İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


25.04.2022  16:55 

Deputat jurnalisti, jurnalist də deputatı məhkəməyə verdi





A+  A-

“Etibar Əliyevin məni məhkəməyə verməsi sifarişdir”.

XəzərNews.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında Xural TV-nin rəhbəri, jurnalist Əvəz Zeynallı deyib.

O bildirib ki, deputatın üç iddia ilə məhkəməyə müraciət etməsi işin planlı və sifariş əsasında baş verdiyini deməyə əsas verir:

“Əgər Xural TV-nin bağlanması iddiası varsa, bu, Ramiz Mehdiyev missiyasının davamıdır. Deməli, R. Mehdiyev hələ oyaqdır, Əli Həsənov hələ ayaqüstədir. Çünki heç kim Xural TV-ni bağlatmaq iddiasını ortaya qoya bilməz.

Əgər bu iddia varsa, deməli bunu içindən Mehdiyev xortlayır. Deməli bundan ən azı Sahibə Qafarovanın, E. Əliyevi deputat edənlərin xəbəri var. Çünki Parlamentdə heç kim icazəsiz səhər-səhər evdə “qlazok” da yeyə bilməz. Çünki S. Qafarovadan icazə almalıdırlar”.

Ə. Zeynallı E. Əliyevlə münasibətlərinin kəskinləşməsi tarixçəsini də danışıb:

“Məsələ belə başladı ki, Etibar Əliyev həbsdə olan keçmiş icra başçısı Saleh Rüstəmov haqqında status yazdı, amma həmin statusu axşam sildi. Hər kəs bu hərəkəti qınadı, ona nə gəldi-yazmağa başladılar. Mən də dedim ki, “sevindik ki, Vahid Əhmədovdan sonra E. Əliyev də bu barədə yazdı”. Sonra məlum oldu ki, həmin statusu təyinatlı olaraq sildirdilər. Bundan sonra R. Mehdiyev haqqında status yazdı. Onda da Müsavat TV-dən Sevinc Telmanqızı mənə E. Əliyevin R.Mehdiyevin istefası haqqında status yazmasıyla bağlı sual verdi. Mən də dedim Etibar qeyri-ciddi adamdır, onu saymayın. Yazıb, sonra silə bilər. Daha sonra Mehdiyev açıqlama yaydı, hamı haqqında fikrini bildirdi. Etibara gələndə dedi ki, tanınmış jurnalist Ə. Zeynallının Etibar haqqında fikirləri var, ona görə də onun barəsində əlavə danışmağa lüzum yoxdur. Bu da ona “od” vurdu. O da yazdı ki, boynuna ip ölçüm, ay R. Mehdiyev, bəs “Xural” adlı tövlədə dana kimi böyürən Ə. Zeynallıya möhtac qalmısan. Bunu canlı yayımda mənə atdılar ki, Etibar sənə belə yazıb. Əgər Xural TV-yə, mənim ailə olaraq bildiyim yerə sən tövlə deyirsənsə, o zaman sən tövlədə olmusan, sən tövlədə dünyaya gəlmisən, auran da, əhatə dairən də tövlədir. Vəssalam. Bizim qısa macəramız budur”.

Məhkəmə prosesinə ciddi hazırlaşdığını, bunun üçü Elçin Sadıxovu vəkil seçdiyini deyən jurnalist, qarşılıqlı iddia ilə çıxış edəcəyini bildirib:

“Vəkilim Elçin Sadıqov iddia ərizəsi hazırlayıb. Qarşılıqlı iddia ilə çıxış edirik və onu məhkəməyə verəcəyik.

Çünki birinci o məni təhqir edib. Mənsə sadəcə ona cavab vermişəm. İndi bunu bəhanə edib, məni məhkəməyə verir”.

Millət vəkili jurnalisti məhkəməyə verməsinin səbəbləri haqqında danışıb.

E. Əliyevin sözlərinə görə jurnalist ona böhtan atıb:

“Əvəz Zeynallı mütəmadi olaraq haqqımda verilişində nalayiq ifadələr işlədir, böhtan atır. Mən bu şəxslə indiyə kimi süfrə ətrafında bir stəkan su belə içməmişəm. Məni spirtli içki aludəçisi adlandırır. Daha bir hüdudsuz böhtan atır. Guya mən Kooperasiya və Beynəlxalq Universitetlərdə işləyərkən tələbədən rüşvət almışam. Bir məzun, bir tələbə deyə bilməz ki, mən Etibar müəllimə rüşvət vermişəm. Mən Aviasiya Akademiyası və Elmlər Akademiyasında işləmişəm. Dediyi universitetlərin qapısını belə tanımıram. Bilmirəm ki, onu kimsə öyrədir, ya onun öz təxəyyülünün məhsuludur? Mənə deyirlər ki, o şəxs Türkiyədə təhsilini bitirib. Türkiyə təhsilinin yetişdirdiyi şəxs budur? Bu cür absurd böhtanlar insana atmaq olmaz. İstər deputat, istər adi vətəndaş olsun, insanı bu cür təhqir etmək olmaz”.

Millət vəkili jurnalistə qarşı üç iddia ilə məhkəməyə müraciət edib:

“Ciddi şəkildə məni rüşvətdə ittiham edir. Yüksək dövlət məmurunun adını çəkərək, “o filankəsin cibindən çıxan deputatdır” deyir. Bu 2-3 dəfə olsaydı bəlkə keçmək olardı, amma mütəmadi olaraq təhqirlər davam etdirir. Biz Media Haqqında Qanun qəbul etmişik, hüquqi dövlətik. Hərə bir internet TV açıb ağzına gələni danışa bilməz. Ona görə də Xural TV-nin bağlanması tələbini irəli sürmüşəm və hesab edirəm buna nail olacağam. Bu cür televiziyalar ictimai rəyi, seçicini çaşdırır. İkinci tələbim, məndən üzr istəməsidir. Üçüncü tələbim isə 11 min manat maddi təzminatdır. Həmin pulu 3 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evi köçürəcəyəm”.


Xəbər 1150 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +