İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


22.04.2022  22:28 

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib





A+  A-

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

Şuradan XəzərNews.az-a verilən xəbərə görə, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib. Komissiya Abşeron Rayon Masazır Bələdiyyəsindən daxil olmuş şikayəti araşdırıb. Bələdiyyə sədri adından təqdim edilmiş ərizədə bildirilib ki, özünü əvvəlcə müstəqil jurnalist, daha sonra “Dünya TV”nin, həmçinin, “Bakı TV”nin əməkdaşı kimi təqdim edən Nizami Xəzər Hasiloğlu müxtəlif mövzularda qeyri-dəqiq faktlar əsasında şantajedici materialların yayımlanmaması qarşılığında müəyyən maddi ödəniş olunmasını tələb edib. Təklifi rədd edildikdə isə hazırladığı materiallar adını çəkdiyi TV-lərdə deyil, onun özünə məxsus sosial şəbəkə hesablarında paylaşılıb. Bununla da adları qeyd edilən TV-lərin də adından saxtakarlıqla istifadə edib. Komissiya üzvlərinə məlumat verilib ki, Mətbuat Şurasının katibliyi Nizami Xəzərlə əlaqə saxlayaraq məsələni araşdırmaq istəsə də, onun adına olan telefonlar cavab verməyib. Komissiya şikayətçiyə tövsiyə edib ki, məsələni hüquq mühafizə orqanları müstəvisində araşdırsın.



İclasda baxılan ikinci məsələ Bakı şəhəri 179 nömrəli tam orta məktəbin direktoru Bayaz Novruzovanın “Rubrika.az” saytına qarşı şikayəti olub. B.Novruzova məlumat verib ki, MŞ katibliyinə mövzu ilə bağlı bilgi verdikdən sonra, məsələ əvvəlcə MŞ katibliyində araşdırılıb. Bundan sonra “Rubrika.az” saytının rəhbəri onunla əlaqə saxlayıb və narazılıq doğuran materialların saytdan silindiyini bildirib. Buna görə də şikayət verdiyi məsələnin həllini tapdığını düşünür. Komissiya qərar verib ki, qarşılıqlı razılıq əldə edildiyi üçün məsələ qapanmış sayılsın.



Komissiya eyni zamanda “Diaqnoz Tibb Mərkəzi” MMC-nin “Gundelik-Baku.com”, “Xeberaz.az” xəbər saytlarına və “KANAL24online” youtube kanalına qarşı şikayətinə baxıb. “Gundelik-Baku.com” saytının rəhbəri Habil Vəliyev komissiya üzvlərinə məlumat verərək bildirib ki, Tibb Mərkəzində narazılıq doğuran materillar daha öncə digər KİV-lərdə yer alıb. Lakin Tibb Mərkəzi tərəfindən təkzib olunmayıb. Təkzib olmadığı üçün həmin materiallar “Gundelik-Baku.com”da yayımlanıb. Razılıq əldə edilib ki, şikayətçi tərəf mövzu üzrə öz mövqeyini ifadə edən material hazırlayıb təqdim etsin, həmin material yayımlansın.



Bakı şəhər sakini, jurnalist Aybəniz Abdulova Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin təhqiqatçısından şikayət verib. MŞ katibliyi tərəfindən Komissiya üzvlərinə məlumat verilib ki, şikayətin araşdırılması üçün Yasamal Rayon Polis Şöbəsinin istintaq idarəsinə yönləndirilib.



Xəbər 1464 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +