Sabah 41 dərəcə isti olacaq
“KFC” müştərilərə yararsız toyuq ətindən hazırlanmış məhsul verir?
Avtobus sürücüsü sükan arxasında siqaret çəkdi
Gömrük Komitəsində otağı su basdı
Qızlarına qarşı əxlaqsızlıq edən ataya AĞIR CƏZA
Müəllimlər etiraza qalxdı - Həmkarlar İttifaqından kütləvi narazılıq
Maşın skuter sürən azyaşlını vurub öldürdü
Bacısını döyən yeznəsini baltaladı
“Sədərək”də yanğın oldu
Məsud Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi


13.04.2022  12:08 

Xəyanətin sonu...





A+  A-

Bu adam öz xalqına qarşı xəyanətkarlıq etməyin, öz ölkəsinin maraqlarını yad ölkənin maraqlarına qurban verməyin, bir sözlə, "5-ci kolon"çuluğun bariz nümunəsi sayılırdı.

Ukraynanın “Həyat uğrunda Müxalifət Platformu” partiyasının rəsmisi, deputat Viktor Medvedçukun rusiyayönümlü olması heç kəsdə şübhə doğurmurdu. Medvedçuk Rusiya prezidenti Vladimir Putinin ən yaxın adamlarından biri hesab olunur və ondan həm təlimat, həm də dəstək alırdı.

Dünən bu adam Ukraynanın Təhlükəsizlik Xidmətinin (SBU) keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanıldı. Bu, Putin üçün ağır psixoloji-siyasi zərbədir.

Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında məlumat yayaraq ruspərəst siyasətçi-oliqarx Viktor Medvedçukun əsir götürülən ukraynalı hərbçilərlə dəyişdirilməsini təklif etdi.

Zelenski bu təklifini olduqca maraqlı sözlərlə ifadə edərək Medvedçukun Ukrayna xalqının deyil, Kremlin "oğlu" olduğunu vurğulayıb:

“Mən təklif edirəm ki, Rusiya Federasiyası “öz oğlunu” hazırda Rusiya əsirliyində olan oğlan və qızlarımızla dəyişdirsin. Hüquq-mühafizə orqanlarımızın və ordumuzun bu ehtimalı nəzərə alması vacibdir”.

Bununla bərabər Ukrayna lideri həmçinin Rusiyaya xəbərdarlıq edərək, Ukrayna silahlı qüvvələrinin bundan sonra daha çox rus əsgərini əsir götürəcəyini də bəyan etdi:

"Biz bütün bu vəhşilər haqqında tam həqiqəti müəyyənləşdirəcəyik. Nə qədər vaxt və səy tələb etsə də, biz onların hamısını tapacağıq. Medvedçuk sizin üçün nümunə olsun".

Bu çox ciddi xəbərdarlıqdır. Zatən Rusiya hərbçilərinin əsir düşmə halları onsuz da çox idi. Ruslar kütləvi şəkildə əsir götürülürlər. İndi isə növbə rusiyapərəst satqınlara çatıb.

Medvedçukun ələ keçirilməsi Ukraynadakı rusiyapərəst qüvvələrin belini qıracaq.
SBU-nun müharibə şəraitində daxildəki satqınları, "5-ci kolon"çuları təmizləməsi təqdirəlayiq addımdır. Bu, müharibənin nəticələrinə də müsbət təsirini göstərəcək.

Ümumiyyətlə, Medvedçukun aqibəti bütün satqınlara dərs olmalıdır!

Vətənə xəyanətin sonu qandalla bitir!

B.Mirzəyev

Xəbər 3489 dəfə oxunub.




31.07.2025  12:17 

Sabah 41 dərəcə isti olacaq

30.07.2025  18:20 

“Sədərək”də yanğın oldu

30.07.2025  16:42 

Masazırda yol çökdü

30.07.2025  15:53 

Prezident 10,5 milyon manat ayırdı


BÜTÜN XƏBƏRLƏR +