Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


13.04.2022  11:57 

Kənarda GÜNAHKAR axtaran TOPLUM...





A+  A-

Hərdən düşünürəm ki, niyə mənimki, məsələn, bəzi bölgələrin adamlarıyla tutur, bəziləriylə tutmur. Yadıma salanda görürəm ki, məsələn, əsasən, naxçıvanlılar, zəngilanlılar, cəbrayıllılarla elə bir problemim olmayıb, hətta yaxşı münasibətlərim olub. Düşünürəm ki, bəlkə bu, Araz boyunda yaşamaq, Araz suyu içməklə bağlıdır? Ancaq sonra onu da fikirləşirəm ki, öz yerlilərim arasında da xoşuma gəlməyən xeyli adam var, hamısı da Araz suyu içib...

Mənə elə gəlir ki, millət, xalq olaraq qüsurumuz çox, keyfiyyətimiz aşağıdır. Ona görə də, bilmirik kimi günahlandıraq. Biri bütün günahı naxçıvanlılarda, o biri ermənistanlılarda, üçüncüsü qarabağlılarda, dördüncüsü şirvanlılarda, beşincisi bakılılarda axtarır. Axırda da çıxış yolu olaraq malalamaq yolunu tutur və deyirik ki, hər yerin pisi də var, yaxşısı da...

Əlbəttə, bu, doğru təsbitdir. Ancaq bizdə "hər yerin pisi çox, yaxşısı olduqca azdır" demək daha düzgün olardı.

İki gündür səhiyyədəki bərbad durumdan yazıram. Bunun qlobal problem olduğunu qeyd edirəm. Ancaq Azərbaycanda vəziyyətin daha pis olduğu barədə rəylər oxuyuram. Razıyam. Bizdə vəziyyət hətta bəyənmədiyimiz, sevmədiyimiz qonşularımızdan da betərdir. Rusiyadan, Türkiyədən, İrandan, Gürcüstandan, bəlkə də hələ Ermənistandan da. Bizim ictimai rəydə "fars, rus, erməni, bunlar türkün düşməni" şüarı yayğındır. Onlar düşməndirsə, deməli pisdirlər. Mən razı.

Belə olduğu halda niyə bizim səhiyyə sistemimiz onlarınkından daha pisdir.

Niyə azərbaycanlı həkimlər daha vicdansız, daha əliəyri, daha acgöz, daha rüşvətxor, daha çox nökər xislətlidir?

Niyə öz işlərinə namusla yanaşmır, insanların həyatı, taleyi ilə oynayırlar?

Niyə diaqnozları elmi dəlillərə əsaslanaraq yox, kiminsə tapşırıqlarına görə qoyurlar.

Niyə vətəndaş faktiki xəstəliyini kimlərəsə sübut etmək üçün külli miqdarda rüşvət ödəməlidir?

Axı bunları edənlərin hamısı azərbaycanlılardır. Şükür Allaha, bütün rusları, erməniləri, gürcüləri ölkəmizdən çıxarmışıq. Bir az yəhudi qalıb, bir az da Qarabağ ermənisi. İnşallah, yaxında onları da qovarıq gedərlər...

Yaxşı, bəs sonra?

Məgər bizi yaxşı adam, vicdanlı həkim, müəllim, polis, hakim, müstəntiq, gömrükçü və s. olmağa qoymayan rus, fars, erməni, gürcüdür?..

Məgər bizi qorxaq, yaltaq, əliəyri, yalançı, saxtakar edən başqalarıdır?

Əgər yaxşı millətiksə, niyə kimin bir balaca imkanı olur, həkim, müayinə, müalicə üçün dərhal xaricə qaçır? Varlılar Amerika və Avropaya, nisbətən kasıblar da Rusiyaya, Türkiyəyə, İrana, Gürcüstana. Sizi inandırım ki, konflikt olmasa, Ermənistana gedən də az olmaz. Mənim də imkanım olsa, burda heç iynə də vurdurmaram. Çünki millətimizə zərrə qədər inamım qalmayıb.

Məncə, biz düşməni kənarda, orda-burda yox, öz içimizdə, milli xarakterimizdə, mentalitetimizdə axtarmalıyıq.

Bəzən deyirik ki, bizim millətin də yaxşı xüsusiyyətləri var. Nəymiş əcəba?

Qonaqpərvərik! Böyüyə hörmət edirik və s.

Qardaş, qonaqpərvərlik təkcə kiməsə özünü göstərmək üçün onun qarşısına büllur stəkanda çay qoymaq deyil e. Qonağı həm də sevmək lazımdır. Bizdə isə heç kəs bir-birini sevmir. Məsəlimiz də var: "Qonaq qonaq sevməz, ev yiyəsi hər ikisini". Deməli, qonaqpərvərliyimiz də saxtadır. Böyüyə hörmət təkcə avtobusda yerini kiməsə vermək deyil e, bu bizdə sadəcə şərti refleksə çevrilib. Bizdə nəinki böyüyə, heç bir insana hörmət yoxdur. Böyüyə hörmət olunan yerdə ağsaqqal, ağbirçək insanlara onların pensiyasının 3-4 qatı dəyərində saxta resept, firma dərmanları yazılarmı?! Böyüyə hörmət olunan yerdə insanların qazı, işığı kəsilərmi? Bəlkə əvvəlcə onların bu pulu haradan ödəməli olduğu müəyyən edilməlidir?!.

Nadir Qocabəyli

Xəbər 1865 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +