Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


07.04.2022  15:03 

Milyonlarla borcu olan iş adamı həbs olundu





A+  A-

Ötən ilin may ayında Bakıda oğlu intihar edən sahibkar həbs edilib.

XəzərNews.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, MİR avtosalonun sahibi Məhərrəm Əhədov Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə həbs olunub.

M.Əhədov barəsində artıq aprel ayının 5-də 3 ay müddətinə Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, külli miqdarda vergidən yayınma və dələduzluqda ittiham edilir.

Məhərrəm Əhədovun biznes ortaqlarına milyonlarla borcu olduğu üzə çıxıb.
M.Əhədov Bakıda və bir sıra yerlərdə özünə və ailəsinə məxsus şəxsi mülkləri, biznes obyektlərini satsa da, öhdəliyində olan borcları tam ödəyə bilməyib.

Xatırladaq ki, ötən ilin may ayında Məhərrəm Əhədovun oğlu 1995-ci il təvəllüdlü Mirvəfayıl Əhədzadə yaşadığı binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. Mirvəfayılın da özünü külli miqdarda borca görə öldürdüyü deyilib.

Xəbər 1752 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +