İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


18.04.2022  19:18 

Qəza orucunun hökmləri





A+  A-

Ramazan ayı müddətində oruc tutan müsəlman bacı və qardaşlarımızı bir çox suallar hər zaman düşündürüb. Bu suallara cavablar 1400 ildir sabit qalsa da yenə də insan oğlu nəisə dəqiqləşdirmək, çıxış yolu axtarmaq istəyir. Əlbəttə, onlardan da biri qəza orucunun hökümləridir. İnsan müxtəlif səbəblərdən orucu qəza etdiyi üçün bu qəzanın da sonradan tutulacaq orucunun hökümləri onun üçün maraqlı olub.

Ayətullah Seyid Əli əl-Hüseyni əl-Sistaninin “İzahlı şəriət hökümləri” adlı kitabında bu məsələyə hərtərəfli və aydın şəkildə nöqtə qoyulur, aydınlıq gətirilir. Biz də həmin kitabda qeyd olunanları olduğu kimi - heç bir əlavə şərhə ehtiyac duymadan müsəlman bacı və qardaşlarımızın diqqətinə çatdırırıq:

- Əgər dəli ağıllansa, dəli olduğu vaxtlardakı orucların qəzasını tutması vacib deyil.
Əgər kafir müsəlman olsa, kafir olduğu vaxtlardakı orucların qəzasını tutması vacib deyil. Əgər müsəlman kafir olsa və yenidən müsəlman olsa, kafir olduğu günlərin orucunun qəzası vacibdir.

Sərxoşluq səbəbindən tutulmayan oruc, qəza edilməlidir. (Hətta məstedici olan şey müalicə üçün qəbul olunsa belə.)

Üzrlü olduğu üçün bir neçə gün oruc tuta bilməyən şəxs, sonradan üzrünün nə zaman aradan qalxdığına şəkk edərsə, ehtimal verdiyi çox miqdarın qəzasını etməsi vacib deyildir. Məsələn, Ramazandan qabaq səfərə çıxıb, Ramazanın beşinci günü və ya altıncı günü səfərdən qayıtdığını bilməzsə və ya Ramazanın sonunda səfərə çıxıb, Ramazandan sonra müsafirətdən qayıdarsa, amma Ramazanın iyirmi beşində, yaxud iyirmi altısında səfərə çıxdığını bilməzsə, hərçənd çox miqdarı, yəni altı günü qəza etmək ehtiyat-müstəhəb olsa belə, hər iki təqdirdə ən azı, yəni beş günü qəza edə bilər.

Əgər bir neçə Ramazan ayından qəza orucu qalsa, hansının qəzasını əvvəl tutsa, maneəsi yoxdur. Amma sonuncu Ramazanın qəzasının vaxtı dar olsa, məsələn, sonuncu Ramazan ayından beş gün qəzası qalmış olsa və beş gün də Ramazan ayına qalarsa, daha yaxşısı budur ki, əvvəl sonuncu Ramazanın qəzasını tutsun.

Boynunda bir neçə Ramazan ayı orucunun qəzası vacib olan şəxs tutduğu orucun hansı Ramazan ayının qəzası olduğunu niyyətində müəyyən etməzsə, son ilin Ramazan ayının qəza orucu hesab olunmur ki, təxir kəffarəsi ondan götürülsün.

Ramazan ayı orucunun qəzasını tutan şəxs zöhrdən qabaq orucunu batil edə bilər, amma orucun qəzasının vaxtı dar olsa, daha yaxşı odur ki, batil etməsin.

Daha yaxşı olar ki, meyitin qəza orucunu tutmuş olan şəxs zöhrdən sonra orucunu batil etməsin.

Əgər şəxs xəstəlik, heyz, yaxud nifas səbəbindən Ramazan ayının orucunu tutmasa və tutmadığı orucları qəza edə biləcək bir zaman keçməmişdən əvvəl ölərsə, o orucların qəzası yoxdur.

Əgər şəxs bir xəstəlik üzündən Ramazan orucunu tutmasa və onun xəstəliyi gələn ilin Ramazanına qədər davam etsə, tutmadığı orucların qəzası ona vacib deyil. Gərək hər gününə bir müdd təam, yəni buğda, arpa, çörək və bu kimi şeylər fəqirə versin. Amma başqa bir üzrə görə, məsələn, səfərə çıxdığı üçün oruc tutmasa və onun üzrü gələn orucluğa kimi qalsa, tutmadığı orucları qəza etməlidir. Ehtiyat-vacib budur ki, hər bir gün üçün də fəqirə bir müdd təam versin.

Xəstəlik səbəbindən Ramazan orucunu tutmayan bir şəxsin xəstəliyi Ramazan ayından sonra sağalsa, amma sonra başqa bir üzrün çıxması nəticəsində sonrakı Ramazana qədər qəzasını tuta bilməzsə, tutmadığı orucları qəza etməlidir. Ehtiyat-vacibə əsasən hər gün üçün bir müdd təam da fəqirə verməlidir. Həmçinin əgər Ramazan ayında xəstəlikdən qeyri bir üzrü olsa və Ramazandan sonra o üzr aradan qalxarsa, xəstəlik səbəbindən bu orucların qəzasını gələcək Ramazana qədər tuta bilməzsə, hökm eynidir.
Əgər Ramazan ayında bir üzrə görə oruc tutmasa, Ramazandan sonra üzrü aradan getsə və gələn Ramazana kimi qəsdən qəza orucunu tutmasa, gərək orucunu qəza etsin və hər bir gün üçün də fəqirə bir müdd təam versin.

Əgər orucun qəzasında vaxt dar ikən səhlənkarlıq etsə və vaxt darlığında bir üzr peyda olsa, gərək qəzasını tutsun. Ehtiyat-vacibə əsasən hər bir gün üçün fəqirə bir müdd təam versin. Üzrü aradan gedəndən sonra oruclarını qəza etməyi qərara alan, amma qəza etməzdən qabaq vaxt darlığında üzr peyda olanın da hökmü belədir.
Əgər insanın xəstəliyi bir neçə il davam etsə, sağaldıqdan sonra axırıncı Ramazanın qəzasını tutmalı və əvvəlki illərin hər bir günü üçün fəqirə bir müdd təam verməlidir.
Hər gün üçün fəqirə bir müdd təam verməli olan şəxs bir neçə günün kəffarəsini bir fəqirə verə bilər.

Ramazan orucunu bir neçə il təxirə salsa, gərək qəza etsin. Əvvəlki illərin təxirinə görə hər bir gün üçün fəqirə bir müdd təam verməlidir. Amma sonrakı neçə illərin təxiri üçün ona heç bir şey vacib deyil.

Əgər Ramazan orucunu qəsdən tutmasa, gərək onun qəzasını yerinə yetirsin və hər bir günü üçün iki ay oruc tutsun ya altmış fəqirə təam versin, yaxud bir qul azad etsin. Əgər gələn Ramazana kimi o orucun qəzasını yerinə yetirməsə, ehtiyat-lazıma əsasən hər gün üçün bir müdd təam kəffarə fəqirə verməlidir.

Əgər Ramazan orucunu qəsdən tutmasa və gündə neçə dəfə cima, ya istimna etsə, kəffarə təkrar olunmayacaq. Həmçinin əgər orucu batil edən digər işlərdən bir neçə dəfə görsə, məsələn, bir neçə dəfə xörək yesə, bir kəffarə kifayətdir.

Ata vəfat edəndən sonra ən böyük oğul, gərək ehtiyat-lazıma əsasən onun qəza orucunu, namaz hökmündə (1370-ci məsələdə) deyilən qayda ilə yerinə yetirsin. Əgər vərəsələr razı olsa, hətta ölən şəxsin malından olsa belə, hər gün üçün bir müdd (750 qram) təam fəqirə versin.

Əgər ata Ramazan orucundan başqa digər vacib orucu tutmasa, yaxud əcir olub tutmasa, onun qəzası böyük oğula lazım deyildir.

Rəmzi Niftiyev

Xəbər 3539 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +