Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb
“Çin Azərbaycanın mühüm ticarət tərəfdaşıdır“


10.04.2022  21:26 

Oruc tutana məkruh olan əməllər





A+  A-

Bir neçə şey oruc tutan üçün məkruhdur. Bunlar aşağıdakılardır:

1. Gözə dərman tökmək, sürmə çəkmək (əgər dadı, iyi boğaza çatarsa).
2. Zəifliyə səbəb olan iş görmək (qan almaq, hamama getmək kimi).
3. Buruna dərman tökmək, əgər boğazına çatmasını bilməsə; və əgər boğaza çatacağını bilsə, icazəli deyildir.
4. Ətirli bitkiləri iyləmək.
5. Qadının suda oturması.
6. Fitil işlətmək.
7. Bədəndəki paltarı islatmaq.
8. Diş çəkdirmək və ağızdan qan gəlməyə səbəb olan hər hansı bir işi görmək.
9. Yaş çöplə dişləri təmizləmək.
10. Lüzumsuz olaraq ağıza su, ya bu kimi maye almaq.


Həmçinin məkruhdur ki, insan məni gəlməsi məqsədi olmadan öz arvadını öpsün, ya şəhvətini qaldıran hər hansı bir iş görsün.

Qəza və kəffarə vacib olan yerlər

Əgər bir şəxs Ramazan ayı orucunu yemək, içmək, cima, istimna və ya (sübh azanına qədər) cünub qalması ilə batil edərsə, bunu öz ixtiyarı və iradəsi ilə qəsdən edib məcburiyyət və çarəsizlik üzündən olmasa, qəzadan əlavə kəffarə də ona vacib olur.
Ehtiyat-müstəhəb budur ki, bu söylənənlərdən qeyrisi ilə batil edərsə, qəzadan əlavə olaraq kəffarə də verməlidir.

Əgər bir şəxs bu söylənənlərdən birini, onun orucu pozmadığına qəti olaraq etiqadı olduğu halda edərsə, ona kəffarə vacib olmaz. Həmçinin həddi-büluğun əvvəllərində olan uşaqlar kimi, orucun onlara vacib olduğunu bilməyənlərin də hökmü eynidir.

Orucun kəffarəsi

Ramazan ayında orucu yediyinə görə kəffarəsi boynuna vacib olan şəxs, ya bir qul azad etməli və ya sonrakı məsələdə söylənəcək göstərişə əsasən, iki ay oruc tutmalı, yaxud altmış fəqiri doyuzdurmalı, ya da hər birisinə bir müdd (təqribən 750 qram) təam, yəni buğda, arpa, çörək və bu kimi şey verməlidir. Əgər bunlar onun üçün mümkün olmasa, mümkün olduğu qədər sədəqə verməli, bu da mümkün olmasa, istiğfar etməlidir.
Amma ehtiyat-vacibə əsasən hər vaxt imkanı olsa, kəffarəni ödəməlidir.

Ramazan ayının iki ay kəffarəsini tutmaq istəyən şəxs gərək bir ayı bütün və sonrakı ayın bir gününü ardıcıl tutsun. Əgər onun davamı ardıcıl olmasa, eybi yoxdur.

İki ay Ramazan ayının kəffarəsini tutmaq istəyən bir şəxs, ardıcıl tutmalı olduğu otuz bir günün ərzində Qurban bayramı kimi, oruc tutulması haram olan bir günün olacağı zamanda kəffarə orucunu tutmağa başlamamalıdır.

Ardıcıl olaraq oruc tutmalı olan bir şəxs onların arasında üzrsüz olaraq bir gün oruc tutmazsa, orucları yenidən ardıcıl tutmalıdır.

Əgər ardıcıl olaraq oruc tutmalı olduğu günlər arasında heyz, nifas və ya məcburi səfərə çıxmaq kimi qeyri-ixtiyari bir üzrlə qarşılaşarsa, o üzrün aradan qalxmasından sonra orucları yenidən tutması vacib deyil. Üzrün aradan qalxmasından sonra orucların qalanını yerinə yetirər.

Əgər orucunu haram şeylə batil edibsə, istər o şey şərab və zina kimi əslində (zatən) haram olsun, istərsə də insana külli zərər yetirən halal xörəyi yemək və ya öz əyalı ilə heyz halında yaxınlıq etmək kimi müəyyən bir səbəb üzündən haram olsun, bir kəffarə kifayətdir. Amma ehtiyat-müstəhəb budur ki, cəm kəffarəsi versin. Yəni bir qul azad etsin, iki ay oruc tutsun və altmış fəqiri doydursun. Yaxud onların hər birinə bir müdd miqdarında buğda, arpa, çörək və bu kimi şeylər versin. Əgər hər üçü ona mümkün olmasa, onların hər hansı biri mümkündürsə, onu da yerinə yetirsin.

Əgər oruc tutan Allaha və Peyğəmbərə (s) qəsdən yalan nisbət versə kəffarəsi yoxdur, amma ehtiyat-müstəhəb budur ki, kəffarə versin.

Əgər oruc tutan Ramazan ayının bir günündə bir neçə dəfə yeyib içə və ya cima, yaxud istimna etsə, onların hamısı üçün bir kəffarə vacibdir.

Əgər oruc tutan cima və istimnadan başqa, orucu batil edən işlərdən birini görsə, sonra isə öz halalı ilə yaxınlıq etsə, hər ikisi üçün bir kəffarə kifayətdir.

Əgər oruc tutan orucu batil edən halal işlərdən birini görsə, məsələn su içə və sonra orucu batil edən haram bir işi görsə, məsələn, haram yemək yesə, (hər ikisi üçün) bir kəffarə kifayətdir.

Əgər oruc tutan şəxs gəyirmək vasitəsilə ağzına gələn bir şeyi qəsdən udarsa, ehtiyat-vacibə görə orucu batil olur. Onun qəzasını tutacağı kimi, kəffarə də ona vacib olur. Əgər o şey yeyilməsi haram olan bir şeydirsə, məsələn, gəyirdiyi zaman ağzına qan və ya yemək halından çıxmış bir yemək maddəsi gələrsə və onu udarsa, yaxşı olar ki, cəm kəffarəsi versin.

Müəyyən bir gündə oruc olacağını nəzir etsə, əgər o günün orucunu qəsdən batil etsə, gərək kəffarə versin. Bu kəffarə nəzrin pozması kəffarəsində izah olunacaq.
Əgər oruc tutan sözünə əmin olmadığı bir şəxsin «iftar oldu» deməsi ilə orucunu yeyərsə, sonra da iftar olmadığını bilərsə və ya iftar olub-olmadığında şəkk edərsə, qəza və kəffarə ona vacib olur. Əgər onun sözünün höccət olmasına etiqadı varmışsa yalnız qəza etməsi lazımdır.

Qəsdən orucunu batil edən şəxs, zöhrdən sonra səfərə çıxsa, yaxud kəffarədən boyun qaçırmaq üçün zöhrdən əvvəl səfərə çıxsa, onun boynundan kəffarə götürülmür, hətta əgər günortadan əvvəl bir müsafirət onun qarşısına çıxsa, ona kəffarə yenə də vacibdir.

Oruc tutan şəxs qəsdən orucunu pozduqdan sonra heyz, nifas və ya xəstəlik kimi bir üzrlə qarşılaşarsa, ehtiyat-müstəhəb budur ki, kəffarə versin, xüsüsilə dərman vasitəsilə heyz, yaxud xəstəliyi icad etmiş olarsa.

Əgər Ramazan ayının birinci günü olduğunu yəqin edib qəsdən orucunu batil etsə, sonra Şəbanın son günü olması məlum olsa, ona kəffarə vacib deyildir.

Əgər insan Ramazanın son günü və ya Şəvval ayının əvvəl günü olduğunda şəkk etdiyi halda, qəsdən orucunu pozarsa, sonradan Şəvvalın əvvəl günü olduğu məlum olarsa, ona kəffarə vacib deyil.

Oruc tutan şəxs Ramazan ayında oruc olan xanımı ilə cima edərsə, əgər xanımını bu işə məcbur etmişdirsə, həm özünün kəffarəsini, həm də ehtiyata əsasən xanımının kəffarəsini verməlidir. Əgər xanımı cimaya razı olmuşdursa, hər birinə bir kəffarə vacib olur.

Əgər bir qadın oruc tutan ərini özü ilə cimaya məcbur etsə, ərinin orucunun kəffarəsini vermək ona vacib deyil.

Əgər oruc tutan Ramazan ayında öz arvadını cimaya məcbur etsə və cimanın arasında arvadı razı olsa, hər birinə bir kəffarə vacib olur. Ehtiyat-müstəhəb budur ki, kişi iki kəffarə versin.

Əgər oruc tutan Mübarək Ramazan ayında oruc tutmuş və yatmış arvadı ilə cima etsə, bir kəffarə ona vacibdir və arvadın orucu səhihdir, kəffarə də ona vacib deyil.

Əgər kişi öz arvadını, yaxud arvad öz kişisini cimadan başqa orucu batil edən işlərdən birini görməyə məcbur etsə, onların heç birinə kəffarə vacib deyildir.

Səfər, yaxud xəstəlik səbəbi ilə oruc tutmayan şəxs, öz oruc tutmuş arvadını cimaya vadar edə bilməz. Amma onu məcbur etsə, kişiyə kəffarə vacib deyil.

İnsan kəffarəni verməkdə səhlənkarlıq etməməlidir. Amma onu dərhal verməsi lazım deyil.

Əgər bir şəxsə kəffarə vacib olsa və bir neçə il onu verməsə, üstünə bir şey əlavə olunmur.

Bir günün kəffarəsi üçün altmış fəqirə təam verməli olan şəxs altmış fəqirin hamısını tapmağa imkanı olarsa, onların sayını azaldıb həmin qədər kəffarəni onlara verə bilməz, məsələn, otuz fəqirin hər birinə iki müdd təam verərək buna kifayət edə bilməz. Lakin fəqirin hər bir əhli-əyalı üçün, səğir (kiçik) olsalar da, bir müdd təam o fəqirə verə bilər.

Fəqir şəxs də ailənin vəkaləti və ya onlara (səğir olsa) vilayət (qəyyumluq) haqqına əsasən qəbul edə bilər. Əgər altmış nəfər fəqir tapa bilməsə, məsələn, əgər təkcə otuz nəfər fəqir tapsa, hər birinə iki müdd təam verə bilər. Amma ehtiyat-vacibə görə hər vaxt imkanı olsa, digər otuz fəqirin də hər birinə bir müdd təam versin.

Ramazan ayının orucunun qəzasını tutan şəxs zöhrdən sonra qəsdən orucu batil edən işlərdən birini görsə, gərək on fəqirin hər birinə bir müdd təam versin və əgər verə bilməsə, üç gün oruc tutsun...

Mənbə:
Ayətullah Seyid Əli əl-Hüseyni əl-Sistani
“İzahlı şəriət hökümləri” adlı kitabı


Xəbər 3394 dəfə oxunub.




28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq

28.03.2024  09:03 

Peruda zəlzələ olub

28.03.2024  01:25 

Oleq Babuyev vəfat edib

28.03.2024  00:05 

Namiq Abbasov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +