“KFC” müştərilərə yararsız toyuq ətindən hazırlanmış məhsul verir?
Avtobus sürücüsü sükan arxasında siqaret çəkdi
Gömrük Komitəsində otağı su basdı
Qızlarına qarşı əxlaqsızlıq edən ataya AĞIR CƏZA
Müəllimlər etiraza qalxdı - Həmkarlar İttifaqından kütləvi narazılıq
Maşın skuter sürən azyaşlını vurub öldürdü
Bacısını döyən yeznəsini baltaladı
“Sədərək”də yanğın oldu
Məsud Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi
Masazırda yol çökdü


08.04.2022  11:03 

Evi yanan qaziyə kömək edən yoxdur - Fotolar





A+  A-

Qəbələdə Vətən müharibəsi qazisi Xalis Əliyevin evi yanıb. Şəhərin Əhmədağa Bağırov küçəsində yerləşən evdə gecə saatlarında baş verən yanğın nəticəsində üçotaqlı ev əşyaları ilə birgə külə dönüb.

XəzərNews.az xəbər verir ki, qazinin qardaşı Hafiz Əliyevin “Qafqazinfo”ya bildirdiyinə görə, yeni ev inşa etdirmək ailənin imkanları xaricindədir:

“Qəbələ Rayon İcra Hakimiyyətinə müraciət etdik. Sağ olsunlar, bizi boş göndərmədilər, 500 manat verdilər. Amma bu məbləğlə problemi həll etmək mümkün deyil. Mən özüm telefon ustasıyam, 1400 manatlıq telefon təmiri aparatlarım da yanıb sıradan çıxıb. Bu səbəbdən işləyə də bilmirəm. Ev tikmək üçün heç bir vəsaitimiz, kənar yerdə torpağımız yoxdur”.




Həmçinin oxuyun: “Atlant”ın rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu

H. Əliyevin sözlərinə görə, beş nəfərdən ibarət ailə müvəqqəti olaraq qohumlarının evində məskunlaşıb.

Problemlə bağlı Qəbələ Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan saytımıza bildirildi ki, qazinin ev məsələsi ilə bağlı ona köməklik olunacaq:

“İcra Hakimiyyətinin müvafiq şöbəsinin əməkdaşları, bələdiyyə sədri, icra nümayəndəsi qazinin ailəsi ilə görüşüblər. İcra başçısı qazinin ev məsələsinin həll edilməsi üçün tapşırıq verib. Bu məsələ müəyyən sahibkarlara yönəldiləcək, biz hazırda bu məsələ ilə məşğuluq. Qaziyə ilkin olaraq maddi vəsait ödənib ki, vəziyyətdən çıxsın. Tapşırığa uyğun olaraq, qazinin ev problemi həll olunacaq”.



Qeyd edək ki, Vətən müharibəsi iştirakçısı olan Xalis Əliyev Prezident İlham Əliyevin sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif olunub.



Xəbər 3440 dəfə oxunub.




30.07.2025  18:20 

“Sədərək”də yanğın oldu

30.07.2025  16:42 

Masazırda yol çökdü

30.07.2025  15:53 

Prezident 10,5 milyon manat ayırdı


BÜTÜN XƏBƏRLƏR +