“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


28.02.2022  09:22 

Ukraynaya yardımlar davam edir...





A+  A-

Avstraliya Ukraynaya silah və dərman alınması üçün 3 milyon dollar vəsait göndərəcək.

XəzərNews.az xəbər verir ki, bu barədə Baş nazir Skott Morrison fevralın 28-də bəyan edib.

“Avstraliya təcili tədbirlər çərçivəsində Ukraynaya uçan və uçmayan sursat, dərman alınması və maliyyə dəstəyi göstərilməsi üçün NATO-ya 3 milyon ABŞ dolları göndərəcək. Uçan hərbi texnikanın və sursatın Ukraynaya verilməsinin qaydaları NATO-dakı müttəfiqlər, həmçinin ABŞ və Böyük Britaniyadakı həmkarlarımızla razılaşdırılacaq”, - deyə Baş nazirin hökumətin saytında yerləşdirilən bəyanatında qeyd edilir.

Avstraliyanın Ukraynadan coğrafi cəhətdən çox uzaqda yerləşdiyini bildirən S.Morrison buna görə də ölkəsinin Kiyevə ABŞ və Böyük Britaniya kimi əhəmiyyətli yardım göstərə bilməyəcəyini etiraf edib.

Bu ərəfədə Baş nazir Ukraynaya humanitar yardımın göstəriləcəyini, kibertəhlükəsizliklə bağlı təhsil və turist və ailəvi vizaların verilməsinin sürətləndiriləcəyini vəd edib. Eyni zamanda, S.Morrison Avstraliyanın Ukraynaya heç bir halda silah və hərbi qüvvə göndərməyəcəyini də bildirib.

Norveç və İsveç hökumətləri Ukraynaya dəstəyi artıracaqlarını bəyan ediblər.

Norveç hökuməti Ukraynaya humanitar yardım məqsədilə 2 milyard Norveç kronu (222 milyon ABŞ dollarına) ayırıb və müharibədən əziyyət çəkən bu ölkəyə dəbilqə və gülləkeçirməz jilet kimi hərbi avadanlığı göndərəcəyini bildirib.

Norveç artıq BMT-nin Qaçqınlar Agentliyinə, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına və Ukrayna Humanitar Fonduna 250 milyon kron (27,8 milyon ABŞ dolları) dəyərində humanitar yardım göstərib.

Öz növbəsində İsveçin Baş naziri Magdalena Andersson bazar günü axşam saatlarında müdafiə naziri Peter Hultqvist ilə birlikdə mətbuat konfransında ölkəsinin Ukraynaya silah, eləcə də digər döyüş sursatları göndərəcəyi açıqlayıb. Bu məqsədlə İsveç ümumi dəyəri 1,4 milyard kron (146 milyon ABŞ dollar) dəyərində sursat göndərəcək. İsveçin müdafiə naziri Peter Hultqvistin sözlərinə görə, yardım siyahısını tərtib edərkən seçimlər Ukraynanın tələbinə əsaslanıb.

Göndərilməsi nəzərdə tutulan hərbi məhsullar arasında 135 min sahə payı, 5 min dəbilqə, 5 min bədən qalxanı və 5 min tank əleyhinə silah daxil olduğu artıq elan edilib.

Rumıniya hökuməti Ukraynaya sursat və hərbi texnika göndərmək qərarına gəlib.

Rumıniya hökumətinin nümayəndəsi Dan Kerbunaru Ukraynaya yanacaq və tibbi avadanlıq və dərmanların ikinci tranşı ilə 3 milyon avrodan çox yardım ediləcəyini bildirib.

Rumıniya hökuməti yaralı ukraynalıları hərbi xəstəxanalara qəbul etməyə hazır olduğunu da vurğulayıb.

İtaliya hökuməti Ukraynaya 110 milyon avro maliyyə yardımı ayırıb.

Bu barədə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio deyib.

“Həmkarım Dmitri Kulebaya bildirdim ki, İtaliyanın həmrəylik və qardaşlıq münasibətləri ilə Ukrayna xalqına dəstəyinin konkret ifadəsi kimi Kiyev hökumətinə 110 milyon avronun dərhal ödənilməsini nəzərdə tutan sənədi imzalamışam. Sülh hər birimizin məqsədidir”, - deyə nazir bildirib.


Xəbər 1199 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +