Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


25.03.2022  15:09 

“Zelenski və Putinlə danışacam” - Ərdoğan





A+  A-

“Gəldiyimiz nöqtədə Türkiyənin NATO müttəfiqləri arasında müstəsna mövqeyinin və bölgədəki kritik rolunun daha yaxşı başa düşüldüyü göz qabağındadır. Həm müttəfiqlərimiz, həm də dünyanın bunu indi daha çox anladığını gördüm və buna inanıram”.

XəzərNews.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüssel səfəri ilə bağlı jurnalistlərə müsahibəsində deyib.

Qlobal təhlükəsizlik qavrayışında ciddi dəyişikliklərin yaşandığı bir vaxtda NATO müttəfiqi olaraq bir araya gəldiklərini ifadə edən Prezident Ərdoğan, sammitdə, eyni zamanda, Rusiya-Ukrayna böhranında baş verənlər və bunun nəticələrini də hərtərəfli müzakirə etdiklərini deyib.

Türkiyənin əvvəldən bu böhranın həlli üçün böyük səylər göstərdiyini bildirən Prezident Ərdoğan bunu şəxsən özünün liderlər səviyyəsində, eləcə də ölkənin xarici işlər və milli müdafiə nazirləri tərəfindən davam etdirildiyini vurğulayıb.

Bu gün Volodimir Zelenski ilə aralarında telefon danışığı olacağını deyən Türkiyə Prezidenti yaxın günlərdə Vladimir Putinlə də danışacağını söyləyib. Bu danışıqlar zamanı NATO-da müzakirə olunan məsələlər ətrafında fikir mübadilələrinin aparılacağını bildirib.

Rusiya ilə Ukrayna arasında baş verən böhranın əsas iki məsələni üzə çıxardığını qeyd edən Prezident Ərdoğan deyib:

“Əvvəla, Avropanın təhlükəsizliyinin təməl daşı və təməl strukturu NATO-dur. Biz bunu çox aydın şəkildə gördük. İkincisi isə Türkiyə regional təhlükəsizliyin təmin olunması üçün əvəzsiz müttəfiqdir. Bu, Avropanın təhlükəsizliyinin təmin edilməsində də mühüm rol oynayır”.

Xəbər 3847 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +