İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


12.04.2022  11:51 

PUTİNİN və QƏRBİN “A”, “B” PLANLARI





A+  A-

Rusiyanın Ukrayna müharibəsində “A” və “B” planlarının olduğu məlum idi. Bu günlərdə Rusiya Prezidenti Vladimir Putin bu məlumatı, faktiki olaraq, təsdiq edib. Təhlükəsizlik Şurasının iclasına video-formatda qatılan Prezident çıxışının yarısını Rusiya – Ukrayna danışıqlarına həsr edib. Amma Rusiya silahlı qüvvələrinin Ukraynada həyata keçirdiyi “xüsusi əməliyyat”ın gedişindən razı qalmadığını bəyan edib. Cənab Putin qeyd edib ki, “xüsusi əməliyyat” nəzərdə tutulan vaxtda maksimum nəticələr (“A” planı – Q.A) verməsə də, onların müəyyən müsbət nəticələri (“B” planı – Q.A) var və davamlı olacaqdır. O, həmçinin vurğulayıb ki, bu cür davam edərsə daha radikal addımlar atacaq, sərt tədbirlər görməli olacaq.

Vladimir Putin məlum olduğu kimi, sərt şiyasətçidir və sözü havaya atmağı sevmir. Artıq Rusiyanın Ukraynadakı silahlı qüvvələrinin komandanı vəzifəsindən azad edilib və onun yerinə general Aleksandr Dvornikov təyin edilib. Qeyd edək ki, general Dvornikov Rusiya Silahlı qüvvələri Baş Ştabının rəisi general Valeri Gerasimovun təqdimatı ilə bu vəzifəyə gətirilib. Hər iki general Rusiyanın Suriyadakı “xüsusi əməliyyatları”na rəhbərlik edib, hər ikisi Krımın işğalında (2014) xüsusi fərqlənib və hər ikisi Rusiyanın Milli qəhrəmanıdır (2016). General Valeri Gerasimov həm də Rusiyanın müdafiə naziri Sergey Şoyqunun 1-ci müavinidir və onun təqdimatı ilə bu yüksək vəzifəyə gətirilib. Göründüyü kimi, Vladimir Putin yaxşı tanıdığı generalları və Milli qəhrəmanları Ukraynaya göndərir. Deyəsən, Rusiya – Ukrayna müharibəsində böyük hadisələr gözlənilir...

Və keçək mətləbə - “A” və “B” planlarına. Düşünürəm ki, “A” planı dedikdə cənab Putin tez bir zamanda Kiyevi işğal etmək, ona tabeçilik göstərməyən, Qərbə meyillənən Vladimir Zelenski hakimiyyətini devirmək və onun yerinə özünə loyal olan bir adam gətirmək istəyirdi. Bundan sonra Ukraynanın NATO və AB arzularına son qoyulacaqdı, Repinin məşhur tablosunda olduğu kimi “itmiş oğul” doğma evinə qayıdacaqdı. Bu “xidmət”in müqabilində, şimalda Xarkov və cənubda Xerson, Donetsk və Luqansk da daxil olmaqla, bütün Donbas iqtisadi regionu Ukraynadan alınacaqdı bə Rusiyanın inzibati ərazisinə “qaytarılacaqdı”. Bu zaman Ukraynanın Azov dənizinə çıxışı tam bağlanacaqdı və Rusiyanın Krım yarımadasına quru yolu açılacaqdı. Amma cənab Putinin də işarə etdiyi kimi, “A” planı baş tutmadı və “B” planı qaçılmaz oldu...

Təbii ki, Putin – Lavrov – Şoyqu üçlüyünün, Ukraynada maksimum plan baş tutmazsa, minimum planı da vardı. Onlar Ukraynanın Rusiyaya bu dərəcədə müqavimət göstərəcəyini və Qərbin Ukraynaya bu səviyyədə dəstək verəcəyini, hətta Rusiyanın neft-qazından imtina edəcəyini təbii ki, gözləmirdilər. Amma təcrübəli siyasətçilər kimi, müəyyən “fors-major” hallarını nəzərə almaqla, “B” planı hazırlamışdılar. Bu plan Rusiya – Ukrayna sülh danışıqlarını aktivləşdirməyi, eyni zamanda Kiyev ətrafından silahlı qüvvələri geri çəkməyi, Donetsk və Luqansk ətrafında cəmləşdirməyi nəzərdə tuturdu. Yeri gəlmişkən, hazırda bu proseslər gedir...

Düşünürəm ki, Rusiya – Ukrayna müharibəsində hazırkı nisbi sabitlik dənizdə fırtınadan əvvəlki sakitliyi xatırladır. Obrazlı desək, Rusiya ayısı sadəcə olaraq, dincini alır və yaralarını yalayır. Hərbi terminlə ifadə etsək, Rusiyanın Ukraynadakı silahlı qüvvələri komplektləşdirilir, Suriyada döyüş təcrübəsi keçmiş hərbi hissələr və hərbçilər bura gətirilir. Həlledici döyüşlər irəlidədir və hesab edirəm ki, cənubda Xerson və şimalda Xarkov istiqamətlərində baş verəcəkdir. Vladimir Putin adaşı Zelenskini devirməyi müvəqqəti təxirə salsa da, böyük metallurgiya kombinatları və daşkömür yataqları ilə məşhur olan Donbas iqtisadi regionunu işğal etmək və Rusiyanın inzibati ərazisinə daxil etmək planından əl çəkməyib. Ukraynanln zəngin və qiymətli balıq ehtiyatları olan Azov dənizinə çıxışı bağlanmalı, Rusiyanın Krım yarımadasına quru yolu açılmalıdır. Cənab Putinin “B” planının mahiyyəti bundan ibarətdir.

Təbii ki, Qərb cütlüyünün (ABŞ və Avropa) də Rusiya üçlüyünə qarşı “A” və “B” planları var. Qərb artıq “A” planında istifadə edib, Rusiyaya qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq edib, Ukraynaya yüksək səviyyədə, hər cür maddi və hərbi yardımlar göstərib, amma bu plan faktiki olaraq, real nəticə verməyib. Rusiya – Ukrayna müharibəsi davam edir, şəhərlər, kəndlər dağılır, günahsız insanlar qırılır. Düşünürəm ki, Qərb də Rusiya kimi, gözləmə mövqeyindədir və “B” planından istifadə edəcəkdir. Bu plan özündə ancaq NATO-nun Rusiya – Ukrayna müharibəsinə birbaşa müdaxiləsini və bütün dünyanın Rusiya neft-qazından imtinasını ehtiva edə bilərdi. Amma Rusiya böyük nüvə dövlətidir və hazırda Qərbə qarşı nüvə zərbəsi endirmək üçün bir bəhanə gəzir. Rusiya rəhbərlyi bunu qətiyyən gizlətmir və mərhum Jirinovskinin könüllü xələfi olan məlum Medvedevin dili ilə bəyan edir.

ABŞ və Avropa da haqlı olaraq, Rusiyaya belə bir bəhanə vermək, müharibəyə birbaşa müdaxilə etmək və dünyaya nüvə fəlakəti gətirmək istəmir. Odur ki, hazırda dünyanın üçdən ikisi (Çin, Hindistan və İran istisna olmaqla) Rusiya neft və qazından imtina məxrəcinə gəlir. Bu, isə, cənab Putinin və onun “dostları”nın neft və qaz iynəsinə oturduğu Rusiya iqtisadiyyatının məhvi deməkdir. Bir sözlə, Rusiyada iqtisadi-siyasi fəlakət vaxt söhbətidir, heç il də yox, yalnız ay söhbətidir...

Qalib ARİF

Xəbər 1409 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +