, dərhal da prokurorluq açıqlama yayaraq, oğlunu cəmiyyətə cinayətkar, qatil kimi təqdim edib:

“Halbuki, mənim oğlum qatil deyil, özlərinin qeyri-peşəkarlıqlarını pərdələmək üçün işgəncə ilə bir günahsız adamı şərləyiblər. Həyatını alt-üst eləməklə kifayətlənmirlər, hələ bir onu biabır eləyirlər”.

Qalina Qirina deyir ki, oğlunun öldürülən qadının köməkçisi olması haqda iddialar da yalandır. Hadisə baş verəndə Şəhriyat Qirin kilsədə işləyib.

“Oğluma satış məqsədilə külli miqdarda narkotik ittihamı veriblər. İnsanda utanmaq hissi olmazmı? Bizim şəraitimizdən xəbərləri varmı? Oğlumu nişanlamaq istəyirdik. Qızın atası oğlum haqqında məlumat toplamışdı, dedi ki, çox yaxşı oğlandı, amma ev yoxdu, qızımı o yataqxanaya necə verim? İndi deyirlər ki, narkotik satıb, tamah məqsədilə adam öldürüb… Adamı bu yandırır. Oğlum hərbi xidmətini Naxçıvanda çəkib. Onu nümunəvi xidmətinə görə təltif ediblər”, – Qalina Qirinanın sözləridir.



Vəkil nə deyir?

Şəhriyat Qirinin işinə hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır. Onun vəkili Zabil Qəhrəmanov da müvəkkilinin təqsirsizliyinə əmindir. Vəkil deyir ki, iş materiallarındakı ziddiyyətlər, ekspertiza rəyləri də müvəkkilinin bu cinayətə aidiyyətinin olmamasına dəlalət edir.

Daxili İşlər Nazirliyi isə işgəncə iddialarını təkzib edib./Meydan TV

Xəbər 4929 dəfə oxunub.




28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq

28.03.2024  09:03 

Peruda zəlzələ olub

28.03.2024  01:25 

Oleq Babuyev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +