AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


29.03.2022  14:43 

Hacı Şahinlə RAMAZAN söhbəti - Necə ORUC tutaq?





A+  A-

“Oruc bizdə səbr və iradə tərbiyə edir, başqalarının halına yanmağı, nemətlərin qədrini bilməyi öyrədir. Ramazan ayı məişətdən, dünyanın təlatümlü hadisələrindən bir qədər uzaqlaşıb özümüzlə üz-üzə qalıb, sadəcə, insan olmağın zövqünü almaq fürsətidir”.

Bu fikirləri ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli deyib.

O bildirib ki, Ramazan ayı sıradan bir zaman kəsimi, təqvim ayı deyil, canlı bir varlıqdır:

“Digər aylarda biz təmizləyə çalışırıqsa, mübarək Ramazan ayı özü bizi təmizləyir. Bizdən tələb olunan sadəcə onun gətirdiyi o mənəvi fəzanı qəlbimizə buraxmaqdır. Oruc da elə bunun üçündür - bir qədər maddiyyatdan uzaqlaşırıq ki, dünyada ikən cənnəti hiss edək, mənəvi ab-havada yaşayaq, insani fəzilətlər ruhumuza hopsun. Bu müqəddəs ayda bir çox ibadətlər tövsiyə olunub: Quran oxumaq, yardımlaşmaq, qohumları ziyarət etmək, dost-tanışlar üçün iftar süfrəsi açmaq, zikr etmək, Qədr gecələrində əhya saxlamaq, dualar oxumaq. Amma bunların heç birisini etməsək də günah qazanmış olmuruq, çünki bu ayda yeganə vacib ibadət orucdur”.

Hacı Şahin oruc tutmağın qaydalarını da sadalayıb:

“Hər bir ibadət kimi, oruc da niyyətdən başlayır. Bəziləri isə niyyəti arzu ilə səhv salır. Niyyət arzu deyil, ibadəti nə üçün etdiyini bilməkdir. Oruc da ilahi əmr olduğu üçün, onun niyyəti Allaha yaxınlaşmaq və onun razılığını əldə etməkdir. Bundan başqa, niyyətə oruc tutularsa, həmin oruc batil olar. Niyyəti adətən Ramazan ayının ilk gecəsi edirlər. Oruc tutmaq üçün əsas şərtlərdən biri də sağlamlıqdır. Ola bilsin, ac qalmaq hansısa xəstəliyinə ziyan deyil, o zaman xəstə adam oruc tutmalıdır. Amma ac qalmaq hansısa xəstələr üçün təhlükə yaradarsa, o zaman oruc tutmaq günah sayılır. Biz bilməliyik ki, Ramazan ayında ən vacib iş Allahın razılığını əldə etməkdir. Allahın da razılığı kiminsə üçün oruc tutmaqdadırsa, kiminsə üçün tutmamaqda. Öz istədiyimiz deyil, Allahın istədiyini düşünməliyik. Oruc sübh azanından şam azanına kimi müəyyən işlərdən imtina etməkdən ibarətdir. Azanı eşitməyə gərək yoxdur, əsas azanın vaxtlarına baxmaqdır”.

İlahiyyatçı orucu pozan amillərə də diqqət çəkib:

“Oruc zamanı qəsdən yeyib-içmək, qatı tüstü və ya qatı toz-torpaqla nəfəs almaq, cinsi əlaqədə olmaq, o cümlədən başqa vasitələrlə cinsi ehtiyacı təmin etmək, özünü qusdurmaq, imalə etdirmək, sübh azanına kimi qüsullu qalmaq olmaz. Habelə, Allahın, peyğəmbər və imamların adından yalan söz danışmaq da orucu batil edir. Bir də səhv anlaşılan şeylərdən biri başın suya batırılması ilə bağlıdır. Başı yumaq olar, hansısa qabın, hovuzun və ya dənizin içində tam suyun altına salmaq olmaq. Lakin, bu hadisələrdən biri ixtiyari şəkildə olmasa, orucu pozulmur. Doğulduğu və ya daimi yaşadığı şəhər və ya qəsəbədən təqribən 21 km uzaq yola çıxanlar müsafir sayılırlar. Səfərə zöhr azanından sonra çıxanlar həmin günün orucunu tutmalıdırlar. Habelə, doğma məntəqlərinə zöhr azanına qədər çatanlar da oruc tuta bilərlər. Səfər 10 gündən az davam etdikdə oruc tutulmur, Ramazan ayından sonra qəza edilir. 10 gün və daha artıq davam edərsə, oruc tutmaq gərəkdir”.

Hacı Şahin qeyd edib ki, orucu qəsdən və üzrsüz səbəbdən pozanlar Ramazan ayından sonra onu qəza etməlidirlər:

“Bundan əlavə ya 60 gün cəza orucu tutmalı, yaxud da 60 yoxsula bir doyumluq yemək verməlidir. Ramazan ayının orucu üçün xüsusi və ağır günləri olmur. Orucun şərtlərinə riayət etmək mümkün olduğu qədər oruc tutmalıdır. Məsələn, həkim hansısa xəstəyə bir gündən bir oruc tutmağa icazə verərsə, gərək elə də oruc tutsun. Xanımlar xüsusi günlərində oruc tutmaqdan çəkinməlidirlər. Hamilə və süd verən xanımlar isə özlərinə və övladlarına təhlükə yaranarsa, oruc tumamalıdırlar.
Orucun bu qədər qaydasının olması çətin görünsə də, əslində, belə deyil. Sadəcə Allah istəyir ki, özümüzə qarşı diqqətli olaq, öz üzərimizdə çalışaq və başqalarının eyblərini axtarmayaq. Bu bir həyat məşqidir çünki. Oruc bizdə səbr və iradə tərbiyə edir, başqalarının halına yanmağı, nemətlərin qədrini bilməyi öyrədir. Ramazan ayı xüsusi bir fürsətdir. Məişətdən, dünyanın təlatümlü hadisələrindən bir qədər uzaqlaşıb özümüzlə üz-üzə qalıb sadəcə insan olmağın zövqünü almaq fürsəti. Ramazan ayında insan insan olduğunu hiss edir, çünki imtina etmək bacarığı canlılar içində yalnız insana xas bacarıqdır. Ona görə də oruc tutan insana layiq olan mükafata çatır. Allah buyurur: “Oruc mənim üçündür və orucun mükafatı mən özüməm”. Yəni oruc tutan Allahı əldə edir. Bu isə, hər hansı bir canlının çata biləcəyi ən uca məqamdır”.


Fəridə
Baku Post

Xəbər 1839 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +