Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


01.03.2022  22:46 

Müqəddəs Məbəs günü nədir?





A+  A-

Bu il martın 1-i Rəcəb ayının 27-sinə təsadüf edir. Bu, İslamda müqəddəs bir gündür. Bir nəzəriyyəyə görə həmin gün Peyğəmbərin Meracı – bir gecədə Məkkədən Qüdsə, oradan Allahın dərgahına və geriyə gətirilməsi günüdür.

Bu nəzəriyyə əsasən əhli-sünnə mənbələrində qeyd olunur. Lakin İmamlardan gələn rəvayətlərə əsaslanan və şiələrin üstün bildiyi digər nəzəriyyəyə görə, 27 Rəcəb günü Məbəs – Hz. Muhəmmədə (s) ilk ayələrin nazil olduğu və Onun Peyğəmbərliyə seçildiyi gündür.

Başqa sözlə desək, “məbəs günü” İslamın zühur etdiyi gündür. İlahi vəhy, Qurani-Kərim həmin gündən etibarən Peyğəmbərə (s) nazil olmuşdur. Besətdən əvvəlki dövr olduqca qaranlıq, insanları küfr və azğınlıq içində idi. Həmin dövr, İslam tarixində “Cahiliyyə dövrü” adlanır. Allah Mütəalın insanlar içindən seçdiyi İlahi elçilərin-Peyğəmbərlərin buyuruqları, insanların hidayətindən ötrü gətirdikləri kitab və hikmət, sonradan unudulmuş, təhrifə məruz qalmışdı.

Həmin dövrdə insanların Peyğəmbərlərdən üz çevirmələri, onların öz nəfsani istək və arzularına boyun əymələrinə və bu istək və arzulardan doğan fəsadlarla üzləşmələrinə səbəb olmuşdu. Həzrət Əli (ə) “cahiliyyə dövrü”nü belə bəyan edir: “Allah-Təala Peyğəmbərlərdən heç birinin qalmadığı, camaatın müxtəlif firqələrinin nadanlıq və azğınlıq zülmətində yuxuya getməsinin uzandığı bir vaxtda Həzrət Peyğəmbəri (s) Peyğəmbərliyə seçdi.

Fitnələr bütün yer üzünü bürümüş, işlər bir-birinə dəymiş, müharibə alovu şölələndirilmiş, dünyanın nuru, işığı gizlənmişdi. Dünyanın nadürüstlükləri aşkar olmuş, yarpağı saralmışdı və (camaat) onun xeyrindən bəhrələnmirdi. Suyu sovrulmuş, qurumuşdu. Hidayət və qurtuluş nişanələri məhv olmuş, həlakət və bədbəxtlik bayraqları aşkara çıxmışdı…” (“Nəhcul-Bəlağə”)

Pərvərdigari-aləm öz nurunu tamamladı, aləmlərə rəhmət nazil oldu. Bütpərəst toplumun eybəcərliklərindən xoşlanmayan və ibadət vaxtı Hira mağarasına pənah aparan Həzrət Muhəmməd (s), bir gün həmin mağaradan Peyğəmbər olaraq qayıtdı. Qədəm qoyduğu hər torpağı rəhmət bürüdü. Mütəal Allah, Peyğəmbərinin timsalında öz rəhmətini bəşəriyyətin üzərinə yaydı.

Rəhmət Peyğəmbəri olaraq göndərildi Həzrət Muhəmməd (s). “Ənbiya” surəsinin 107-ci ayəsində Allah-Təala öz Peyğəmbərinə “Biz səni aləmlərə ancaq bir rəhmət olaraq göndərdik” buyurur. Qurani-Kərimin müxtəlif ayələrində keçmiş qövmlərin öz Peyğəmbərlərinə iman gətirmədikləri üçün, həlakətə düçar olmalarından bəhs edilmişdir.

Məsələn, əzəmət sahibi, Peyğəmbərlərdən olan Həzrət Nuh (ə) islah olmayan bütpərəst qövmün düşmənçilik və azğınlıqlarına görə onlara nifrin edərək Rəbbinə belə demişdi: “Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma! Çünki sən onları (sağ) buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir (oğul-uşaq) doğub-törədəcəklər” (Nuh 26, 27)

Allah Nuhun duasını qəbul edərək zalım qövmü tufanda boğdu. Ad qövmü Hud Peyğəmbərə (ə) iman gətirmir, Onun yalançı olduğunu düşünürdülər. Hud onlara belə demişdi: “Ey camaat, doğrudan da siz Nuhun tayfası kimi küfr və naşükürlükdə həddi aşmısınız. Siz Nuhun tayfası kimi qarğışa layiqsiniz.

Mən də gərək sizə qarğış edim.” Ad qövmü də beləcə əzaba düçar oldu, Sərsər və Əqim küləklərində məhv olub aradan getdilər. Bir başqa yerdə Qurani-Kərim Saleh Peyğəmbərin qövmündən bəhs edir. Həmin qövm Səmud qövmü idi və Saleh Peyğəmbərin dəvəsini öldürdükdən sonra, Özünü də öldürmək qərarına gəldilər. Onlara yetişən zəliledici əzab haqqında Quranda belə buyurulmuşdur:

“Səmud qövmünə gəlincə, Biz onlara haqq yolu göstərdik, amma onlar korluğu (küfrü) doğru yoldan üstün tutdular. Beləliklə, onları qazandıqları günahların ucbatından zəliledici ildırım əzabı yaxaladı.” (Fussilət 17) Lut Peyğəmbər, qövmünə əzab vermək üçün gələn Cəbrailə “İndi ki, bu qövmə əzab etmək üçün gəlmisiniz, elə isə tələsin hər nə qədər bilirsinizsə tez onları həlak edin” demişdir. Nəhayət, əzab Lutun günahkar qövmünə də yetişdi.

Mələklər şəhəri viran etdilər, göydən daşlar yağmağa başladı və o camaatdan heç bir əsər-əlamət qalmadı. Şuəyb Peyğəmbərin qövmünü isə, Allah-Təala zəlzələ və yandırıcı kölgə ilə həlak etmişdi. (Allahın salamı olsun Peyğəmbərlərin üzərinə!) Lakin, İslam Peyğəmbərinin həyatına və Quranın bəzi ayələrinə diqqət etdikdə görür ki, Peyğəmbərə qarşı düşmənçilik edənlərin çirkin əməlləri Həzrət Peyğəmbəri kədərləndirir və narahat edirdi. Həzrət bundan ötrü onların halına yanır, İlahi əzabın onlara yetişməsini, onların da keçmiş ümmətlər kimi həlak olmasını istəmirdi.

Günahkar camaatı tərbiyə və təzkiyə etməklə yanaşı, həm də, Allahdan onların hidayətini diləyir, islah olunmalarından ötrü dua edirdi. Qurani-Kərim Peyğəmbərin bu narahatçılığı haqqında nelə buyurur: “(Ya Rəsulum!) Yoxsa (kafirlər) bu Qurana inanmasalar, (səndən üz döndərib getdiklərinə görə) arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!” (Kəhf 6) Həmçinin buyurulur:

“(Ey ümmətim!) Sizə özünüzdən bir Peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!” (Tövbə, 128) Həzrət Peyğəmbər daim ümmətinin barəsində düşünürdü, həmişə qüssəli idi və fikri məşğul olardı. Yumşaq xasiyyətli idi, kobudluq və qəlizliyə yol verməzdi.

Ancaq Allah yolunda qəzəblənərdi. “Muhəmməd (s) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər…” (Fəth 29) Həzrətin (s) rəftarı haqqında nəql edilmişdir ki, xoş rəftarlı olduğu üçün, Onu görənlər özlərini Həzrətin (s) nəzərində ən əziz insanlar olduğunu düşünürdülər. Günaha yol vermiş insanlarla şirin dillə danışır, tutarlı dəlillərlə onları razı salmağa çalışır, beləliklə də qəlblərində İslama rəğbət və məhəbbət oyadırdı.

İslam ordusuna cihad əmri verdikdə, ordularla birlikdə qoşun başçısına belə moizə edərdi: “Allahın adı ilə gedin, Allah və Onun Peyğəmbərinin dini uğrunda cihad edin! Hiylə etməyin, qənimətləri oğurlamayın, kafirləri öldürdükdən sonra, gözlərini, qulaqlarını, bədən üzvlərini kəsməyin, qocaları, uşaqları, qadınları, rahibləri, yollarını azanları öldürməyin, Ağacları kökündən kəsməyin, xurmalıqları, əkin sahələrini, otlaqları yandırmayın, müşriklərin suyunu zəhərləməyin və heç vaxt hiyləyə əl atmayın.”

Allah-Təala İslam Peyğəmbəri Həzrət Muhəmmədi (s) sonuncu Peyğəmbər olaraq göndərdi və O həzrətin (s) gətirdiyi dini və kitabı, səmavi dinlərin və kitabların sonuncusu qərar verdi. Bu din və kitab hidayət üçündür və yalnız bu dinə və Qurana sarılanların rəhmətdən payı vardır. Çünki, artıq Həzrət Muhəmməddən (s) sonra bir Peyğəmbər gəlməyəcək, İslam və Qurandan sonra hidayət edən, yol göstərən, qaranlıqlardan nura çıxaran, bir din və hikmət enməyəcəkdir. İslam dini kamil dindir və bütün sualların cavabını bu dində tapmaq mümkündür.

İslam dini bütün dövrlər üçün, bütün millətlər, xalqlar üçün göndərilmişdir, Qiyamət gününə qədər qüvvədədir. Məbəs gününün əməlləri: Bu il Məbəs günü martın 1-nə təsadüf edir.

Məbəs günü aşağıdakı əməlləri etmək tövsiyə olunur:
1. Qüsl vermək.
2. Oruc tutmaq (70 il orucun savabı vardır)
3. Çoxlu salavat demək.
4. 6 ədəd iki rükətli namaz qılıb, bitirdikdən sonra 4 dəfə Fatihə, Fələq və Nas surələrin oxuyub sonra bu duanı 4 dəfə demək -“La ilahə illəllahu vəllahu əkbər və subhanəllahi vəlhəmdulillahi və la həvlə və la quvvətə illa billahil-əliyyil-əzim, Allahu Allahu Rəbbi la uşriku bihi şəy’a, La uşriku bi Rəbbi əhəda” (Bu əməllər müstəhəbdir və insan gücü çatanları edə bilər, hamisini etmək vacib deyil)/ islam.az

Xəbər 2852 dəfə oxunub.




20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +