Ucar rayonu H.Əliyev prospekti ev 136 sakini Şirinov Raqif Ayaz oğlu tərəfindən ölkər rəhbərliyinə müraciət ünvanlanıb.
Şikayətçi tərəfindən XəzərNews.az-a daxil olan müraciətdə deyilir:
“Mənim müraciətim mətbuat vasitəsi ilə Təhsil naziri Emin Əmrullayevədir.
Cənab Nazir Sizə müraciət etməkdə məqsədim Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində oxuyan yaxın qohumumla bağlıdır.
Çünki burdakı atmosfer mənə də tanışdır. Bir müddət seyirçi qalmaq istəsəm də vicdanım buna yol vermədi. Hər halda yüzlərlə tələbənin oxuduğu kollecdə yaşananlar ictimailəşdirilməlidir ki, bu halların qarşısı alınsın.
Bibim qızı Sevinc bu kollecdə təhsil alır. Atası rəhmətə getdiyi və qardaşı olmadığı üçün onun və bibimin bütün işlərinin arxasınca mən gedirəm. Qış imtahan smestrində bu təhsil ocağına gedəndən sonra çox məyus olmuşdum. Belə ki, bibim qızı həm orta məktəbdə, həmdə kollecdə daim dərslərinə məsuliyyətlə yanaşıb. Kollecdə də öz biliyi hesabına imtahanlardan keçib. Amma bu il aldığı təqaüdü kəsiblər. Məsələni aydınlaşdırmaq üçün kollecə gedib direktor İrşad Abbasovla görüşdüm. Gəlişimi bilənə qədər nəvaziş nümayiş etdirən direktor məqsədini bildikdən sonar səsini ucaltdı. Mən ona qohumumun hansı imtahandan kəsildiyini və imtahan nəticələrini istədim. Gah mənə
“qohumun oxumur, gəlib bizdən niyə yapışırsan” gah da
“burda nə var, düz olub” desə də mən ondan təkidlə imtahanın nəticələrini bildirən vərəqi istədim. Nəhayət Kamilə müəlliməni (əyani şöbə müdürü) cağırtdırıb tələbənin ad və soyadını verdi. Qısa zamandan sonar Kamilə müəllimə gəlib qohumumun bir fənndən qiymət almadığını, başqa birindən isə aşağı qiymət aldığını söylədi. Mən yenə israr edərək imtahan vərəqlərini görmək istədiuyimi bildirdim.
“Direktor sizin kimi bura gündə yüz adam gəlir, ona vaxtımız yoxdur” - deyib imtina etdi. Artıq vəziyyət mənə aydın olduğu üçün ordan uzaqlaşdım. Bundan sonar nə direktor, nə müavini, nədə ki, şöbə müdürü mənə heç bir izahat vermədi. Yalnız uşaq başı aldadan ümumi sözlər...”
Şikayətçi Rafiq Şirinov iddia edir ki, bu kollecdə imthanlarda heç də bilik maraqlı deyil:
“Əsas amil rüşvətdir. Direktor İrşad Abbasov, müavini Şahin Əliyev, Əyani şöbə müdiri Kamilə Həmidovanın imtahanlara görə öz kriteriyaları var və onlar tələbələrə imtahanlara görə haqq kəsiblər. Əlbəttə, burda da xüsusi qaydalar var. Sadəcə imtahandan keçmək bir qiymət, təqaüdə düşmək isə tamam başqa qiymətdir. Təqaüd almaq istəyənin də əlaçı olmaqla bağlı arzusu ən azı 400-500 manata başa gəlir. Burda tələbənin savadı rol oynamır. Sanki hansısa idarədə dövlət rüsumu təyin edilib. Hər işin öz qiyməti var. Hələ deyilən qədər adın orda olub evdə ola- ola direktorun haqqın çatdırırsansa kollecə getməyə də bilərsən. Təbi ki, bunun da öz qiyməti var: aylığın xərci 200-350 manat arası dəyişir. Pulun yoxdursa təqaüd kartını təhvil verib razılaşa da bilərsən”.
Şikaytəçi iddia edir ki, baş verənlər tələbələri təhsildən soyudub:
“Sonunda rüşvət hesabına qiymət almaq düşüncəsi olduğu üçün təhsilin keyfiyyətidə aşağı düşüb. Ona görə də oxuyan tələbələrin sayı günü-gündən azalır. Oxuyan tələbələr də mənim qohumum kimi haqsızlıqla üzləşir. Bu məsələlərlə bağlı araşdırma apararkən kifayət qədər valideyn və tələbənin də bu durumdan narazı qaldığının şahidi oldum.
Bəli Cənab nazir, baxın, əsl həqiqətlər budur. Direktorun oğlu Orxan Abbasov Təhsil Nazirliyində məsul vəzifə tutur. Açığı bunu eşidəndə təəccübümü gizlədə bilmədim. Əgər oğul da atasına oxşayırsa vay o nazirliyin halına. Atasını kollecə direktor düzüb-qoşan oğulun yəqin atasının əməllərindən xəbəri olmamış olmaz”.
Xəbər 1512 dəfə oxunub.