“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


07.04.2022  14:07 

ORUCUN HÖKMLƏRİ – Niyyət





A+  A-

Oruc insanın Allah-taalaya bəndəçilik edib Onun əmrini yerinə yetirmək məqsədilə sübh azanından məğrib azanına qədər səkkiz əməldən çəkinməsidir.

İnsanın orucun niyyətini qəlbindən keçirməsi və ya məsələn, “sabah oruc tutacağam” deyərək niyyət etməsi şərt deyildir. Sadəcə olaraq Allah-Təalaya bəndəçilik və Onun əmrinə itaət etmək üçün sübh azanından məğrib azanına qədər orucu pozan əməllərdən özünü qoruma qərarında olması kifayətdir. Bu müddət ərzində oruc olduğuna yəqin etmək üçün gərək sübh azanından bir az qabaq və məğrib azanından bir az sonraya qədər orucu batil edən işlərdən özünü saxlasın.

İnsan Ramazan ayının hər gecəsində sabahkı orucunu niyyət edə bilər.

Ramazan ayı orucunun ən son niyyət vaxtı anlayan şəxs üçün sübh azanı vaxtıdır. Yəni ehtiyat-vacibə görə hər nə qədər öz niyyətindən xəbərdar olmasa belə, sübh azanından qabaq batil edən işlərdən çəkinməklə yanaşı, oruca niyyət etmiş olmalıdır.

Orucu batil edən işləri görməyən şəxs, məğrib azanına az bir vaxt qalmış olsa belə, günün hər hansı vaxtında müstəhəb bir oruc niyyət edərsə orucu səhihdir.

Ramazan ayı orucunda və həmçinin müəyyən bir zamanı olan vacib orucda sübh azanından qabaq oruc üçün niyyət etmədən yatan bir şəxs əgər zöhrdən qabaq oyanıb niyyət edərsə orucu səhihdir. Amma zöhrdən sonra oyanarsa, ehtiyata əsasən “mütləq qürbət” niyyəti ilə günün qalanını orucu batil edən şeylərdən çəkinməli və o günün orucunu da qəza etməlidir.

Qəza və ya kəffarə orucu tutmaq istəyən şəxs onu niyyətində müəyyən etməlidir.
Məsələn, “qəza orucu və ya kəffarə orucunu tuturam” deyə niyyət etməlidir. Amma Ramazan ayında “Ramazan ayının orucunu tuturam” deyə niyyət etməsi lazım deyildir. Hətta Ramazan ayı olduğunu bilməsə və ya unudub başqa bir oruc niyyəti edərsə, onun orucu Ramazan ayının orucundan hesab edilir. Nəzir və bu kimi oruclarda nəzir qəsdi etmək lazım deyil.

Əgər Ramazan ayının olduğunu bilsə və qəsdən Ramazan ayından qeyri bir orucun niyyətini etsə, qəsd etdiyi oruc hesaba alınmır və həmçinin Ramazan ayının orucu kimi də sayılmır. Əgər o qəsd qürbət (yəni Allaha yaxınlaşmaq) qəsdi ilə zidd olsa, hətta ziddiyyətli olmasa da, ehtiyata əsasən Ramazan ayının orucundan hesab olunmur.

Əgər ayın birinci gününün niyyəti ilə oruc tutsa, sonra ayın ikinci, yaxud üçüncü günü olduğunu başa düşsə orucu səhihdir.

Əgər sübh azanından əvvəl niyyət edib bihuş olsa və gün ərzində ayılsa, ehtiyat-vacibə əsasən o günün orucunu tamamlamalıdır. Əgər tamam etməsə, onun qəzasını yerinə yetirməlidir.

Əgər sübh azanından qabaq niyyət edib sonra məst ola və həmin gün ərzində ayılarsa, vacib-ehtiyata əsasən o günün orucunu tamamlamalı və onun qəzasını da yerinə yetirməlidir.

Əgər sübh azanından əvvəl niyyət edib yatsa və məğribdən sonra ayılsa orucu səhihdir.

Ramazan ayı olduğunu bilməsə və ya unudarsa, belə ki, zöhrdən qabaq Ramazan ayı olduğunu bilərsə, əgər orucu batil edən bir iş görübsə orucu batildir. Amma məğrib azanına qədər orucu batil edən işlərdən çəkinməli və Ramazandan sonra da o günün orucunu qəza etməlidir. Ehtiyat-vacibə əsasən, əgər zöhrdən sonra da Ramazan olduğunu anlayarsa, rəcaən oruc niyyəti etməli və Ramazandan sonra qəzasını yerinə yetirməlidir. Amma zöhrdən əvvəl başa düşsə və orucu batil edən bir iş görməsə, gərək oruc niyyəti etsin. Belə olan halda orucu səhihdir.

Əgər uşaq Ramazan ayında sübh azanından əvvəl həddi-büluğa çatsa, gərək oruc tutsun. Əgər azandan sonra həddi-büluğa çatsa, o günün orucu ona vacib deyil. Amma müstəhəb oruc tutmaq qəsdi etsə, ehtiyat-müstəhəbə əsasən bu təqdirdə o günün orucunu tamamlaması lazımdır.

Ölən şəxsin orucunu tutmaq üçün əcir olan və ya boynunda kəffarə orucu olan şəxs müstəhəb bir oruc tutarsa eybi yoxdur. Amma boynunda Ramazan ayının qəza orucu olan şəxs müstəhəb oruc tuta bilməz. Əgər unudaraq müstəhəb oruc niyyəti edərsə və zöhrdən qabaq xatırlayarsa, müstəhəb orucu pozular, lakin niyyətini qəza orucuna çevirə bilər. Əgər zöhrdən sonra anlayarsa, ehtiyata əsasən orucu batildir. Əgər məğrib azanından sonra xatırlayarsa, orucu səhihdir.

Əgər Ramazan ayının orucundan başqa, vaxtı müəyyən olan oruc insana vacib olsa, məsələn, müəyyən bir günü oruc tutmasına dair nəzir etmiş olsa, sübh azanına kimi qəsdən niyyət etməsə, orucu batildir. Əgər o günün orucunun vacib olmasını bilməsə, ya unutsa və zöhrdən əvvəl yadına düşsə, orucu batil edən bir iş görmədiyi halda niyyət etsə, orucu səhihdir. Əgər zöhrdən sonra yadına düşsə, Ramazan ayının orucunda deyilən ehtiyata riayət etməlidir.

Əgər vacib olan, lakin günü müəyyən olmayan oruc üçün, məsələn, kəffarə orucu kimi, qəsdən zöhr yaxınlaşana qədər niyyət etməsə, eybi yoxdur. Hətta niyyətdən əvvəl oruc tutmamaq qərarına gəlsə, yaxud oruc tutub-tutmamaq barədə müəyyən qərara gəlməsə (tərəddüd etsə), belə ki, orucu batil edən işlərdən görməyibsə, zöhrdən əvvəl niyyət etdiyi halda orucu səhihdir.

Əgər kafir Ramazan ayında zöhrdən əvvəl müsəlman olsa və sübh azanından o vaxta kimi orucu batil edən bir iş eyməyibsə, ehtiyat-vacibə əsasən gərək “mafi-zimmə” niyyəti ilə orucu tamamlasın. Əgər belə etməsə, gərək onun qəzasını yerinə yetirsin.
Əgər xəstə olan şəxs Ramazan ayı günündə zöhrdən qabaq sağalsa və o vaxta qədər orucu batil edən bir şey etməmiş olarsa, ehtiyat-vacibə əsasən oruc üçün niyyət edib həmin günün orucunu tutmalıdır. Amma zöhrdən sonra sağalarsa, o günün orucu (həmin gün) ona vacib deyil, lakin sonradan qəzasın etməlidir.

İnsanın Şəbanın son günü və ya Ramazanın əvvəl günü olduğunda şəkk etdiyi gün oruc tutması vacib deyil. Əgər oruc tutmaq istəsə, Ramazan ayı orucunun niyyətini edə bilməz. Amma “Ramazan ayı olduğu təqdirdə Ramazandan və Ramazan ayı olmadığı təqdirdə, qəza və bunun kimilərdən sayılsın” deyə niyyət edərsə, orucunun səhih olması uzaq nəzər deyil. Amma qəza və bu kimi oruc niyyəti etməsi daha yaxşıdır. Əgər sonradan Ramazan ayı olduğu məlum olarsa, Ramazandan hesab olunur. Əgər mütləq oruc niyyəti edərsə və sonradan Ramazan ayı olduğu məlum olarsa, yenə də kifayətdir.

Şəbanın axırı, yaxud Ramazanın əvvəli olmasında şəkk etdiyi halda qəza, müstəhəb və bu kimi başqa oruc tutub, gün əsnasında Ramazan olduğunu başa düşsə, gərək Ramazan ayının orucunu niyyət etsin.

Əgər vaxtı müəyyən olan vacib bir orucda (Ramazan ayının orucu kimi) “orucumu batil edim, yoxsa etməyim” deyə tərəddüddə olsa və müəyyən qərara gələ bilməsə, yaxud orucunu batil etməsinə dair qəsd etsə, yenidən oruc qəsdi etməsə orucu batildir. Əgər yenidən oruc niyyəti etsə ehtiyat-vacib budur ki, o günün orucunu tamamlayıb sonradan da qəzasını tutsun.

Müstəhəb olan və ya kəffarə orucu kimi vaxtı müəyyən olmayan vacib orucda, əgər orucu batil edən bir iş görməyi qəsd edərsə və ya belə bir işi görüb-görməmək xüsusunda tərəddüdə düşərsə, həmin işi görməsə və vacib orucda zöhrdən əvvələ qədər və müstəhəb orucda məğrib azanından əvvələ qədər təkrarən oruc üçün niyyət edərsə, orucu səhihdir.

Məqalə Ayətullah Seyid Əli əl-Hüseyni əl-Sistaninin “İzahlı şəriət hökümləri” adlı kitabından götürülüb.


Xəbər 3381 dəfə oxunub.




18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +