Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


28.02.2022  14:01 

Azərbaycan səfirliyi soydaşlarımıza niyə sığınacaq vermir?





A+  A-

Rusiyanın Ukraynaya hücumu ilə başlayan müharibə artıq günlərdir davam edir. Hərbi qarşıdurma səbəbindən Odessa vilayətindən Moldova istiqamətində şəxsi təşəbbüsləri ilə təxliyəyə çalışan 3 azərbaycanlı 1976-cı il təvəllüdlü İsmayılov Neymət, 1966-cı il təvəllüdlü İsmayılov Rəhim və 1995-ci il təvəllüdlü İsmayılov Qabil həlak olublar.

Həmçinin 27 fevral 2022-ci il tarixində səhər 9:00 radələrində Xarkov şəhərinin mərkəzində sakitçilik şəraitində küçəyə su almaq üçün çıxmış Azərbaycan vətəndaşı 1987-ci il təvəllüdlü Qoşqar Məmmədov gülləyə tuş gələrək, qətlə yetirilib.

Bu gün Ukraynada yaşayan azərbaycanlıların təhlükəsizliyi ilə bağlı məsələlər ciddi narahatlıq doğurur. Sosial şəbəkələrdən azərbaycanlı vətəndaşlar, tələbələr çarəsiz və köməksiz qaldıqlarını və Azərbaycan səfirliyinin heç bir qaynar xətti telefonlarının cavab vermədiyini qeyd edirlər. Bildirirlər ki, Azərbaycanın Ukraynadakı səfirliyi öz qapılarını onların üzünə açmır:

“Səfirliyin böyük binası, iki hektara yaxın ərazisi var. Səfir istəsə Kiyevdəki azərbaycanlıların çoxu ora sığına bilər. Bunu üçün hər bir şərait var. Amma nəyin ki, bunu etmir, heç bizi dinləyən də yoxdur”.



Məsələ ilə bağlı Bakupost.az -a Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə bildirib ki, səfirlik Ukraynadakı vətəndaşlarımızın talehinə biganə qalıb:

“Hamımız Ukraynadakı vəziyyətin nə dərəcədə vahiməli olduğunu ən azı sosial şəbəkələrdən, mətbuatdan bilirik. Əgər Ukraynadakı səfirlik bu vahiməli hadisədə öz qapılarını vətəndaşlarımızın üzünə açmırsa, onların təhlükəsizliyi üçün çalışmırsa, yaxud optimal yolları seçə bilmirsə, deməli, o nə Azərbaycanı, nə də azərbaycanlıları düşünə bilmir. Düşünmək üçün burada böyük ağıla, yaxud böyük təhlükəsizlik tədbirlərinə ehtiyac yoxdur. Nə mümkündürsə onu etmək lazımdır. Həmin mümkünlüyün içərisində səfirliyin qapılarını açmaq, evakuasiya, xarici ölkələrə köçürmə məsələləri var. Çox təəssüf ki, bu istiqamətdə səfirlik operativ işləyə bilmir. Bunlar Azərbaycan XİN-i və iqtidarın məsuliyyəti daxilindədir. Bunun heç bir halda bəraəti yoxdur ki, niyə vətəndaşlarımıza kömək edə bilmirik?".

Partiya sədri Ukraynadakı səfir Elmira Axundovanın fəaliyyətinə də diqqət çəkib:
“Elmirə Axundova niyə səfir olmalı idi? Hansı xidmətlərinə görə səfir olub? Elmira xanım millət vəkili zamanı nə etdi ki, səfir olanda da nəsə etsin. Rusiyanın mənafelərini qoruyan adamdır və 5-ci Kolonun nümayəndəsidir. Ömür boyu Azərbaycandan çox Rusiya üçün çalışıb. Həmişə demişəm ki, Azərbaycan diplomatiyası, akademiyası və başqa sahələr cərimə batalyonu olmaq funksiyasından çıxarılmalıdır. “Millət vəkili olmadı, onun xətrinə dəyilməsin və göndərək diplomat işləsin” addımı doğru deyil.

Diplomat işləmək bu qədərmi rahatdı? Ona görə indi Ukraynada vətəndaşlarımızın təhlükəsizliyi Allahın ümidinə qalıb, acınacaqlı vəziyyət hökm sürür. Azərbaycan hakimiyyəti Ukraynadakı vətəndaşlarımızın təhlükəsizliyi üçün bütün imkanlardan istifadə etməlidir. Bakı ilə Kiyev qardaşlaşmış şəhərlər olduğu üçün şəhərlərarası, xarici ölkələrdəki səfirliklərimiz ilə əlaqələr yaratmalıyıq ki, hansı şəkildə dəstək verə bilərlər. Eyni zamanda partiya olaraq biz də müraciət edəcəyik”.



Ağ Partiyanın sədri Tural Abbaslı da məsələyə münasibət bildirib.

Onun fikrincə, səfir indi daha çox özünü qoruyur:

“Elmira Axundova zirzəmidə gizləndiyi üçün heç telefonlarına da zəng çatmır. Ölkələrin vətəndaşlarına qoyduğu hörmət belə vəziyyətlərdə daha çox özünü büruzə verir. Təəssüflə qeyd etməliyik ki, təkcə Ukraynada deyil, dünyanın digər nöqtələrində baş verən hadisələrdə də vətəndaşlarımız çıxılmaz vəziyyətdə qalırlar. Bir çox hallarda səfirliklə əlaqə qura bilmirlər və telefonları cavab vermir, qapıları daim bağlı olur. Bir sözlə vətəndaşlarımızı başlı-başına buraxıblar”.

T.Abbaslı bildirib ki, bəzən vətəndaşlarımız başqa ölkə səfirliklərinə sığınıb, onların yardımından istifadə ediblər:

“Ukraynada hazırda vəziyyət ağırdır. Hansı ki, Ukraynada bizim vətəndaşlar daha təhlükəsiz olmalıdır. Niyə? Çünki Azərbaycan bu gün həm Ukrayna, həm də Rusiya ilə normal əlaqələri olan ölkələrdən biridir. Bu gün Azərbaycan Prezidenti Zelenski və Putinə Bakıda görüşməyi təklif edə biləcək qədər əlaqələri varsa, deməli, hər iki ölkə ilə danışılıb vətəndaşlarımızın oradan çıxarılması, yaxud təhlükəsizlik zonalara köçürülməsilə bağlı da hər iki ölkə ilə danışıqlar apara bilər. Təəssüf ki, bu olmur. Ötən gün soydaşlarımızın Ukraynada həlak olması xəbəri də var. Onlar bu müharibənin azərbaycanlı qurbanlarıdır.

Onun sözlərinə görə, səfirlik belə məqamda vətəndaşlarımızı aciz vəziyyətdə buraxıb:

“Bir yerdə ki, Elmira Axundova səfirdir, oradan nə gözləmək olar? Elmira Axundova hara, səfirlik hara? Ümumiyyətlə, Elmira Axundovanın diplomatiya ilə heç bir əlaqəsi yoxdur. Səfirliyin ərazisi harda olur-olsun, həmin ölkənin ərazisi hesab olunur və belə anlarda ən təhlükəsiz yerlər hesab olunur. Ən azından səfirliyin ərazisini azərbaycanlıların üzünə açmalı, orada təhlükəsiz sığınacaqları təşkil olunmalı, vətəndaşlarımız qida, yemək, geyimlə təmin olunmalı idilər. Təəssüf ki, səfirliyimiz belə məqamlarda vətəndaşlarını aciz buraxıb. Azərbaycan XİN-i və iqtidar vətəndaşlarımızın Ukraynadakı təhlükəsizliyi ilə bağlı ciddi addımlar atmalıdır. Təsadüfi insanların artıq səfir təyin olunmasına son qoyulmalıdır. Ötən gün Azərbaycan Ukraynaya minlərlə insana humanitar yardım göndərib. Necə ola bilər ki, biz yüzlərlə aciz vəziyyətdə qalmış vətəndaşlarımıza sahib çıxa bilmirik? Hansı sosial mediada Azərbaycanın Ukraynadakı səfirliyinin, səfir Elmira Axundovanın səfirliklə belə əlaqə qura bilərsiz, yaxud başqa bir müraciətini eşitməmişik? Mən əminəm ki, Elmira Axundova zirzəmiyə girib, çıxmır oradan. Təbii ki, zirzəmidə də telefonlar tutmur, kimə zəng etsin vətəndaşlar?

Ümumiyyətlə, səfirliklərin böyük əksəriyyəti bizim vətəndaşlarımıza xidmət etmirlər”.
İradlarla bağlı sərfirliyə dəfələrlə telefon açsaq da, zənglərimiz cavabsız qaldı.



Xəbər 1175 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +