Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?
Bu xəstəxana 20 min CƏRİMƏLƏNDİ


09.03.2022  15:38 

İctimai fəal Bəxtiyar Hacıyev saxlanılıb





A+  A-



XəzərNews.az xəbər verir ki, bu barədə o “Facebook” hesabında video paylaşıb.

Görüntülərdən aydın olur ki, o etiraz şüaurları yazaraq Daxili İşlər Nazirliyinin inzibati binası qarşısında aksiya keçirmək istəyib. Bu zaman polis onu ərazidən uzaqlaşdırmağa çalışıb.

Lakin bu mümkün olmadıqda polislər avtomobilin yan şüşəsini qıraraq, onun canlı yayımını dayandırıblar.



DİN Mətbuat xidmətinin açıqlamasına görə isə B. Hacıyev DİN binası qarşısında etiraz olaraq özünü yandırmaq istəyib:

"Vətəndaş Bəxtiyar Hacıyev şikayət əsasında aparılan araşdırmaya etiraz edərək bu gün saat 14:30 radələrində özünə məxsus avtomobillə DİN-in inzibati binasının qarşısına gəlib. Polis əməkdaşları ona yaxınlaşaraq həmin yerdə dayanma-durmanın qadağan olduğunu bildiriblər. Bəxtiyar Hacıyev isə maşındakı yanar mayeni göstərərək özünü də, avtomobili də yandıracağını deyib. Buna görə də polis əməkdaşları müdaxilə etmək məcburiyyətində qalıb və qapını açaraq həmin yanacağı maşından götürüblər. Bununla da polislər baş verə biləcək hadisənin qarşısını alıblar.

Bəxtiyar Hacıyev isə etirazının səbəbinin araşdırılması məqsədilə müvafiq polis idarəsinə aparılıb. Hazırda araşdırma davam etdirilir”.


Xəbər 1944 dəfə oxunub.



05.02.2025  14:04 

Bu rayonlarda qaz kəsiləcək


BÜTÜN XƏBƏRLƏR +